Caypur — Hindistanın şimal qərbində şəhər. Racəstan ştatının inzibati mərkəzi.[2]
Caypur | |
---|---|
ing. Jaipur | |
26°55′ şm. e. 75°52′ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Tabesində | Racəsthan ştatı |
Başçı | Aşok Lahoti |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 18 Noyabr, 1727 |
Sahəsi | 484.64 km2 km² |
Mərkəzin hündürlüyü | 431 m |
Saat qurşağı | UTCIST (UTC+5:30) |
Əhalisi | |
Əhalisi | 3,046,189 nəfər (2011) |
Sıxlığı | 6,300/km2 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 141 |
Poçt indeksi | 302001[1] |
Nəqliyyat kodu | RJ-14 |
Digər | |
www.jaipur.rajasthan.gov.in | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 2,9 milyon nəfərdir (2007).[2]
Aravalli silsiləsinin ətəklərində, 431 m hündürlükdə yerləşir. İri nəqliyyat qovşağı və beynəlxalq aeroportdur.[2]
Əsasını 1728-ci ildə, 12-ci əsrdə bu torpaqları işğal etmiş racput tirələrindən birinin nümayəndəsi – Amber maharacəsi II Cay Sinqh qoymuşdur. Moğol imperiyasının vassalı olmuş Caypur racəliyinin eyniadlı yeni paytaxtı kimi yaradılmışdır. 1947-ci ildə Hindistan müstəqilliyik qazandıqdan sonra Caypur Racəsthan ştatının inzibati mərkəzi oldu (1948).[2]
Divarlarla əhatə olunmuş köhnə şəhərin memarlığında çəhrayı qumdaşıdan çox istifadə edildiyi üçün Caypur “çəhrayı şəhər” kimi məşhurdur. Onun düzgün planlaşdırılması qədim hind memarlığı ənənələrinin (düz bucaq altında kəsişən geniş küçələr dünyanın 4 cəhətinə istiqamətləndirilmişdir) davamıdır: Hava-Mahal sarayı (“Küləklər sarayı”; 18-ci əsrin 2-ci yarısı) orijinaldır: onun ornamentli fasadında 953 pəncərə var. Çandra-Mahal sarayı (18-ci əsr; hazırda Caypur maharacəsinin muzeyi), Cantar-Mantar rəsədxanası (1728–34), bağlar, fəvvarələr və s.-nin daxil olduğu şəhər sarayı kompleksinin (köhnə Caypur meydanının 1/7 hissəsi) qəribə üslubunda racput və moğol memarlığının elementləri birləşir.
Şəhər divarları xaricində 19–20-ci əsrə aid evləri olan Caypurun yeni hissəsi yerləşir. Şəhərdə Racəstan universiteti (1947); 50-yə yaxın kollec (o cümlədən kənd təsərrüfatı, tibb, mühəndislik və s.); Albert muzeyi (1876, 1886-cı ildə açılmışdır; -miniatür, xalça, silah və s.-dən ibarət kolleksiya) fəaliyyət göstərir. Caypur Hindistanda kriket mərkəzlərindən biridir. “Savay Mansinqx” stadionunda (təqr. 30 min tamaşaçı tutur) 1987 və 1996-cı illərdə kriket üzrə Dünya kuboku yarışları keçirilmişdir.
Mühüm sənaye-ticarət mərkəzidir. Kimya, elektrotexnika, sement, şüşə-saxsı, yüngül (o cümlədən pambıq parça), yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir. Caypur Hindistanda qiymətli və yarım qiymətli daşların və əlvan daşların emalı üzrə ən iri mərkəzdir. Bədii sənətkarlıq (zərgərlik məmulatlarının rəngkarlıq miniatürlərinin, xalçaların hazırlanması; zərbetmə, fil sümüyü və daş üzərində oyma və s.); turizm inkişaf etmişdir. Caypurun yaxınlığında Amber şəhərinin iç qalasında, racəstxan knyazlarının sarayı (16-cı əsrin sonu – 17-ci əsr), Cayqarx istehkamı, çariça Sisodinin bağları, Qalta məbəd kompleksi (18-ci əsr, divar naxışları) var.[2]