Circaetus gallicus

İlanyeyən (lat. Circaetus gallicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl ilanyeyən cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

İlanyeyən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Növ:
İlanyeyən
Beynəlxalq elmi adı

Başı iri, quyruğu uzundur. Beli boz-qonur, qarın tərəfi ağımtıldır. Çalma lələklərinin ucu qaradır. Quyruğunda 3-4 tünd zolaq var. Havada süzərkən döşündə qara ləkə, qarın nahiyəsində köndələn zolaqlar görünür. Gözləri böyük və sarıdır. Rəngi bozumtul-qonurdur. Qarın tərəfində qonur naxışlar var. Açılmış halda qanadlarının uzunluğu 1,9 m-dəkdir. Barmaqları qısa, dırnağı itidir. Avropa, AsiyaŞimali Afrikada yayılmışdır. Köçəri quşdur; Afrikada, Cənub-Qərbi Asiyada qışlayır. Seyrək enliyarpaqlı meşələrdə yaşayır. KrımdaOrta Asiyada meşəsiz dağlarda rast gəlinir. Ağacda və ya qayada düzəltdiyi yuvaya 1 yumurta qoyur; həm erkəyi, həm də dişisi 35-36 gün kürt yatır. Əsasən, sürünənlər, suda-quruda yaşayanlargəmiricilərlə, qismən də quş və iri həşəratlarla qidalanır.

Azərbaycanda sayı az olan və getdikcə azalan, yuvalayan köçəri növdür.

Avropa, AsiyaAfrikada yayılıb. Azərbaycanda quraq iqlimli dağətəyi sahələrdə nəsil verir: Qobustan, Bozdağ, Kiçik Qafqazın quraq dağ yamacları, Talış dağ bozqırları, Zuvandda, Araz çayı vadisində və Azərbaycanın digər dağətəyi və aran rayonlarında yayılmışdır. Azərbaycana apreldə gəlib, sentyabrda qayıdır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Qaya, yarğan və seyrək ağac olan quraq iqlimli landşaftlarda yaşayır. Azərbaycana nəsil vermək üçün gəlir. Apreldə gəlib, sentyabrda köçüb gedir. Adətən qaya və yarğanda yuva tikir. May ayında bir ədəd ağ yumurta verir, 32-34 gün kürt yatıb, bala çıxarırlar. Avqust ayının ortalarında pərvaz balası müşahidə edilir. Əsas yemi kərtənkələ və ilandır (hətta gürzə). Ova çıxma vaxtı ilanın fəal olduğu vaxta uyğun gəlir. Teztez kərtənkələ və qurbağa da ovlayır. Tək tək hallarda çəyirtkə, siçan və quş ilə yemlənir. Quraq landşaftlarda – qumsal səhra və yarımsəhra, dağətəyi bozqırlarda yaşayır. Kənd təsərrüfatı sahələrinin genişlənməsi ilə əlaqədar yaşayış yerləri azalır.

Son 40-50 ilə qədər adi saylı olub. 1960-cı illərdən sonra Azərbaycanda nəsil verən populyasiyasının sıxlığı azalmağa başlayıb. XX əsrin axırında Azərbaycanda nəsil verənlər 38 cüt olub. Son 10 ildə 50 % azalıb subkritik vəziyyətə düşüb: Qobustanda 2, Bozdağda 3, Kiçik Qafqazda 5, Naxçıvan MR-də 6, Talışda 3 cüt ilanyeyən dəmircaynaq qeydə alınıb. Qobustanda bir cüt ilanyeyənə 6 kv.km, Zuvandda 10 kv.km sahə düşür. Respublikada ümumi sayı məlum deyildir.

  • Çoxalması. Yuvasını sıldırımlı qayada və ağacda qurur. Bir yuvadan bir neçə il ardıcıl istifadə edir. Apreldə, mayın əvvəllərində 1-2 yumurta qoyur. Yuvada nəslin yaşama faizi aşağıdır.
  • Rəqibi, düşməni, xəstəliyi. Məlumat yoxdur.
  • Sayının dəyişilmə səbəbləri. Uzun müddət insan tərəfindən təqib olunması, xam torpaqların istifadə olunması, quşun özünün məhsuldarlığının aşağı düşməsi onun sayını azaltmışdır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Zərərli yırtıcı hesab edilib ovlanması, bozqırların təsərrüfata cəlb edilməsi, otlaqların deqradasiyası, yem obyektlərinin zəhərlənməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağandır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yuva sahələrinin tapılıb təbiət abidəsi statusu ilə qorunması, Respublikada növün reproduktiv populyasiyasının təhlükədə olmasının əhaliyə izah edilməsi, zoopark şəraitində yetişdirilməsi təcrübəsinə başlanması, süni şəraitdə yetişdirilib təbiətə buraxılması. Ümumi sayını öyrənmək, əsas yuva sahələrini təbiət abidəsi kimi nəzarət altına almaq, növün qorunmasını geniş təbliğ etmək lazımdır.