Cəmil bəy Şirinbəyli — Azərbaycan xalqı və milləti qarşısında böyük xidmətləri olan, Qarabağda, Şuşada doğulmuş dövrünün nüfuzlu şəxslərdən biri.
Cəmil bəy Şirinbəyli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Yasamal qəbiristanlığı |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Milliyyəti | azərbaycanlı |
Dini | İslam |
Təhsili | Şuşa real məktəbi |
Fəaliyyəti | xeyriyyəçi |
Cəmil bəy Şuşada məşhur olan Şirinbəyovlar soyuna məxsusdur. Bu soyun ulu babası Əlinağı bəydir. Əlinağı bəy Şuşa şəhərində yaşamışdır. Əlinağı bəy Mehri xanımla ailə qurmuş, onların bu nigahdan Şirin bəy adlı oğulları dünyaya gəlmişdi. Şirin bəy Əlinağı bəy oğlu 1794-cü ildə Şuşa şəhərində anadan olmuş, ilk təhsilini Molla yanında almışdır. Ticarətlə məşğul idi.[1]
Kərbəlayı Həsən bəyin beşinci oğlu olan Cəmil bəy 1879-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında aldıqdan sonra Şuşa real məktəbində təhsilini davam etdirmişdi. Cəmil bəy ərəb, fars, rus və fransız dillərini yaxşı bilirdi.
Ömrünün sonrakı illərində Cəmil bəy Şirinbəyli ailəsi ilə birlikdə Bakı şəhərinə köçür. Şəhərdə Tütün fabriki, şüşə zavodu və bir neçə dükanı olan Cəmil bəy , onu neft quyuları almağa şirnikləndirsələr də, sərmayəsini qeyri-neft sektoruna yatırmaqdan imtina edir.[2]
Cəmil bəy Şirinbəyli II Gildiya tacir kimi Orta Asiyadan Qafqaza qaragül dərisi gətirdir, Məşhəd və Aşqabada xalça aparırdı.[1]
Cəmil bəy Şirinbəyli səbirli, təmkinli, tədbirli bir şəxs idi. 1906-cı ildə sürgündən qayıdıb, Bakıda məskunlaşmış əmisi Tağı bəy Şirinbəyovu qonaq çağırmış, amma əmisi yolda ermənilər tərəfindən öldürülür. Mir Möhsün Nəvvab Tağı bəyin ölümü haqqında yazırdı:
Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən ataşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerindən ağır yaralanmışdı.[3] |
Cəmil bəy Şirinbəyli Bakıdakı tütün ticarətini ələ almaq istəyən Mirzabekyantsını yolundan kənarlaşdırmağı bacarmış, bütün şəhər əhli "Ширинбеков" çəkməyə başlamışdı.
Cəmil bəy dəfələrlə Əhməd bəy Ağaoğlunu, Üzeyir bəy Hacıbəylini, Nəcəf bəy Vəzirovu və Əbdürrəhim bəy Haqverdiyevi qaraguruhçulardan qorumuşdur.[1]
Cəmil bəy Şirinbəyli mesanat və maarifpərvər bir şəxs idi. Bir neçə məktəbə hamilik edirdi. Onun maarifpərvər xidmətlərinin əsas istiqaməti kasıb övladlarının məktəbə cəlb edilməsi ilə bağlı idi.
Cəmil bəy Şirinbəyli Bülbüllə uşaqlıq dostu idi. Onun Avropada təhsil almasına yardım etmiş şəxs idi.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyətin kökündən dəyişməsi nəticəsində Cəmil bəy Şirinbəylinin bütün varidatı əlindən alınır.[1]
Cəmil bəy Şirinbəylini sürgündən Əbdürrəhim bəy Haqverdiyev xilas etmişdi. Keçmiş Basin kuçəsi ilə evə gələndə Əbdürrəhim bəy təsadüfən onunla rastlaşır. Cəmil bəyin başı aşağı qanıqara, dilxor olduğunu görən Əbdürrəhim bəy Cəmil bəyin bir-iki günə tutulacağını öyrəndikdən sonra onu özü ilə aparıb teatra aktyor kimi yazdırır. Cəmil bəy Şirinbəyli bir müddət teatrda epizodik rollar ifa edir.
Cəmil bəy Şirinbəyli daha sonra emalatxana açmış, dəri-qalantereya işi ilə məşğul olmuşdu. Erməni rəqibləri nə qədər çalışsalar da, onu tutdura bilməmişdilər. Mir Cəfər Bağırov gödəkçəsini Cəmil bəyə hazırlatdırırdı.[1]
Cəmil bəy Şirinbəyli əslən Lənkərandan olan Avropa təhsilli vəkil Ağa bəy Bayrambəyovun qızı Münəvvər xanımla ailə qurmuşdu. Onların bu nikahdan Tofiq bəy, Faiq bəy, Namiq bəy adlı oğlanları, Şərqiyyə xanım adlı qızları dünyaya gəlmişdi.[1]
Ölənə qədər qardaşı Xanların yolunu gözləyən Cəmil bəy Şirinbəylinin son sözü "Xanlar gəldimi" olub. Cəmil bəy Şirinbəyli 2 fevral 1960-cı ildə vəfat edib. Yasamal qəbrstanlığında dəfn edilib.[1]