Canet Caqan

Canet Rozali Caqan (ing. Janet Rosenberg Jagan) (20.10.1920, Çikaqo – 28.3.2009, Belem, Braziliya) — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti.[1]

Canet Caqan
ing. Janet Rosenberg Jagan
1997-1999-cu illərdə Qayananın prezidenti olmuş Canet Caqan
1997-1999-cu illərdə Qayananın prezidenti olmuş Canet Caqan
prezident
19 dekabr 1997 – 11 avqust 1999
ƏvvəlkiSam Hinds
SonrakıBharrat Cardeo
Şəxsi məlumatlar
Doğum adı Janet Rosalie Rosenberg
Doğum tarixi
Doğum yeri Çikaqo, ABŞ
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Belem, Braziliya
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Dəfn yeri
Təhsili
Fəaliyyəti yazıçı, uşaq ədəbiyyatı yazıçısı, siyasətçi, tibb bacısı
Həyat yoldaşı Çeddi Caqan

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Detroyt və Ueyn Universitetlərində təhsil almışdır. 1943-cü ildə Ç.B. Caqana ərə getdikdən sonra Britaniya Qvianasına köçmüşdür. Ərinin stomatoloji klinikasında tibb bacısı işləmişdir. Qadın hüquqları uğrunda mübarizə aparmış, 1946-cı ildə Qadınların iqtisadi və siyasi təşkilatının yaradılmasında iştirak etmiş, 1953-cü ildə Mütərəqqi qadın təşkilatının rəhbəri olmuşdur. 1950-ci ildə əri ilə birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir (1970-ci ilə qədər onun baş katibi olmuşdur).[1]

1957–61-ci illərdə əmək, səhiyyə və mənzil təsərrüfatı naziri, 1963–64 illərdə daxili işlər naziri vəzifələrində çalışmışdır. 1976–97-ci illərdə Milli assambleyanın deputatı idi. 1970–97-ci illərdə Qayana jurnalistlər ittifaqının prezidenti, 1973–97-ci illərdə MXP-nin mərkəzi orqanı olan “Mirror” qəzetinin redaktoru olmuşdur. 1993-cü ildə bir neçə ay BMT yanında Qayananın daimi nümayəndəsi vəzifəsini icra etmişdir. 1997-ci ilin aprelində baş nazir təyin edilmiş, həmin ilin dekabr ayında ölkənin prezidenti seçilmişdir. Lakin ABŞ-də doğulmuş ağdərili qadının prezident olması ilə barışmayan müxalifət onun istefası tələbi ilə kütləvi çıxışlar törətmişdir. Caqanın 1998-ci ilin dekabrında yenidən prezident seçilməsi ölkədə siyasi gərginliyi daha da artırmışdır. Caqan 1999-cu il avqustun 8-də səhhəti ilə əlaqədar vaxtından əvvəl istefa vermişdir.[1]  

  1. 1 2 3 Caqan// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 171. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]