Öd daşı xəstəliyi[2] (lat. Cholecystolithiasis — yun. χολή lat. chole “öd” və yun. λίθος lat. líthos “daş”) bütün dünyada və eyni zamanda Azərbaycanda çox geniş yayılmışdır. Demək olar ki, bir çox adamlarda öd daşlarının əmələ gəlməsi və xəstəliyin inkişafı üçün şərait vardır. Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.
Öd daşı xəstəliyi | |
---|---|
| |
XBT-10 | K |
XBT-9 | |
XBT-9-KM | 574.20[1] |
OMIM | 600803 |
DiseasesDB | 2533 |
MedlinePlus | 000273 |
eMedicine | emerg/97 |
MeSH | D042882 |
Vikianbarda əlaqəli mediafayllar |
Öd kristalları bütün öd yollarında əmələ gələ bilər (qaraciyər daxili öd yolları, ümumi öd axarı və s.).[3]
Xolesterin, qara və qəhvəyi öd daşlarının yaranma səbəbləri fərqlidir.
Qara öd daşları aşırı dərəcədə hemolizlə (qırmızı qan hüceyrələrinin parçalanması) ilə müşahidə olunan xəstəliklərdə rast gəlinir: oraq hüceyrəli anemiya, irsi sferositoz, beta-talassemiya.
Tibb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |