Film üç övlad böyütmüş valideynlərin qocalandan sonra tənha, diqqətsiz və qayğısız qalmalarından danışır. Nəyə görə belə olur, doğma ana ilə ata nə üçün yadlaşır, cavanlarda bu cür laqeydsizlik və amansızlıq haradandır? Müəlliflər filmdə bu suallara cavab axtarır və tamaşaçıları da bu problem ətrafında düşünməyə çağırırlar.
Cansıxıcı əhvalat | |
---|---|
Fayl:Cansıxıcı əhvalat (film, 1988).jpg | |
Janr | dram |
Rejissor | Cəmil Quliyev |
Ssenari müəllifi | Eldəniz Quliyev |
Baş rollarda |
Hamlet Xanızadə — Fuad Rafiq Əliyev — Rauf Giuli Çoxonelidze — ata Fatma Xizroyeva — ana Dadaş Kazımov — Əliheydər Əliqulu Səmədov — ata (gənc) Əyyub Abbasov — Elçin |
Operator | Rafiq Quliyev |
Rəssam | Nazim Hacıyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 29 iyun 1988 |
Filmin digər adları |
Çox darıxdırıcı əhvalat Çox cansıxıcı əhvalat Darıxdırıcı əhvalat Atlar ağlayanda (çəkiliş zamanı) |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 65,5 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca |
İl | 1988 |
Texniki məlumatlar |
7 hissə 1814,7 metr 35 mm "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |
Film kinorejissor Arif Babayevin xatirəsinə həsr edilmişdir.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film Eldəniz Quliyevin "Mürşid kişi niyə susur?" hekayəsi əsasında çəkilib.