Ceyranpınar (türk. Ceylanpınar) — Türkiyənin Şanlıurfa ilində rayon və şəhər. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Rəsulayn şəhərinə çevrilmişdir.
Ceyranpınar | |
---|---|
Ceylanpınar | |
36°50′46″ şm. e. 40°02′56″ ş. u.HGYO | |
Ölkə | |
Region | Cənub-şərqi Anadolu |
Rayon | Şanlıurfa |
Bələdiyyə başçısı | Menderes Atilla (AKP)[1] |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Rəsulayn |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | ərəb |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 63570 |
Nəqliyyat kodu | 63 |
Digər | |
ceylanpinar.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyranpınar rayonunda Türkiyənin ən böyük dövlət istehsal ferması olan Kənd Təsərrüfatı Müəssisələri Ümumi Müdirliyi (KTMÜ) yerləşir. KTMÜ işçilərinin çoxu rayon xalqından təşkil olunmuşdur, ancaq nadir olsa da Türkiyənin qərbindən gələn məmurlar da var. Burada heyvandarlığa əlavə olaraq, buğda, pambıq, noxud, mərcimək, günəbaxan və qarğıdalı becərilir. Bu məhsullar daha çox Türkiyənin qərbinə göndərilərək orada emal olunur və rayona hər hansı bir iqtisadi xeyri yoxdur. KTMÜ daxilində təxminən 1.500 ceyran var.[3]
İl | Ümumi | Şəhər | Şəhərətrafı |
---|---|---|---|
1985[4] | 38.757 | 25.781 | 12.976 |
1990[5] | 49.555 | 33.238 | 16.317 |
2000[6] | 67.817 | 44.258 | 23.559 |
2007[7] | 69.571 | 43.890 | 25.681 |
2008[8] | 71.272 | 43.718 | 27.554 |
2009[9] | 72.749 | 44.626 | 28.123 |
2010[10] | 73.305 | 44.726 | 28.579 |
2011[11] | 76.084 | 46.713 | 29.371 |
2012[12] | 77.981 | 48.050 | 29.931 |
2013[13] | 78.814 | 78.814 | N/A |
2014[14] | 80.706 | 80.706 | N/A |
2015[15] | 83.177 | 83.177 | N/A |
2016[16] | 84.727 | 84.727 | N/A |
Ceyranpınar rayonunda yerli bələdiyyəyə aid avtobus firmaları və hər saat Şanlıurfaya hərəkət edən mikroavtobuslar xidmət göstərir. Rayon ərazisində dəmiryolu nəqliyyatı da mövcuddur.[17]