Clubhouse (azərb. Klubhaus) – səsli ünsiyyətə əsaslanan sosial şəbəkə . Tətbiq 2020-ci ildə "Alpha Exploration Co" şirkətinin əməkdaşları olan Paul Davison və Rohan Seth tərəfindən hazırlanıb[5]. Hal hazırda çox sürətlə böyüyən bir sosial şəbəkədir. 2020-ci ilin dekabrında tətbiqin qiyməti 100 milyon dollar dəyərində idi[6][7]. 21 yanvar 2021-ci ildə isə 1 milyard ABŞ dolları çatır.[8] .
Clubhouse | |
---|---|
Tipi | mobil tətbiq |
Əməliyyat sistemi | Android[3], iOS[4] |
İnterfeysin dili | ingilis dili |
Yayımlanma tarixi | mart 2020 |
Platforma | Android, iOS |
Sonuncu versiya | |
Sayt | clubhouse.com |
Vikianbarda əlaqəli mediafayllar |
Tətbiq 2020-ci ilin aprelində İOS əməliyyat sistemi üçun hazırlanır[9]. COVID-19 pandemiyasının ilk aylarında çox məşhurlaşır. Venture (azərb. Vençur) kapitalı firması olan Andreessen Horowitz'in 2020-ci ildə 12 milyon dollarlıq sərmayəsi sosial şəbəkəyə daha çox populyarlıq qazandırır.[10] 2020-ci ilin dekabr ayında artıq 600 min nəfər aktiv şəkildə tətbiqdən istifadə edirdi. İlon Mask GOOD TIME klubuna müsahibə verdikdən sonra Clubhouse'un populyarlığı dahada artır[11] .
Clubhouse ancaq səsli istifadə üçun nəzərdə tutulan bir sosial şəbəkədir. Sosial şəbəkənin tətbiqini yüklədikdən sonra qeydiyyatdan keçmək və daha əvvəl qeydiyyatdan keçmiş istifadəçilərdən dəvətnamə almaq lazımdı. Bundan sonra tətbiqə daxil olub maraq dairənizi seçirsiniz. Sonra proqramda dəhliz yaranır və dəhlizdə maraq dairənizə uyğun otaqlar olur. Bu otaqlara daxil olub danışıqlarda iştirak edə biləriniz. Tətbiqdən istifadə ancaq dəvətnamə ilə mümkundur. Clubhouse müxtəlif söhbət mövzuları, tok-şoular, musiqi, şəbəkə görüşləri, tanışlıqlar, tamaşalar, siyasi müzakirələr və s. olan müxtəlif klublar və virtual otaqlar təklif edir. Bir istifadəçiyə abunə olduqda üzv olduğu otaqların siyahısını görə bilirsiniz. Tətbiqdə Clubhouse'da virtual söhbətlər aparan Dreyk, Kevin Hart, Tiffany Haddish, Mark Zukerberq kimi məşhur insanları görə bilərsiniz[12] .
2021-ci ilin yanvarında şirkət tezliklə sosial şəbəkənin Android tətbiqini hazrılayacaqları barədə məlumat paylaşır. Ancaq 2021-ci ilin 7 mart tarixinə olan məlumata görə, Sosial şəbəkənin hələki rəsmi Android tətbiqi yoxdur.[13]
Rəsmi olaraq şirkət özu Android üçun tətbiq hazırlamasada artıq Sosial şəbəkənin qeyri rəsmi tətbiqi mövcuddur. Belə ki,VKontaktenin Android tətbiqinin yaradıcısı və keçmiş proqram təminatçısı Qriqori Klyuşnikov Android üçün Clubhouse tətbiqetməsinin açıq mənbəli bir versiyasını yaradıb. Tətbiqi İT layihələri və onların birgə inkişafı üçün ən böyük veb xidməti olan Github platforasnda yayımlayıb[14][15] .