Caspian Agro

Caspian AgroAzərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisidir.[1] Sərgi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğrultmuşdur.

Caspian Agro
azərb. Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi
Loqonun şəkli
Status aktiv
Janr sərgi
Tezliyi hər ilin yazında
Məkan Bakı Ekspo Mərkəzi
Yer Bakı
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 2007-ci il
Növbəti 17-19 May, 2023-cü il
Təşkilatçı Caspian Event Organisers
caspianagro.az

Məqsəd[redaktə | mənbəni redaktə et]

Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir.

Tarix[redaktə | mənbəni redaktə et]

Caspian Agro 2018[redaktə | mənbəni redaktə et]

"Caspian Agro 2018" sərgisində Azərbaycan, Almaniya, ABŞ, Belarus, Çin, Gürcüstan, Niderland, İtaliya, İspaniya, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distribütorları iştirak edib. İlk dəfə sərgidə Vyetnamın da məhsulları nümayiş olunub.[2][3]

Caspian Agro 2019[redaktə | mənbəni redaktə et]

"Caspian Agro 2019"un ekspozisiyası Bakı Ekspo Mərkəzinin üç mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşəcək. Sərgidə dünyanın 31 ölkəsini təmsil edən 403-dən artıq şirkət iştirak edib. İştirak edən ölkələrin sayında 10%-lik artım olub. Azərbaycan, Belarus, Belçika, Almaniya, İtaliya, Mərakeş, Rusiya, İspaniya, Şri-Lanka, Türkiyə, Ukrayna, ABŞ, İsrail və digər ölkələri təmsil edən nümayəndələr istirak edib.[4]

Caspian Agro 2021[redaktə | mənbəni redaktə et]

"Caspian Agro 2021" sərgisində Azərbaycan, ABŞ, Almaniya, Əfqanistan, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva, Niderland, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, Vircin adaları, Yunanıstan da daxil olmaqla dünyanın 28 ölkəsindən 237 şirkət iştirak edib.[5][6]

Caspian Agro 2022[redaktə | mənbəni redaktə et]

"Caspian Agro 2022" sərgisində dünyanın 20 ölkəsindən 294 şirkət iştirak edib. Sərgi ilk dəfə "Smart Agro" istiqamətini təqdim etdi.[7][8]

Sərginin bölmələri[redaktə | mənbəni redaktə et]

  • Gülçülük
  • Kənd Təsərrüfatı Texnikası
  • Kənd Təsərrüfatı Obyektləri
  • Kənd Təsərrüfatı Landşafı
  • Kənd Təsərrüfatında İnnovasiya Texnologiyaları
  • Heyvandarlıq və Quşçuluq
  • İstixana
  • Yemlər
  • Baytarlıq
  • Bitkiçilik
  • Meyvə və Tərəvəzlərin Yetişdirilməsi
  • Tullantıların Emalı
  • Pambıq Emalı, Tekstil
  • Logistika
  • Elektron Kənd Təsərrüfatı
  • Laboratoriya Avadanlığı

Smart Agro[redaktə | mənbəni redaktə et]

  • Süni İntellekt
  • Ağıllı Kənd
  • Əşyaların İnterneti
  • Startup-lar
  • IT Xidmətləri
  • Robototexnika
  • Pilotsuz Uçuş Aparatları

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakıda "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri keçiriləcək". Apa.az (az.). 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2022.
  2. ""Caspian Agro 2018"də bir sıra ölkələrin yüksək texnologiyalı məhsulları nümayiş olunacaq". AzerTac. azertag.az. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2022.
  3. ""Caspian Agro 2018" sərgisi keçiriləcək". Xeber100. 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2022.
  4. "Sabah Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi işə başlayır". Report İnformasiya Agentliyi (az.). 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2022.
  5. "Bakıda "Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgiləri keçiriləcək". Abc.az (rus). 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2022.
  6. "Bakıda 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir". www.agro.gov.az (az.). 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2022.
  7. ""Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri başlayır". Apa.az (az.). 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2022.
  8. "Azərbaycanda "Caspian Agro 2022" sərgisi keçiriləcək". Report İnformasiya Agentliyi (az.). 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]