Gökhan Gönül

Gökhan Gönül (4 yanvar 1985[1][2][…] və ya 7 yanvar 1985) — sağ cinah müdafiəçisi kimi çıxış etmiş Türkiyənin keçmiş milli futbolçusu.

Gökhan Gönül
türk. Gökhan Gönül
Ümumi məlumatlar
Doğum tarixi (39 yaş)
Doğum yeri Bafra, Samsun, Türkiyə
Vətəndaşlığı
Boyu 1.74 m
Çəkisi 73 kq
Mövqeyi Sağ cinah müdafiəçisi
Əsas ayağı sağ
Karyerası
Gənclik karyerası
1999—2002 Türkiyə Bursa Yolspor
Klub karyerası[* 1]
2002—2004 Türkiyə Gənclərbirliyi 0 (0)
2003—2004   Türkiyə Hacəttəpə (icarə) 27 (5)
2004—2005 Türkiyə Hacəttəpə 21 (3)
2005—2007 Türkiyə Gənclərbirliyi 0 (0)
2005—2007   Türkiyə Hacəttəpə (icarə) 44 (7)
2007—2016 Türkiyə Fənərbaxça 254 (10)
2016—2020 Türkiyə Beşiktaş 113 (8)
2020—2021 Türkiyə Fənərbaxça 21 (2)
2021—2023 Türkiyə Çaykur Rizəspor 30 (1)
Milli yığma[* 2]
2007—2019  Türkiyə 66 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

7 yanvar 1985-ci ildə Barfada dünyaya gəlib. 6 yaşında olanda ailəsi Bursaya köçür. Məhəllədə top oynayarkən dostları onu Bursa Yolspora apardı və qısa boyu olmasına baxmayaraq qapıçı oldu. Bir gün məşqçi onu sınamaq üçün hücumçu mövqeyində oynatdı. Məşqçi Gökhanın uğurlu performansını gördükdən sonra ona " Artıq qapıçı deyilsən " dedi. İlk illərdə bütün mövqelərdə oynayırdı. Gökhan Gönül ancaq boş vaxtlarında futbol oynayırdı, ancaq məşqçisi Mehmed Kirazoğlu onun uğurlu performansını hiss edib çox çalışdırmağa başladı. Artıq normal məşqlərdən əlavə olaraq axşamlar da məşq edirdi. Hələ 13 yaşında olmasına baxmayaraq 14–16 yaş komandasında oynayırdı. 14–16 yaş komandada dayaq yarım müdafiə mövqeyində, Əsas komanda da isə hücumçu və ya yarım müdafiə mövqeyində oynayırdı. O illərdəki komandası Play-Off-da Bursasporla 3–3 bərabərə qalmışdı. Bu Bursasporla ilk bərabərlik idi və Gökhan həmin oyunda 3 qol atmışdı. Həsən Bora Gökhan Gönülü bəyənib Bursaspora dəvət etdi ancaq dostlarının səyi nəticəsində Gökhan bunu qəbul etmədi. Həmin oyundan sonra Fatih Terim də Gökhanı istəmişdi amma 2002-ci ildə Gökhan Gənçlərbirliyinə transfer oldu.

Gənclərbirliyi

[redaktə | mənbəni redaktə et]

2002–2003 -Gönül 2002-ci ildə 3 illik müqavilə imzaladı. İlk mövsümündə PAF komandaya yollanan Gönül bu komanda 20 matça çıxdı.

2003–2004 mövsüm əvvəllərində Gənclərbirliyindeydi amma hər dəfə bir şey oldu və OFTAŞ'a göndərildi. 3. Liqada iştirak edən bu komandada isə 27 oyuna çıxıb 5 qol vuraraq komandası ilə mövsümü çempion bitirdi və bir üst liqaya qatıldı.

2004–2005 mövsümündə komandaya geri dönən Gönül, təkrar Hacəttəpə komandasına kirayəyə verildi. 21 oyuna çıxıb 4 qol vurdu.

2006–2007 mövsümünün əvvəlində Oftaş ilə üst-üstə çempionluqlar yaşayan Gönül, Super Liqada oynayan Gənclərbirliyi heyətinə daxil edildi. 2006-cı ildə Gənclərbirliyi Oftaş'da oynayarkən Qalatasaray, Gökhanı 19 yaşında ikən istəmiş, lakin İlhan Cavcav'ın Gökhan üçün 2.5 milyon avro istəməsi transferi gerçəkləşdirməmişdir və Gökhan bir il daha Gənclərbirliyi Oftaş'ta forma geymişdir. Komandası 28 liqa oyununa çıxan Gönül, 4 qol vurarkən 2 də kubok matçına çıxdı.

2007–08 mövsümü əvvəlində 3.000.000 Euro məbləğinə 6 illiyinə Fənərbaxçaya transfer oldu. Mövsümün ilk matçında Dəniz Barış sağ cinah müdafiəçisi mövqeyində oynasa da ikinci matçda Ziko tərəfindən sağ cinah müdafiəçisi oynadılan Gökhan Gönül oldu və ilk liqa matçına Qaziantepspora qarşı çıxdı. 2 Oktyabr 2007 günü isə Gönül ilk UEFA Çempionlar Liqası matçına CSKA Moskva qarşısında çıxdı. Mövsümün əvvəllərində oynaya bilməyən Gökhan Gönül məşqçi Arthur Ziko tərəfindən sürpriz bir qərarla FənərbaxçanınUEFA Çempionlar Liqasında oynayacağı PSV Eyndhoven matçında ilk 11-likdə çıxmışdır. Mövsüm boyunca liqada 24 matç 5 asist , UEFA Çempionlar Liqasında 8 matç və Türkiyə Kubokunda 4 matça çıxdı və 1 qol vurub 1 asist etdi. GOAL jurnalının 2008-ci ilin üçün etdiyi ən yaxşı 15 cinah müdafiəçisi oyunçusu sıralamasında özünə 14. sırada yer tapmışdır.Fənərbaxçadakı ilk qolunu 2007–2008 Türkiyə Kuboku dörddəbir final mübarizəsində Qalatasaraya qarşı atmışdır.

2008–2009 mövsümü əvvəli isə komandanın başına Luis Aragonés gətirildi. Roberto Karlos ilə komandanın cinah müdafiəsində oynayan ikitərəfli hücumları diqqət çəkdi. Gönül o mövsüm 29 matça çıxıb 2 məhsuldar ötürmə edərkən Kubokda 7 UEFA Çempionlar Liqasında isə 10 matça çıxdı və 2 məhsuldar ötürmə etdi.

2009–2010 mövsümü əvvəlində Super Kubok matçında yenə Beşiktaş ilə qarşılaşdı və Gökhanın 90 dəqiqə oyunda qaldığı matçı komandası 2–0 qazandı və Gökhan da Fənərbaxça ilə ilk kubokunu qazanmış oldu . O mövsüm Kristof Daum rəhbərliyində ilk matçına Dənizlispor qarşısında çıxan Gönül ilk asistini də bu matç etdi. Fənərbaxça forması ilə ilk liqa qolunu də liqanın 3. həftəsində Diyarbəkirspora atdı. Gönül o mövsüm 30 matç 3 qol 3 asist kimi bir liqa performansı göstərərkən Türkiyə Kubokunda 5 matç 1 məhsuldar ötürmə, UEFA Avropa Liqasında isə 9 matç 2 məhsuldar ötürmə etdi.

2010–2011 mövsümündə isə Gökhan Gönül, liqanın ilk həftəsində Antalyaspor matçında ilk qolunu atdı. Liqada 30 matça çıxan Gönül, 3 qol və 8 məhsuldar ötürmə etdi. Avropa kuboklarında 3 və Türkiyə Kubokunda da 2 matça çıxdı. Fənərbaxça Aykut Kocaman rəhbərliyində isə liqa çempionu oldu və Gönülün ilk Türkiyə Super Liqası çempionluğunu reallaşdı.

2011–2012 mövsümündə isə 31 matçda 1 qol atan 5 məhsuldar ötürmə edən Gökhan Türkiyə Kubokunda isə 2 matça çıxıb. Həmin il komandası uzun müddətin ardından Türkiyə Kubokunu muzeyinə aparmışdır.

2012–13 mövsümündə 7-ci həftədə 3–0 qazanılan Beşiktaş derbisinde 2 qol vuraraq matçın ulduzu olmuşdur. Əlavə olaraq bu matçla birlikdə Gökhan, liqa karyerasında ilk dəfə bir matçda 2 qol birdən atmışdır. Gökhan 17 Fevral axşamı səfərdə oynanılan və komandasının 3–0 qazandığı Trabzonspor matçında Fənərbaxçaın 3-cü qolunu qeyd etmişdir. Gökhan 12 Mayda oynanılan Qalatasaray derbisinde, komanda yoldaşı Pierre Weboya məhsuldar ötürmə edərək, komandasının matçı qazanmasına kömək etmişdir. Mövsümü 27 liqa matçı 3 qol 5 məhsuldar ötürmə, 17 Avropa matçı 4 məhsuldar ötürmə və 4 kubok matçı 1 qol 1 məhsuldar ötürmə ilə tamamlamışdır. Türkiyə Kubokunu muzeyinə aparan Fənərbaxça, UEFA Avropa Liqasıda isə yarı finala çıxmışdır.

2013–14 mövsümündə Gökhan Gönül Fənərbaxça ilə çıxdığı 31 matçda 3 məhsuldar ötürmə ilə yadda qalmışdır. Mövsümün sonunda isə 2-ci dəfə Türkiyə Super Liqası çempionu olmuşdur.

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Milli Komanda ilə ilk matçına 17 Noyabr 2007-ci ildə Norveçə qarşı çıxmış və ilk matçında bir də məhsuldar ötürmə etmişdir. Oyun sonrasında hislərini "Yalnız kiçik bir həyəcanım vardı. Amma topa toxunduqdan sonra həyəcanım keçdi. Özümə güvənim vardı." deyərək ifadə etmişdir.

Gönülü Avropa Çempionatı 2008-in əvvəli zədələnib turniri qaçırması isə özü və həm də Türkiyə üçün böyük bir uğursuzluq oldu. Gökhan, 2007–08 mövsümü sonlarında Fənərbaxçanın oynadığı matçlarda sahəyə şikəst olaraq çıxdığı üçün ağrıları artmış və müalicəsi Avropa Çempionatı 2008-ə çatdırılmayaraq Milli Komanda heyətindən çıxarılmışdır.

Gökhan Gönül Türkiyə Milli Komandası forması altında ilk qolunu 29 Mart 2011 tarixində Türkiyənin Avropa mərhələsinin Avstriyanı 2–0 məğlub etdiyi matçda atmışdır.

Klub statistikaları

[redaktə | mənbəni redaktə et]
Klub Mövsüm Liqa Kubok Avropa Cəmo
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Gənclərbirliyi 2003–04 27 5 - - - - 27 5
2004–05 21 3 - - - - 21 3
2005–06 17 3 - - - - 17 3
2006–07 27 4 2 0 - - 29 4
Cəmi 92 15 2 0 - - 94 15
Fənərbaxça
2007–08 24 0 4 1 8 0 36 1
2008–09 29 0 7 0 10 0 46 0
2009–10 30 2 6 0 8 0 44 2
2010–11 30 3 2 0 3 0 35 3
2011–12 30 1 2 0 - - 32 1
2012–13 27 3 2 1 13 - 42 4
2013–14 12 0 0 0 2 0 14 0
Cəmi 183 9 23 2 44 0 250 11
Karyerasında Cəmi 275 24 25 2 44 0 344 26

Son tarix: 23 Dekabr 2013

Türkiyə milli futbol komandası
İl Oyun Qol
2007 2 0
2008 6 0
2009 9 0
2010 5 0
2011 5 1
2012 4 0
2013 3 0
Cəmi 34 1

TürkiyəFənərbaxça

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Gökhan Gönül // FBref.com (çd.).
  2. GONUL GOKHAN // Argentine Soccer Database (isp.).