Cavad Hüseynov (16 sentyabr 1998, Çayrud, Lerik rayonu – 17 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Cavad Hüseynov | |
---|---|
Cavad Cavid oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çayrud, Lerik rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Sumqayıt, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi Madagizin azad edilməsi |
Təltifləri |
Cavad Cavid oğlu Hüseynov 1998-ci il 16 sentyabr Lerik rayonunun Çayrud kəndində anadan olub[1]. 2016–2019-cu illərdə Lənkəran Dövlət Universitetində "Biznesin idarə edilməsi" fakültəsində oxuyub. Subay idi.
Cavad Hüseynov 2019-cu ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınıb. Orada 3 ay müddətində xidmət etdikdən sonra Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Cavad Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Cavad Hüseynov oktyabrın 17-də Suqovuşan ərazisində gedən döyüşlərdə şəhid olub. 18 noyabrda Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavad Hüseynov "Vətən uğrunda" medalı ilə təltif edildi[2].