Türkiyə regionları

Türkiyənin coğrafi bölgələri 1941-ci ildə təsbit olundu

Türkiyə regionları — 6 iyun-21 iyun 1941-ci ildə Ankarada toplanan Birinci Coğrafiya Qurultayı tərəfindən təyin olunmuşdur. Qurultay ilk, orta və lisey məktəb tədris planı proqramları ilə dərs kitabları, coğrafiya terminləri və coğrafi adların yazılması, Türkiyə coğrafiyasının ana xəttləri və yerlərin adlandırılması üzərində çalışmaq məqsədiylə toplanmışdı. Bu çalışmanın nəticəsində Türkiyənin üç tərəfinin dənizlərlə çevrilmiş olması, dağların Anadolunun daxili seqmentlərini sahillərdən ayırması, iqlim, nəqliyyat və bitki örtüsü kimi ölçülər diqqətə alınaraq Türkiyənin coğrafi regionları təyin olunmuşdur.

Türkiyə Birinci Coğrafiya Qurultayında Türkiyə coğrafi 7 regiona ve 21 bölməyə ayrılmışdır.

Bu region və bölmələrin Türkiyənin idarə məsləhəti üçün zərrə bir hökmü yox lakin coğrafi elmi məna üçün əhəmmiyətli hökm edər.

Regionlar və bölmələr

[redaktə | mənbəni redaktə et]

Təbiət, bəşəri və ekonometrika xüsusiyyətləri baxımdan sərhədləri daxilində bənzərlik göstəriş eden geniş sahələrə region deyilir. Sərhədləri daxilində bənzərlikləri olan ancaq bölgənin digər yerlərindən fərqli olan kiçik sahələrə isə bölmə deyilir.

Antalya bölməsi, Adana bölməsi
Yuxarı Fırat bölməsi, Ərzurum - Qars bölməsi, Yuxarı Murat - Van bölməsi, Hakkari bölməsi
Egey bölməsi, Daxili Qərbi Anadolu bölməsi
Orta Fırat bölməsi, Dicle bölməsi
Konya bölməsi, Yuxarı Sakarya bölməsi, Orta Kızılırmak bölməsi, Yuxarı Kızılırmak bölməsi
Yıldız bölməsi, Ergene bölməsi, Çatalca - Kocaeli bölməsi, Cənubi Mərmərə bölməsi
Qərbi Qara dəniz bölməsi, Orta Qara dəniz bölməsi, Şərqi Qara dəniz bölməsi

Regionların ərazisi

[redaktə | mənbəni redaktə et]

Göllər daxil olmaqla Türkiyənin yekun ərəzisi 814.578 km². Bölgələrə görə faizi: