Cavanşir Hüseynov

Cavanşir Təmraz oğlu Hüseynov (23 yanvar 1934, Qazax rayonu2 dekabr 1985) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri (1978–1985), Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini (1975–1978), Azərbaycan SSR Ali Sovetinin XXI çağırış deputatı.

Cavanşir Hüseynov
bayraq
Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri
bayraq2
15 noyabr 1978 – 2 dekabr 1985
ƏvvəlkiYaqub İsmayılov
bayraq
Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini
bayraq2
1975 – 1978
NazirFərid Musabəyov
Nəriman İsayev
Şəxsi məlumatlar
Doğum tarixi 23 yanvar 1934(1934-01-23)
Doğum yeri
Vəfat tarixi 2 dekabr 1985(1985-12-02) (51 yaşında)
Dəfn yeri
Partiya
Təhsili

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR əməkdar mühəndisi

Cavanşir Təmraz oğlu Hüseynov 1934-cü il yanvarın 23-də anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra Bakı Baş Tikinti İdarəsinin tikinti idarələrində inşaatçı-texnik və tikinti ustası işləmişdir. 1958-ci ildən 1963-cü ilədək Azərbaycan Politexnik İnstitutunun müəllimi və aspirantı olmuşdur.[1]

1963–1968-ci illərdə Azərbaycan SSR Tikinti Nazirliyi tikintinin təşkili və texnologiyası trestinin baş layihə mühəndisi, şöbə rəisinin müavini, şöbə rəisi vəzifəsini icra edən, Baş Kolxozlararası Tikinti İdarəsi tikinti yardım bürosunun rəisi vəzifələrində işləmişdir. 1968-ci ildən "Sənayetikintimexanikləşdirmə" tresti müdirinin müavini, trestin baş mühəndisi işləmiş[2] və 1971–1975-ci illərdə Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi 4 nömrəli trestinin müdiri olmuşdur.[1]

Cavanşir Hüseynov 1975-ci ildən 1978-ci ilədək Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini işləmişdir. 1978-ci ildə o, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri təyin edilmişdir.[1][3]

Cavanşir Hüseynov 1968-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XXI çağırış deputatı seçilmişdir.[2] "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.[1]

Cavanşir Hüseynov uzun sürən ağır xəstəlikdən sonra 1985-ci il dekabrın 2-də vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.[1]

  1. 1 2 3 4 5 Ҹаваншир Тәмраз оғлу Һүсејнов // Коммунист. № 281 (19852). 4 декабр 1985-ҹи ил. С. 3.
  2. 1 2 Һүсејнов Ҹаваншир Тәмраз оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 427.
  3. Guseinov, Dzhavanshir Tamraz ogly // Who's who in the Soviet Union (ingilis). München; New York; London; Paris: Saur. 1984. səh. 119. ISBN 3-598-10467-7.