Chlidonias hybrida

Ağyanaq bataqlıq susüpürəni (lat. Chlidonias hybrida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin bataqlıq susüpürəni cinsinə aid heyvan növü.

Ağyanaq bataqlıq susüpürəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsilə:
Növ:
Ağyanaq bataqlıq susüpürəni
Beynəlxalq elmi adı

24–28 sm uzunluğuna malik olurlar. Qanadları arasındakə məsafə 63 sm-ə qədərdir. Çütləşmə dönəmində sinəsi boz rəngdə olur. Başında qara "qapaq" olduğu halda yanaqları və quyruq lələkləri ağ rəngdədir. Dimdik və pəncələri qırmızıdır.

Ağyanaq bataqlıq susüpürəni Avropanın və Ön asiyanın su turtarları ətrafında yayılırlar. Şimalda Aral dəniziXəzər dənizi, Qara dəniz, cənubda PakistanƏrəbistan yarımadasına qədər ki ərazidə yayılırlar. Avropada Belarus, Ukraynanın cənubu, Albaniya, Türkiyə, Yunanıstanın şimalı, Rumıniya, Bolqarıstan, İspaniya, Fransanın cənubu və qərbi, İtaliyanın Po çayı sahillərində görülür. Sentyabrda qışlamaq üçün Afrikaya üz tutur. Aprel, may ayları isə yuvalama ərazilərinə qayıdır.

Səsləri "krrrk" və ya "ki-ik" kimidir. Səsləri adi çivdimdiklərin səsinə bənzəyir.

Yuva gölməçənin kənarında və ya üzən yarpaqlarda, qamışlıqlarda Qara bataqlıq susüpürənləri ilə eyni ərazidə yerləşir. Dişilər mayda 3 (nadir halda 2) yumurta qoyur. Yumurtalar yaşımtıl tünd ləkələrə sahib olur. Dişi 18 gün qırt yatır. İyulun sonları balalar tam mütəqilləşir. Bununla belə yemılərini yenədə valideynləri verir. 3 həftəliyində artıq uçmağa başlayırlar

Əsasən həşəratlar, xərçəngkimilər və kiçik balıqlarla qidalanır. Tipik bir ov texnikası: suya dövri bir dalış, tez-tez bəzi dalışlar.