Canaqayıt Zaliyxanlanı (qaraç.-balk. Залийханланы Жанакъайыт Жунусну жашы: 8 noyabr 1917, Gündələn, Nalçik dairəsi ― 26 iyun 1995, Nalçik, Kabarda-Balkariya) ― balkar yazıçı və şair[1].
Canaqayıt Zaliyxanlanı | |
---|---|
qaraç.-balk. Залийханланы Жанакъайыт Жунусну жашы | |
Doğum tarixi | |
Doğum yeri | Gündələn, Nalçik dairəsi |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Nalçik, Kabarda-Balkariya |
Vətəndaşlığı | SSRİ Rusiya |
Milliyyəti | balkar |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair |
Mükafatları |
Canaqayıt Zaliyxanlanı 1917-ci ildə Gündələn kəndində kəndli ailəsində anadan olub. 1941-ci ildə Sov.İKP Nalçik şəhər komitəsinə rəhbərlik edib. İkinci Dünya müharibəsində iştirak edərək, partizan dəstəsinə rəhbərlik edib. 1944-cü ildə bütün balkar xalqı deportasiya edildiyi üçün 1957-ci ilə qədər o da deportasiya edilərək Qırğızıstanda yaşamağa davam edib. Sürgündə olduğu müddətdə Bişkekdə yerləşən Qırğız Pedaqoji İnstitutunda filologiya fakultəsini bitirib. 1957-ci ildə geri dönməyə icazə verildikdən sonra Nalçikə qayıdıb və ömrünün sonuna qədər burada yaşayıb. 26 iyun 1995-ci ildə Nalçikdə dünyasını dəyişib[2]. [3].
Onun ilk əsərləri 1936-cı ildə çap edilib. "Sülemen" poeması, "Menim auazım" (Mənim səsim) və "Syugen jurtum" (Sevimli vətənim) şeirlər toplusu da onun əl işləridir. Bundan başqa o, "Şuöx yuyyur", "Taulada" (Dağlarda) povestləri və "Jannqan jyurekle" (Yanan ürəklər),"Tau kuşla" (Dağ qartalları) romanlarını yazıb[4].