Cevdet Dermenci (rus. Джевдет Умерович Дерменджи;27 avqust 1918 – 12 mart 1985, Orenburq) — Krım tatar əsilli Qızıl Orduda xidmət göstərmiş kapitan rütbəli batalyon komandiri.
Cevdet Dermenci | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Qriqori İvanoviç |
Doğum tarixi | 27 avqust 1918 |
Vəfat tarixi | 12 mart 1985 (67 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | krım tatarı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | SSRİ |
Qoşun növü | Qızıl Ordu |
Rütbəsi | kapitan |
Döyüşlər | |
Təltifləri |
İlk dəfə öz bölüyünə komandanlıq etməyə başlayan zaman desant dəstəsi ilə Dnepr çayını ikinci dəfə keçərək göstərdiyi şücaətinə görə Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərilsə də, o, yalnız Lenin ordeni ilə təltif edilmişdir.[1][2]
Nasist Almaniyası Barbarossa əməliyyatı nəticəsində Sovet İttifaqının bir hissəsini işğal etdikdən sonra Dermenci iyulun 3-də Simferopol hərbi komissarlığı tərəfindən Qızıl Ordu sıralarına çağırıldı. Həmin il Kommunist Partiyası sıralarına qəbul edildikdən sonra, 5 noyabr 1942-ci ildə avtomat dəstəsinin siyasi işlər üzrə komandirinin müavini təyin olunmazdan əvvəl qısa müddətliyinə 1180-ci Piyada alayına təyinat alan Dermenci, il ərzində döyüşlərdə üç dəfə yaralanaraq 26 dekabr 1942-ci ildə ilk hərbi mükafatına namizəd göstərilmiş, 1943-cü ildə isə Qırmızı bayraq ordeni ilə təltif edilmişdir. Bölməsi, Dnepr boyunca "112-ci xüsusi tank əleyhinə batalyonuna" rəhbərlik edərkən göstərdiyi şücaətinə görə Suvorov ordeninə namizəd göstərilsə də, daha sonra Aleksandr Nevski ordeni ilə təltif edilmişdir.[1]
O, 1943-cü il sentyabrın 26-da taborunun ikinci dəfə Dnepr çayını keçmək üçün başçılıq etdiyi döyüşdə şücaətlərinə görə 31 oktyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərilmişdir. Düşmən artilleriyası, pulemyot atəşi ilə üzləşməsinə baxmayaraq, o, öz batalyonu ilə çayın sağ sahilinə çatan ilk desant qrupu olmaq üçün döyüşmüşdür. Bu döyüşdə Cevdet Dermenci əl bombaları ataraq, yaxın məsafədə döyüşərək düşmən səngərlərinə hücuma rəhbərlik edərək Məhvər dövlətləri qüvvələrini geri çəkilməyə məcbur etmiş və desant qrupuna ərazidə körpübaşı qurmağa icazə vermişdir. Dörd gün ərzində onlar düşmənin tank və piyadalarının təkrar hücumlarının qarşısını almış, əlavə dost qoşunlarına çayı keçərək ərazidə möhkəmlənmələri üçün şərait yaratmışdılar. Döyüşdə yaralanmasına baxmayaraq, Dermenci tapşırığı yerinə yetirmək üçün batalyonuna komandanlıq etməyə davam etmişdi. Bu döyüşdə göstərdiyi şücaətlərinə görə o, müharibədə fərqlənən 28 Qızıl Ordu üzvü ilə birlikdə Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərilsə də, siyahıdakı 29 nəfərdən bu adı almayan yeganə şəxs oldu. 22 fevral 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adı əvəzinə Lenin ordeni mükafatı ilə təltif edildi.
Cevdet Dermenci Dnepr uğrunda döyüşdən sonra Stalinqrad, Odessa, Kantemirovka, Zaporojya, Manqanets, Nikopol, Nikolayev, Benderı və Varna da daxil olmaqla bir çox iri şəhərlər uğrunda gedən döyüşlərdə iştirak edib və ən azı beş dəfə yaralanıb.[3]
Müharibədən sonra 1944-cü ildə Krımdan sürgün edilməsi ilə yaşamını Volqaboyunda, Orenburqda davam etdirib. Burada aqrotexnik, sovxoz (Sovet iqtisadiyyatının qısa yazılışı) müdiri olub. Daha sonra SSRİ Elmlər Akademiyasında dissertasiya işini müdafiə etmişdi. O, həmçinin rayon icraiyyə komitəsində şöbə rəhbəri də olub. Cevdet Dermenci geri qayıtmaq hüququ qazanmadan öncə, 1985-ci ildə Orenburqda vəfat edib. Səbəbini soruşsa da, Sovet İttifaqı Qəhrəmanı namizədliyinin niyə rədd edilməsi ilə bağlı ona rəsmi açıqlama verilməyib.[4][5][6][7]