Caner Ərkin (4 oktyabr 1988[1][2][…], Edremit[d], Balıkəsir ili[3]) — sol cinahda çıxış edən türk futbolçu.
Caner Ərkin | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Caner Ərkin | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Ədremit, Balıkəsir, Türkiyə | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Türkiyə | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 181 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 75 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Sol cinah müdafiəçisi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sol ayaq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Beşiktaş | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 88 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Caner Ərkin indiyə qədər Ziko, Frank Raykard, Valeri Qazzayev, Aykut Kocaman, Ərsun Yanal, İsmayıl Kartal, Şenol Günəş kimi məşqçilərlə işləmişdir.
"Manisapor" klubunda yetişən Caner ilk peşəkar müqaviləsini 2004-cü ildə imzalamışdır. Peşəkar karyerasında və "Manisaspor" forması ilk çıxdığı oyun 18 dekabr 2004-cü ildə Türkiyə 1-ci Liqası çərçivəsində "Karşıyaka"ya qarşı oyun olub. 2005–06 mövsümündə "Manisaspor"un Super Liqaya çıxmasının ardından yavaş-yavaş tanınan Caner ilk Super Liqa oyununa 16 oktyabr 2005-ci ildə "Dənizlispor"la oyunda çıxmışdır. İlk Super Liqa qolunu isə dubl etdiyi "Malatyaspor" oyununda atmışdır. 2006–07 mövsümünün 17-ci həftəsində "Manisaspor"la son oyununu keçirən Caner Ərkin 3.5 milyon £ qarşılığında "MOİK" Moskvaya keçmişdir.
Caner Ərkin 7-si UEFA Çempionlar Liqası oyunu olmaqla "MOİK" Moskva formasını 33-də geymişdir, iki dəfə Rusiya kubokunun qalibi olmuşdur.
Caner Ərkin 31 avqust 2009-cu ildə "Qalatasaray" klubuna 1 illiyinə icarəyə verilmişdir. Məşqlərdəki performansı ilə ilk 11-ə girməyi bacarmışdır. Məşqlərin birində Arda Turan ilə dava etməsi komandadan ayrılmasına səbəb olmuşdur.
30 iyun 2010-cu ildə Caner "Fənərbaxça" ilə 4 illik müqavilə imzalamışdır. "Fənərbaxça" ilə Caner iki dəfə Türkiyə çempionu, iki dəfə Türkiyə kubokunun və 1 dəfə Türkiyə Super kubokunun qalibi olmuşdur. 16 may 2012-ci ildə "Bursaspor"la keçirilən Türkiyə kuboku finalında 2-ci dəqiqədə qol ataraq komandasını hesabda önə keçirmişdir. Oyunu 4:0-lıq qələbə ilə tamamlayan "Fənərbaxça" 29 il sonra Türkiyə kubokunu qazanmışdır.
2012–13 mövsümündə Miroslav Stohun performansındakı düşüşündən sonra ilk 11-likdə yer alan Caner Ərkin sərgilədiyi oyun ilə özünü sübut etmişdir. 12-ci turda "Əskişəhərspor"la oyunda Veysəl Sarı ilə danışığında "lan" sözünü istifadə etdiyi iddia edilmiş və oyundan ixrac edilmişdir. Oyundan sonra Caner bu iddianı rədd etmişdir. Eyni zamanda həmin ifadənin Veysəl Sarı tərəfindən istifadə edildiyini bildirmişdir.
11 aprel 2013-cü ildə UEFA Avropa Liqasının ¼ final oyununun ikinci qarşılaşmasında "Latsio"ya qarşı vacib qol atmış və oyun 1:1 bitmişdir. Beləliklə, "Fənərbaxça" tarixində ilk dəfə UEFA Avropa Liqasının yarımfinalına çıxmışdır.
2013–14 mövsümündə baş məşqçi Ərsun Yanal tərəfindən müdafiənin sol cinahında oynadılmağa başlandı və ilk 11-likdə yerini qorumuşdur. Mövsümün ilk yarısında 14 məhsuldar ötürmə vermiş və 3 qol vurmuşdur. 17-ci turda "Fənərbaxça"nın 5:1 qələbəsi ilə bitən oyunda vurduğu qol həfətnin qolu seçilmişdir. 2013–14 mövsmündə "Fənərbaxça"nın Türkiyə çempionu olmasında böyük əməyi olmuşdur.
2016-cı ildə Beşiktaşa transfer olmuşdur. Fənərbaxçalı tərəfdarlar tərəfindən tənqid olunmuşdur.
İlk olaraq 22 dekabr 2004-cü ildə Abdullah Avcı tərəfindən Türkiyə U-17 komandasına dəvət edilmiş, həmin gün oyuna çıxmış və qol vurmuşdur. Türkiyənin U-17, U-18, U-19, U-21, əsas komandalarında oynamışdır. 2005-ci ildə U-17 ilə yanaşı U-18 və U-19 forması da geyinmişdir. 2006-cı ildə U-21 komandasında oynamışdır. 2006-cı ildə isə ilk dəfə Türkiyə milli futbol komandasının formasını geyinmişdir. Bu oyun 2006-cı ilin 26 mayında keçirilmiş Türkiyə-Qana oyunu olmuşdur. Gənc milli komandalarda 43 oyuna 12 qol atmışdır. 2005-ci ildə U-17 FİFA Dünya kubokunda 4-cü yeri tutmuşdur.
Türkiyə milli futbol komandasında ilk qolunu Ukraynaya atmışdır.
Peşəkar karyerası | Liqa | Kubok | Liqa kuboku | Super kubok | Beynəlxalq | Cəmi | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Mövsüm | Klub | Yer | Oyun | Qol | Ötü. | Oyun | Qol | Ötü. | Oyun | Qol | Ötü. | Oyun | Qol | Ötü. | Oyun | Qol | Ötü. | Oyun | Qol | Ötü. | |||||
Türkiyə | Liqa | Türkiyə kuboku | Liqa kuboku | Super kubok | UEFA | Cəmi | |||||||||||||||||||
2004–05 | Manisaspor | 1. Liqa | 4 | - | - | - | - | - | - | - | - | - | - | - | - | 4 | - | - | |||||||
2005–06 | Super Liqa | 24 | 2 | 1 | - | - | - | - | - | - | - | - | - | - | 24 | 2 | 1 | ||||||||
2006 | 15 | 2 | 1 | 2 | - | - | - | - | - | - | - | - | - | 17 | 2 | 1 | |||||||||
Cəmi | 43 | 4 | 2 | 2 | — | — | — | — | — | — | — | — | — | — | — | 45 | 4 | 2 | |||||||
Rusiya | Liqa | Rusiya kuboku | Liqa Kuboku | Super kuboku | UEFA | Cəmi | |||||||||||||||||||
2007 | MOİK | Premyer Liqa | 8 | - | - | - | - | - | - | - | - | - | 2 | - | 1 | 10 | - | 1 | |||||||
2008 | 18 | 1 | - | - | - | - | - | - | - | - | 3 | - | 2 | 23 | 1 | 2 | |||||||||
2009 | 7 | - | - | - | - | - | - | - | - | - | 3 | - | - | 7 | - | - | |||||||||
Cəmi | 33 | 1 | — | — | — | — | — | — | — | — | — | — | 8 | — | 3 | 41 | 1 | 3 | |||||||
Türkiyə | Liqa | Türkiyə kuboku | Liqa kuboku | Super kubok | UEFA | Cəmi | |||||||||||||||||||
2009–10 | →Qalatasaray (icarə) | Super Liqa | 20 | - | 2 | 6 | 3 | 2 | - | - | - | - | 4 | - | - | 30 | 3 | 4 | |||||||
Cəmi | 20 | — | 2 | 6 | 3 | 2 | — | — | — | — | — | — | 4 | — | — | 30 | 3 | 4 | |||||||
2010–11 | [[Fənərbaxça PFK|Fənərbaxça]] | Super Liqa | 22 | 1 | 3 | 3 | - | - | - | - | - | - | 1 | - | - | 26 | 1 | 3 | |||||||
2011–12 | 33 | 2 | 4 | 5 | 1 | 1 | - | 1 | - | - | - | - | - | 39 | 3 | 5 | |||||||||
2012–13 | 30 | - | 5 | 6 | 1 | 2 | - | 1 | - | - | 16 | 3 | 3 | 53 | 4 | 10 | |||||||||
2013–14 | 30 | 3 | 14 | - | - | - | - | 1 | - | - | 2 | - | - | 33 | 3 | 14 | |||||||||
2014–15 | 24 | 2 | 7 | 2 | - | - | - | 1 | - | - | - | - | - | 27 | 2 | 7 | |||||||||
Cəmi | 139 | 8 | 33 | 16 | 2 | 3 | — | — | — | 4 | — | — | 19 | 3 | 3 | 178 | 13 | 39 | |||||||
Karyera cəmi | 235 | 13 | 37 | 24 | 5 | 5 | — | — | — | 4 | — | — | 31 | 3 | 6 | 294 | 21 | 48 |
No. | Tarix | Milli komanda | Oyun | Qol | Ötü. |
---|---|---|---|---|---|
1. | 2004–2005 | Türkiyə | 19 | 8 | - |
2. | 2005 | Türkiyə | 3 | - | - |
3. | 2005–2006 | Türkiyə | 7 | 4 | - |
4. | 2006–2007 | Türkiyə | 14 | 1 | - |
5. | 2006 | Türkiyə | 2 | - | - |
2007 | - | - | - | ||
2008 | 1 | - | - | ||
2009 | 3 | - | - | ||
2010 | 2 | - | - | ||
2011 | 1 | - | - | ||
2012 | 9 | 1 | - | ||
2013 | 8 | - | - | ||
2014 | 3 | 1 | - | ||
Əsas milli komanda cəmi | 29 | 2 | - | ||
Gənc cəmi | 72 | 15 | - |
# | Tarix | Yer | Rəqib | Hesab | Nəticə | Turnir | |||
---|---|---|---|---|---|---|---|---|---|
2012 | |||||||||
1. | 5 iyun, 2012 | Audi Sportpark, Almaniya | Ukrayna | 1-0 | 2–0 | Dostluq oyunu | |||
2014 | |||||||||
2. | 30 may 2014 | Vaşinqton, ABŞ | Honduras | 1–0 | 2–0 | Dostluq oyunu |