Ceyhun Məmmədov (idmançı)
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Ceyhun Məmmədov .
Ceyhun Məhəmməd oğlu Məmmədov (23 may 1968 , Ağdam ) — sambo üzrə 9 dəfə dünya çempionu, 2003-cü ildən etibarən Azərbaycan Sambo Federsiyasının prezidentidir.
Ceyhun Məhəmməd oğlu Məmmədov
Vətəndaşlığı
Doğum tarixi
23 may 1968 (1968-05-23 ) (55 yaş)
Doğum yeri
İdman növü
Sambo
Çəkisi
50 ± 2 kq
Ceyhun Məmmədov 23 may 1968-ci ildə Ağdam şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub. 1991-ci ildə həmin institutun məşqçilik fakültəsini bitirib. 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, hüquqşünasdır. Ceyhun Məmmədov həmçinin polis polkovnik leytinantı rütbəsini daşıyır.
1985-ci ildə SSRİ idman ustası adına layiq görülüb.
1986-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.
1987-ci ildə Beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb.
1990-cı ildə "SSRİ-nin Əməkdar idman ustası" fəxri adı verilib.
1995-ci ildə Beşinci dəfə Dünya çempionu olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Cənab Heydər Əliyev onu şəxsən təbrik edib.
1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən xidmətləri nəzərə alınaraq "Tərəqqi" medalı ilə təltif olunub.
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycanın "Əməkdar bədən tərbiyyə idman xadimi" adı verilib.
2016-cı ildə ümumi Avropa Federasiyasının "Vitse-Prezindenti" seçilib.
Azərbaycan respublikasının prezidenti İlham Əliyev tərəfindən
2019-cü, il "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi(1918–2018)" yubiley medalı təltif olunub.
Ceyhun Məmmədov 2003-cü ildən etibarən Azərbaycan Sambo Federasiyasının prezidentidir.
Prezident İlham Əliyevə Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəməri təqdim edilərkən (2015)
1985-ci il — Kiev şəhərində keçirilən yeniyetmələr arasında SSRİ birinciliyi və Ümumittifaq idman oyunlarının Çempionu.
1986-cı il — Vladimir şəhərində keçirilən yeniyetmələr arasında SSRİ birinciliyinin Çempionu.
1986-cı il — Minsk şəhərində keçirilən SSRİ Xalqlarının IX Spartakiadasının Çempionu.
1987-ci il — Kalinin şəhərində keçirilən gənclər arasında SSRİ çempionatının Çempionu.
1987-ci il — İtaliyanın Milan şəhərində keçirilən gənclər arasında Dünya çempionatının Çempionu.
1988-ci il — Tula şəhərində şəhərində keçirilən gənclər arasında Dünya çempionatının Çempionu.
1988-ci il — Omsk şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu.
1988-ci il — Kanadada keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
1989-cu il – Alma-Ata şəhərində keçirilən kişilər arasında SSRİ çempionatının Çempionu
1989-cu il – Kiyev şəhərində keçirilən kişilər arasında SSRİ Kubokunun Çempionu.
1989-cu il — Monqolustanın Ulan-Bator şəhərində keçirilən Dünya kubokunun Çempionu
1990-cı il — Kalinin şəhərində keçirilən kişilər arasında SSRİ çempionatının Çempionu
1990-cı il — Daşkənd şəhərində keçirilən kişilər arasında SSRİ Kubokunun Çempionu
1990-cı il — Moskva şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu.
1991-ci il – Minsk şəhərində keçirilən kişilər arasında SSRİ çempionatının Çempionu
1991-ci il — Minsk şəhərində keçirilən SSRİ Xalqlarının X Spartakiadasının Çempionu
1991-ci il – İsrailin Hotaniya şəhərində keçirilən kişilər arasında Avropa çempionatının Çempionu
1992-ci il – Kiyev keçirilən kişilər arasında Avropa çempionatının Çempionu.
1992-ci il – Minsk şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
1993-cü il – İtaliyanın Milan şəhərində keçirilən kişilər arasında Avropa çempionatının Çempionu.
1994-cü il – Litvanın Ponajevsk keçirilən kişilər arasında Avropa çempionatının Çempionu.
1994-cü il – Yuqoslaviyada keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
1995-ci il — Minsk şəhərində keçirilən kişilər arasında Avropa çempionatının Çempionu
1995-ci il — Bolqarıstanın Sofiya şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
1996-cı il — Yaponiyanın Tokio şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
1997-ci il – Azərbaycanın Bakı şəhərində keçirilən kişilər arasında Avropa çempionatının Çempionu.
1997-ci il – Gürcüstanın Tbilisi şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
Ceyhun Məmmədov SSRİ miqyasında −13 dəfə
Avropa miqyasında – 6 dəfə
Dünya miqyasında – 9 dəfə
Cəmisi isə 28 dəfə ÇEMPİON adına layiq görülüb