Cavidabad

Qaraçuq (əvvəlki adı: Cavidabad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cavidabad kənd inzibati-ərazi vahidi tərkibindəki Cavidabad kəndi Qaracuq kəndi, Cavidabad kənd inzibati-ərazi vahidi Qaracuq kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qaraçuq kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir.[3]

Qaraçuq
39°10′ şm. e. 45°21′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 795 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.904 nəf. (2009)
Xəritəni göstər/gizlə
Qaraçuq xəritədə
Qaraçuq
Qaraçuq

Arazboyu düzənlikdədir. 1963-1964-cü illərdə burada Araz çayı üzərində su qovşağı tikilərkən Babək rayonunun Qaraçuq və Bulqan kəndləri öz əvvəlki yerlərindən o vaxta qədər əkin sahələri olan indiki əraziyə köçürülmüş və qəsəbə tipli kənd salınmışdır. Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin şərəfinə kəndə Cavidabad adı verilmişdir.

Azərbaycanın dağ və dağətəyi rayonlarında əhali tərəfindən "Qaraçuxa", "Qaraçuxababa" ifadələri işlədilir. Qaraçuxa heyvanların, xüsusilə ev heyvanlarının pənahı kimi səciyyələndirilir və ona dini rəng verilir. Qaraçuxa "Kitabi-Dədə Qorqud"da adı çəkilən Qaraçuq çobanın prototipidir. Qaraçay hövzəsində eyniadlı (Qaraçuxa) dağı vardır.[4]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Qaraçuq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1856 Muncuqtəpə yaşayış yeri[5] XII-XVII əsrlər Qaraçuq kəndi
(suyun altında)
Arxeoloji Ölkə
1857 Xarabaşəhər yaşayış yeri[6] XII-XVI əsrlər Qaraçuq kəndi
(suyun altında)
Arxeoloji Ölkə
1858 I Qaraçuq nekropolu[7] X-XIX əsrlər Qaraçuq kəndi
(suyun altında)
Arxeoloji Ölkə
1859 II Qaraçuq nekropolu[8] E.ə. III minilliyin sonu-
II minilliyin əvvəli
Qaraçuq kəndi Arxeoloji Ölkə

Əhalisi 2904 nəfərdir.[9]

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kənddə 1989-cu ildə inşa edilmiş Qaracuq kənd İmam Rza məscidi yerləşir.[10]

  1.  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  3. "Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  4. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
  5. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  6. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  7. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  8. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  9.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  10. "Seyyid Əliəsgər Behburlu (tərtibçi). Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi. Bakı: Beynəlxalq Əlhuda Nəşriyyatı, 2001, səh. 215" (PDF). 2019-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-29.