Əkərək (Karbi)


Əkərəkİrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[1][2],[3]

Kənd
Əkərək
40°18′09″ şm. e. 44°16′44″ ş. u.
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
İlk məlumat VII əsr
Sahəsi
  • 5,74 km²
Mərkəzin hündürlüyü 1.350 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 32 nəfər (1931)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +374 232
Poçt indeksi 378420
Xəritəni göstər/gizlə
Əkərək xəritədə
Əkərək
Əkərək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 7 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əyrək kimi[4], "İrəvan əyalətinin icmal dəftəri"ndə Əyərək[5], Qafqazın 5 verstlik xəritəsində Əkərək (Aqarak) kimi[6] qeyd edilmişdir. Adı XVI əsrin əvəllərindən çəkilir[7]. XVI[8] və XVIII[5] əsrlərə aid tarixi mənbələrdə kəndin adının Əyrək, Əyərək formalarında qeyd olunmasına istinad edib bu qənaətə gələ bilirik ki, toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (X boyda) adı çəkilən Əgrək şəxs adı əsasında əmələ gəlmişdir.

Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə 603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914-cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919-cu ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır[9]. "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə 603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı və ya erməni olduğu göstərilmir[7]. Bu da erməni siyasətinin bir formasıdır. 1919-cu ilin əvvələrində kəndin sakinləri ermənilərin tacavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya Türkiyənin Van, Qavaş, Bitlis bölgələrindən 1918–19-cu illərdə köçürülmüşdür[10]. Azərbaycanlılar öz kəndlərinə indiki Ermənistanda sovet hökuməti qurulandan sonra dönə bilib. 1918-ci ildə əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 72 nəfər, 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdır[11]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra kənddə yaşayan azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılıb zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.[12]

İl Sayı
1897 603 [13]
1926 550 [13]
İl Sayı
1939 701 [13]
1959 897 [13]
İl Sayı
1979 1.150 [13]
1989 1.399 [14]
İl Sayı
2001 1.655 [13]
2011 1.564 [15]
  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  2. Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri. "Azərbaycan onomastikası probleminə dair". Bakı, 1986.
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.163
  5. 1 2 İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.90
  6. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.3
  7. 1 2 Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.18
  8. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.163
  9. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23, 106–107
  10. O.U.Məliksetyan. Qərbi ermənilərin deportasiyası və xaricdə yaşayan ermənilərin sovet Ermənistanına qaytarılması (1915–1940), İrəvan, 1975, (erməni dilində)
  11. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.23, 107
  12. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Әкәрәк // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  13. 1 2 3 4 5 6 Հայաստանի Հանրապետության բնակավայրերի բառարան (erm.). Երևան: 2008. S. 6. 184 s.
  14. Հակոբյան Թ., Մելիք-Բախշյան Ս., Բարսեղյան Հ. Հայաստանի և հարակից շրջանների տեղանունների բառարան (erm.). Երևանի համալսարանի հրատարակչություն, 1986. C. 5. S. 539. 4696 s.
  15. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).