Camış

Asiya camışları (lat. Bubalus) — Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsi.Azərbaycanda camış ən qədim zamanlardan bəri yetişdirilir. Dağıstan MR, Kuban, Qara dəniz sahilləri, KrımDunay çayı ətrafında da camışçılıq inkişaf etmişdir. Vəhşi camışlara Hindistanın bəzi tropik meşələrində, xüsusən şərq bataqlıqlarında, mərkəzi əyalətlərində, habelə Seylon adasının şərqində indi də rast gəlmək olur. Təbii xassələrinə görə camış susevər (hidrofil) heyvandır. Camış əhliləşdirilmiş halda Malıy adaları, Çin, Yaponiya, İran, MisirTürkiyədə xeyli miqdarda yayılmışdır.

Camış
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Camış
Beynəlxalq elmi adı

Cənubi Avropada camışlar Bolqarıstan, Ruminiya, Albaniya, Macarıstan, Yunanıstan, Yuqoslaviya və başqa Balkan ölkələrində, hətta az miqdarda Çexoslovakiyada, Cənubi İtalyanın Kalabriya hissəsində və Siciliya adasında da yetişdirilir. Bu ölkələrdə yağıntı az olsa da, çoxlu çay və su mənbələri vardır. Camış isti günlərdə həmişə nohurlarda, bataqlıq yerlərdə, durğun sularda, gölməçələrdə, yaxud çaylarda yatmağı sevir. Suda olduqda camışın ancaq başı kənarda qalır, baş adətən bel ilə bir hündürlüklə durur, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır. İqlimi quru və isti yerlərdə camışlar gündə bir neçə dəfə, xüsusən sağımdan qabaq çimizdirildikdə dincəlirlər. Rəng və buynuz kimi bəzi xüsusiyyətlərinə görə camışlar birtipli heyvan kimi görünür. Lakin yüz illər ərzində müxtəlif həyat və ekoloji şəraitdə, insan əməyinin iştirakı ilə camış əhliləşdirilərək, müxtəlif xüsusiyyətlərə malik olan cinslərə ayrılmışdır.

Camış buynuzu

Öz tarixi (filogenetik) inkişafı etibarı ilə camış qədim heyvanlardan biridir. Camış növü Boz cinsi, Cavicorniya boş buynuzlular ailəsi, Selenodonta yarımay dişilər, yaxud Reminanta gövşəyənlər yarım dəstəsi, nəhayət Artiodatlya cütdırnaqlılar dəstəsinə mənsubdur. Qazıntılarda təsadüf edilən qalıqlarına görə, camışın qədim vəhşi formasına (Bubalis trigietricornis) yaxın olanı və hazırda yaşayan müxtəlif camış növlərindən biri Bubalis depressicorniya anoadır. Anoa vəhşi camışının cidov hündürlüyü 83 sm-ə qədər olur. Buna Selebes və başqa İndoneziya adalarında indiyənədək təsadüf edilir. Onun tünd qonur və tünd-boz rəngli arxaya yönələn buynuzları vardır, başının boyun ilə birləşən yeri, təpəsi-əmgəyi daraqsız və yumrudur. Camış antilop ilə qaramal arasında keçid forma hesab edilir. Əhliləşmiş mindora camışına (Bub.mindorensis) çox vaxt Mindoro və Filippin adalarında təsadüf edilir və çəkisi çox ağırdır. Mindoro camışı anoa ilə adi camış arasında orta yer tutur. Bu camışın düz çıxan qısa buynuzları vardır, rəngi qaradır, buynuzlarının ucları azacıq içəriyə əyilmiş olur. Adi camış iki qrupa bölünür, bunların biri Afrika, ikincisi isə Asiya camışlarıdır.

  1. Integrated Taxonomic Information System (ing.). 2012.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0