Selçuk İnan (10 fevral 1985[1][2], İskəndərun, Hatay ili) — Super Liqa təmsilçisi "Qalatasaray" və Türkiyə milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış etmiş türk keçmiş peşəkar futbolçu.
Səlcuq İnan | |||||||
---|---|---|---|---|---|---|---|
türk. Selçuk İnan | |||||||
Ümumi məlumatlar | |||||||
Doğum tarixi | 10 fevral 1985[1][2] (39 yaş) | ||||||
Doğum yeri | |||||||
Vətəndaşlığı | |||||||
Boyu | 182 sm | ||||||
Çəkisi | 72 kq | ||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||
Karyerası | |||||||
Türkiyə 13 (0)
|
|||||||
|
|||||||
Vikianbarda əlaqəli mediafayllar |
Selçuk, futbola doğulduğu şəhərin komandası olan "Karaağaç Belediyespor"-da həvəskar olaraq başlamışdı. 15 yaşındaykən seçmələrinə qatıldığı Çanaqqala Dardanelspor-da 2006-cı ilə qədər oynadı. 2005–2006 mövsümünün ilk yarısında da 15 liqa matçına çıxdıqdan sonra, dövrə arasında Ərsun Yanalın istəyi ilə dörd oyunçu və bir miqdar da pul qarşılığında Vestel Manisaspora transfer oldu. Egey komandası, eyni günlərdə Selçukla birlikdə bir başqa gənc ulduz namizədini də icarəyə almışdı, hətta bu iki gənc oyunçular sezonun sonuna qədər otaq yoldaşlığı etmişdi. Digər futbolçunun adı Arda Turan idi.
2008–2009 sezonunda əvvəlki məşqcisi Ərsun Yanal bu transferdə də baş rolu oynamış, oyunçusunu yeni komandasına gətirmışdı. Trabzonsporda 32 liqa matçında oynayaq Selçuk, 8 nömrəli formasıyla ilk çıxdığı iki matçda iki qol ataraq mövsümə əla başladı. Qalan matçlarda sadəcə bir dəfə qol ata bilən Selçuk, o qolla da komandasının liqa tarixindəki 2000-ci qolunun altına adını yazdıracaqdı.
Selçuk İnan, karyerasının ən yaxşı oyununu heç şübhəsiz 2011-ci ildə keçirdi. Komandasının(Trabzonspor) son həftəyə qədər çempionluq mübarizəsi apardığı 2010–2011 mövsümündə liqada 33 matça çıxan və bu matçların hamısında 90 dəqiqə forma geyən ulduz oyunçu, atdığı iki qoldan əlavə 13 qol pası verərək liqada ən çox qol pası verən oyunçulardan biri oldu.
Cəmi 93 dəfə milli komandadalara çağırılarkən, 11 dəfə də Türkiyə A milli futbol komandasında oynadı.