Cəfər Sadiq (20 aprel 702[1], Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır.
Cəfər ibn Məhəmməd Baqir | |
---|---|
جعفر بن محمد الصادق | |
743 – 774 | |
Əvvəlki | Baqir |
Sonrakı | Kazım (İmamilərə görə) İsmail (İsmaililərə görə) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mədinə |
Vəfat tarixi | |
Vəfat yeri | Mədinə, (Bəqi qəbiristanlığında dəfn olunub) |
Vəfat səbəbi | zəhər[d] |
Dəfn yeri | |
Fəaliyyəti | üləma, ilahiyyatçı, fəqih, imam |
Atası | Məhəmməd ibn Əli |
Anası | Ümmü Hərvə |
Həyat yoldaşı | Həmidə |
Uşaqları | oğulları: Musa, İsmail |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | fiqh |
Vikianbarda əlaqəli mediafayllar |
Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü[2]. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı[3].
Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..."[4]
Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi"[5].
Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı[6]. Öldürücü bir zəhər hazırlatmış ve valisi vasitəsiylə İmam'a içirtmişdi. İmam Cəfər Sadiq onu içəndə, bağırsaqları parçalanmış, dözülməz ağrılar çəkməyə başlamışdı. İmam Cəfər Sadiq'in şəhid edilməsi, o dövrdə İslâm aləminin başına gələn ən böyük fəlakətlərdən biriydi. Bu hadisənin dəhşəti qarşısında İslâm aləminin dörd bir tərəfi sarsıldı. Haşimilərin ve digər insanların evlərindən fəryadlar yüksəldi.[7]