Caucasus Ventures

Caucasus VenturesAzərbaycanda vençur fondu. Ölkədə ilk belə bir fonddur. 29 noyabr 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holdinq" Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılmışdır.

Caucasus Ventures
Növü vençur kapitalı
Yaranma tarixi 29 noyabr 2022
Rəsmi dili
Mərkəzi
Fəaliyyət göstərdiyi yer Qafqaz, Şərqi Avropa, Mərkəzi Asiya
caucasus.vc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Caucasus Ventures" 29 noyabr 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PAŞA Holdinq" Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılmışdır. Azərbaycanda ilk belə bir fonddur. Fondun yaradılması ilə əlaqədar keçirilmiş təqdimat mərasimində dövlət və özəl sektoru təmsil edən şirkətlərin təmsilçiləri, investorlar, inkubasiya və akselerasiya mərkəzlərinin məsul əməkdaşları, xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və media nümayəndələri iştirak etmişdilər.[1]

Fondun fəaliyyətinin əsas istiqaməti toxum sonrası böyümə və "A" mərhələsində olan startaplara sərmayə yatırmaqdır. Fondun nizamnamə kapitalı 11,300,000 Azərbaycan manatı təşkil edir. "Paşa Holdinq" Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəlmişdilər. Eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək "Caucasus Ventures"ə əlavə 5 milyon manat vəsait ayırmışdır. "Caucasus Ventures" fondunun 2028-ci ilə qədər Azərbaycan, Gürcüstan, Türkiyə, Mərkəzi AsiyaŞərqi Avropa ölkələrindən olan[2][3] 50 startapa sərmayə yatırmağı planlaşdırılır.[4] Odur ki, fondun sədri Məmməd Kərim fondun coğrafi mandatını "Pakistandan Macarıstana qədər olan coğrafiya"nın əhatə etdiyini qeyd etmişdir.[5] Fondun büdcəsinin 60%-dən çoxu Azərbaycan layihələrinin dəstəklənməsinə, qalan hissəsi isə xaricə yönəldilməsi nəzərdə tutulmuşdur.[6] Payçıların razılığı ilə fondun əhatə etdiyi müddət daha 2030-cu ilə qədər uzadıla bilər.[7] İnvestisiyaların biletlərinin ölçüsü startapın inkişaf mərhələsindən asılı olaraq 50,000–250,000 ABŞ dolları arasında olması nəzərdə tutulmuşdur. Fondun əsas diqqət yetirəcəyi şaquli istiqamətlərdən bəziləri səyahət texnologiyası, SaaS həlləri və maliyyə texnologiyasıdır.[8]

Fond təsisçiləri qiymətləndirən zaman bir neçə əsas amili nəzərə alır. Onlardan biri miqyaslılıq, yəni şirkətin zamanla böyümə və genişlənmə qabiliyyətidir. Buraya təkcə bazar imkanının ölçüsü deyil, həm də təsisçilərin bazar tendensiyaları dəyişdikcə uyğunlaşma və yeniliklər etmək bacarığı daxildir. Digər amil dözümlülük, yəni təsisçilərin və onların komandasının biznesi uzun müddət davam etdirmək qabiliyyətidir. Bura təkcə maliyyə sabitliyi deyil, həm də yaranan uğursuzluqlara və çətinliklərə tab gətirmək bacarığı daxildir. Təsisçilərin qiymətləndirilməsində təsəvvür də vacib kriteriya hesab olunur. Buraya təkcə şirkətin uzunmüddətli məqsədləri və istiqamətləri deyil, həm də təsisçilərin öz baxışlarını aydın şəkildə çatdırmaq və başqalarını onların rəhbərliyinə tabe olmağa ruhlandırmaq bacarığı daxildir. Bu əsas amillərlə yanaşı, fond bazarın ölçüsünü və potensialını, komandanın səriştəsini və təcrübəsini, həmçinin biznesin əsas mərhələlərə çata bilmə sürətini də nəzərə alır.[9]

Yatırımlar ilə bağlı fondun rəsmi veb səhifəsində və sosial platformalarda davamlı olaraq məlumatlar paylaşılır. Osman Gündüzün məlumatına görə, "Caucasus Ventures" fondu 2023-cü ilin may ayına qədər startapın hər birinə 50 min dollar civarında yatırımlar etmişdir.[10] Bundan sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2023-cü ilin birinci rübü üçün hesabat yayımlamış, "Caucasus Ventures" fondunun azərbaycanlı təsisçilərə məxsus 3 startapa investisiya etdiyini və daha 6 startap izləmə mərhələsində olduğunu bildirmişdir.[11] Bunlar İstanbulda təsis edilmiş, türk dünyası ölkələri arasında komissiyasız pul köçürmə xidməti olan "Turan APP", ABŞ-də təsis edilmiş, saxta rəyləri yoxlamaq və silmək üçün süni intellektdən istifadə edən onlayn araşdırma platforması olan "TestedWeb" və əsas fəaliyyət mərkəzi Sinqapur olan, gəmi sahibləri, menecerlər və gəmi personalı üçün etibarlı əməkdaşlıq etmək üçün müxtəlif alətlər təqdim edən "Magic Port" platformasıdır.[12]

  1. "Azerbaijan's first venture capital fund Caucasus Ventures established – AZERTAC". 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  2. "Azərbaycanın ilk Vençur Kapital Fondu — "Caucasus Ventures" yaradıldı". Qafqazinfo. 29 noy 2022. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  3. Məmmədov, www mrsadiq info | Sadiq. "First venture capital fund established in Azerbaijan". News.az. 29 noy 2022. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  4. "Caucasus Ventures shares data on its investment plans in Azerbaijan". www.today.az. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  5. ""Caucasus Ventures" fondunun rəhbəri: "Biz aşağı faiz göstəricisi olan bazarlara inanırıq"". FED.az. 29 noy 2022. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  6. "Azerbaijan's Caucasus Ventures talks priority directions". Azernews.Az. 4 dek 2022. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  7. "Məmməd Kərim: "Özünü doğruldan startaplara üstünlük verəcəyik" MÜSAHİBƏ". Vergilər Qəzeti. 1 dek 2022. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  8. "Caucasus Ventures – the first Azerbaijani venture fund – USD6.6 million – Startup Azerbaijan". 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  9. "Caucasus.vc". caucasus.vc. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  10. ""Caucasus Ventures" fondu neçə startapa yatırım edib?". Xəbərlər.az. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  11. "İRİA: "Caucasus Ventures" azərbaycanlı təsisçilərə məxsus 3 startapa investisiya edib". Apa.az. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  12. ""Caucasus Ventures" 3 startapla yatırım qapılarını açdı! | Trilogy News". www.trilogy.news. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]