Mərdəkan dendrarisi

Dendrologiya İnstitutu – Abşeron yarımadasında Mərdəkan qəsəbəsində yerləşən struktur.

Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1870 ci ildə Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərin birində fəhlə kimi işə başlayan M.Muxtarov öz bacarığı sayəsində sahibkara çevrilmiş və özünün şəxsi qazma kontorunu açmışdır (1890). O, 1895-ci ildə metal ştanqlarla zərbə qazma dəzgahını qurur və bu dəzgaha "Bakı qazma" sistemi adı verir. Sonradan bu dəzgaha dövlət patentidə alır. Murtuza Muxtarov taxta yonan dəzgah icad edir ki, hal-hazırda bu dəzgah Sankt-Peterburuq şəhərində "Dağ-mədən" İnstitutunda saxlanılır. O,Vladiqafqazda və Əmircan kəndində məscid (1910), Pirallahı yaxınlığında Mayak habelə məktəb binası inşa etdirmişdir. Murtuza xanımı Liza ilə Avropaya səyahət etdiyi dövrdə İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturasına valeh olmuş və onlara oxşar sarayı bu bağda bir il ərzində tikdirmişdir. (1911–1912). 1925-cı ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924–1926-cı illərdə Ümumittifaq Tədbiqi Botanika İnstitutunun Təcrübə Bazası 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası 1945–1964-cü illərdə E.T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adına layiq görülüb. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağları ilə qarşılıqlı əməkdaşlıq edir. Azərbaycan dendroflorasının çox cilidli nəşri hazırlanmaqla yanaşı Otaq bitkiləri ensklopediyası, Gülçülük Ensklopediyası, Ekologiya dərs vəsaiti və.s. kitabları çapdan çıxmışdır. Son illər ərzində bağda yenidənqurma, abadlaşdırma tikinti işləri aparılmış, növ zənginliyi bərpa etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növləri gətirilmiş, bioekoloji xussiyyətləri öyrənilmiş və kolleksiyalara daxil edilmişdir. Buradakı bitki kolleksiyaları özünəməxsus landşaft ansanbılı olub, park dizaynın ən yaxşı numunələrindən istifadə edilərək şərq və qərb memarlığı ənənələri ilə tərtib edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]