Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Cavanşir Əziz oğlu Yusifli (24 sentyabr1958, Masallı) — tənqidçi, ədəbiyyatşünas və tərcüməçi.
Cavanşir Əziz oğlu Yusifli 1958-ci il sentyabr ayının 24-də Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib (1986). Yardımlı rayonunda müəllim işləyib (1986–1987). 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M. F. Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1991–1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993–1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir. 2000 və 2008-ci illərdə Prezident təqaüdünə layiq görülüb.
Azərbaycan ədəbiyyatında nə baş verir? (1 və 2-ci məqalə)
Jak Derridanın qrammatologiyası
Böyük poeziyanın adı: Tomas Sternz Eliot
İndi nədən, kimdən deyək
Füzulini niyə sevmədim?
Postmodernist kimdir? (6 məqalə)
Dəvədən fil düzəldən adam
Ədəbi prosesin dolanbacları, yaxud heç nədən hay-küy
Bədii mətndə poetik düşüncənin ritmi
Bədii mətnin strukturu (ebookbrowse.com/cavansir-yusifli-bedii-metin-str)
Budağında quş yuvası bir ağac, "Azərbaycan" jurnalı, 2011.
Artıq yaşıl işıqdır, əyləci basa bilərsən (Hadi Qaraçayın şeirləri haqqında)
Məqamı tutan roman (M. Cəfərlinin "Bərpaçı" romanı haqıqnda), ann/az portalı, 2012
Seyid Heydər Bayat (şeirləri haqqında)
Киян Хияв. Угловая комната (şeirləri haqqında)
Hümmət Şahbazinin şeirləri, yaxud dişimdə boğulan haray, kultaz.com portalı
Nakamlıq və məhkumluq (M. Müşfiq haqqında), "525-ci qəzet", 2010.
Nəsrin bitməyən sualları (iki məqalə). "Azərbaycan" jurnalı, 2008
Dilin arxa planı. (nəsr haqqında), kultaz.com portalı, 2009.
Mətn trayektoriyasında obrazın məcrası və macərası
Tənqidin ölümü. "Azərbaycan" jurnalı, 2003.
Zamanı ötən şeirlər sorağında. "Ulduz" jurnalı, 1997.
Alber Kamü: atılmış insanın pənahı, 2012.
Azerbaycan komedi metinlerinde ihtilaf ve konu şekilleri. Turkish Studies International Periodical For the Languages, Literature and History of Turkish or Turkic Volume 3/9 Fall 2010.
Komediyada güzgü. Azərbaycan AMEA Xəbərləri, 207.
Bədii mətn funksional sistem kimi. Ədəbiyyat institutunun məcmuəsi. 1998.
The Azerbaijani comedy — genre evolution/ Turkish Studies International Periodical For the Languages, Literature and History of Turkish or Turkic Volume 2/8 Spring 2011.
Yazıçı və onun bioqrafiyası. Kulis ədəbiyyat jurnalı, 2015
Bərpaçıya məktublar
Konseptual şeirlər (Səlim Babullaoğlu haqqında), "525-ci qəzet" , 2014.
Qadın ətri (Könül Həsənqulunun şeirləri haqqında", Kulis, 2015
Bir çimdik duz misalı.(Qorxmaz Quliyev haqqında), Kulis, 2015.