Cəlil Hüseynov (rəssam)

Cəlil Qafar oğlu Hüseynov (1 aprel 1957) — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2005).

Cəlil Hüseynov
Doğum tarixi 1 aprel 1957(1957-04-01) (67 yaş)
Fəaliyyəti rəssam
Təhsili
Janrlar peyzaj, portret, natürmort
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2005 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2002
jalilhuseynov.com

Cəlil Hüseynov 1 aprel 1957-ci ildə anadan olmuşdur. 1973–1977-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1977–1982-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunda monumental rəngkarlıq ixtisası üzrə təhsil almışdır. 1983-cü ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur.[1][2]

Cəlil Hüseynov pedaqoji fəaliyyət də göstərərək 1982–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində işləmişdir. O, 2000–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris işləri üzrə prorektoru olmuşdur.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Cəlil Hüseynovun yaradıcılığında peyzaj janrında çəkilmiş rəsm əsərləri əhəmiyyətli yer tutur. Onun Abşeron mövzusuna dair "Dübəndi" (1995), "Zeytun bağları" (1995), "Balıqçı evi" (1998), "Ağaclar" (1997), "Köhnə hamam" (1998), "Abşeron bağları" (2016), "Abşeron. Köhnə məscid" (2010), "Abşeron" (2010), "Xəzərin sahili" (2008), "Abşeron motivi" (2011) və başqa peyzajları, eləcə də Naxçıvan təbiətinə həsr olunmuş "Nehrəm kəndi" (1979), "Köhnə Naxçıvan" (1978), "Nehrəm motivi" (1978) əsərləri özünəməxsusluğu ilə seçilir.[2]

Rəssamın qadın dünyasına həsr etdiyi "Qadın portreti", "Düşüncə", "Bəyaz geyimli qadın" portretləri, o cümlədən "nyu"lar silsiləsinə aid edilən "Molbert qarşısında" (1996), "Emalatxanada" (1998), "Yatmış qadın" (1999), "Uzanmış qadın" (2001), "Ağ geyimli qadın" (2002), "Qız albalı ilə" (2002), "Çılpaq qadın" (2015) kimi əsərləri onun portret janrındakı fəaliyyətinin əhəmiyyətli hissəsidir.[2]

Cəlil Hüseynov bir sıra natürmort əsərləri də yaratmışdır. Onun "Meyvələr" (1997), "Şərabla natürmort" (1998), "Şahmat" (2015), "Gilasla natürmort" (2018)[2], habelə "Qədim qablar" triptixi, "Qarpızlar", "Ekzotik meyvələr", "Ananas və parça ilə natürmort", "Yemişlər" əsərləri bu qəbildəndir.[3]

Cəlil Hüseynov 1986-cı ildən memarlıq layihələrinin müəllifi kimi də fəaliyyət göstərir. O, Türkiyə və Azərbaycanın bir sıra yaşayış məntəqələrində monumental əsərlərin, memarlıq layihələrinin müəllifir.[1]

Rəssam 1982-ci ildən müxtəlif respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak etmişdir. Onun əsərləri ABŞ, Fransa, Almaniya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Suriya, BƏƏ, Ukrayna və başqa ölkələrdə təşkil edilmiş sərgilərdə nümayiş etdirilmişdir. Bir sıra əsərləri Azərbaycan Milli İncəsənət MuzeyiBakı Müasir İncəsənət Muzeyində, eləcə də şəxsi kolleksiyalarda saxlanılır.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 "Bioqrafiya – Cəlil Hüseynov". jalilhuseynov.com. 12 iyul 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
  2. 1 2 3 4 Əliyev, Z. ""Saki̇t"li̇yi̇n poeti̇kası". "Kaspi" qəzeti. 27–29 oktyabr 2018. səh. 24. 9 iyul 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
  3. Əliyev, Z. "Gerçəkliyə obrazlı baxışın estetikası". medeniyyet.az. "Mədəniyyət" qəzeti. 9 dekabr 2020. 12 iyul 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
  4. "C. Q. Hüseynova "Xalq rəssamı" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 28 dekabr 2005. 11 iyul 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
  5. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 30 may 2002. 12 iyul 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
  6. "Bu ilin "Milli irs" mükafatı sahiblərinə təqdim olunub". azertag.az. Azərbaycan Dövlət İnformasiya Agentliyi. 18 aprel 2018. 12 iyul 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2021. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)