Noxudmeyvəli sərvpəri (lat. Chamaecyparis pisifera) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sərvpəri cinsinə aid bitki növü.
Noxudmeyvəli sərvpəri | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Noxudmeyvəli sərvpəri |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Yaponiya, Kyuşu adalarıdır. Hündürlüyü 30 m-ə qədər olan çətiri ensiz piramidal, konusvarı, gövdəsinin qabığı hamar, qırmızımtıl-qonur rəngli ağacdır. Budaqları üfüqi şaxələnmişdir. Yarpaqlarının təpəsi sivri ucla qurtarır, tünd-yaşıldır. Lavson sərvpərisindən yarpaqlarının daha sivri olması ilə fərqlənir. Zoğlarının üst tərəfi tünd-yaşıl, alt tərəfi qonur-yaşıl rəngdədir və üzərində ağ ləkələr vardır. Qozaları Lavson sərvpərindəkilərə nisbətən daha xırda olub kürəşəkillidir, diametri 6-8 mm, sarımtıl-qəhvəyi rəngdədir, qısa saplaqlarda yerləşmişdir. Toxumları enli, şəffaf qanadlıdır və hər üzündə yaxşı görünən 5-6 qatran vəzisi vardır. Çoxlu miqdarda bağ-dekorativ forması məlumdur. Oduncağı yüksək keyfiyyətlidir.
Azərbaycanda bəzi rayonlarda bağ və parklarda rast gəlinir. Dərin, rütubətli torpaqlarda yaxşı inkişaf edir, işıqsevəndir və qışa davamlıdır. Mərdəkan dendrarisində introduksiya edilmişdir. Abşeronda park və bağların yaşıllaşdırılmasında qrup və tək əkinlərdə istifadə edilir. Toxum, qələm və calaq edilməklə çoxaldılır.