Coğrafiya İnstitutu (Azərbaycan)

AMEA H.Əliyev adına Coğrafiya İnstitutu

Akademik H.Əliyev adına Coğrafiya İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminovdur. 1937-ci ildə AMEA-da coğrafiya bölməsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Azəbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.1994-cü  il tarixli, 30 saylı qərarı ilə AMEA-nın Coğrafiya İnstitutuna akademik Həsən Əliyevin adı verilmidir. 2014-2015-ci illərdə İnstitut tərəfindən hazırlanmış və dərc edilmiş “Azərbaycan Respublikasının Coğrafiyası” adlı fundamental trilogiya 2016-cı ildə ölkənin ən ali mükafatı olan Elm sahəsi üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Coğrafiya bölməsi, 1945-ci ildə isə Azərbaycan EA-nın tərkibində Coğrafiya İnstitutu yaranmışdır. Bu zaman İnstitut fiziki, iqtisadi və xəritəçilik şöbələrindən ibarət olmuşdur, institutda 25 nəfər çalışmışdır.19461950-cı illərdə İqlimşünaslıq və Qurunun hidrologiyası şöbələri açılır.1953-cü ildə İnstitutda Xəzər dənizi şöbəsi açılır, daha sonralar bu şöbə 2 tədqiqat gəmisi ilə təchiz olunur, onun nəzdində Xəzər Elmi-Tədqiqat Stansiyası təşkil olunur. 1972-ci ildə, dünyada ilk dəfə, Xəzərin açıq hissəsində dəniz observatoriyası yaradılır.

1970-ci ildən başlayaraq İnstitutun əsas tədqiqat istiqamətlərindən biri torpaq coğrafiyası olur, Pirqulu qoruğu ərazisində stasionar tədqiqatlar laboratoriyası yaradılır. Artıq 1989-cu ildə İnstitutda 8 problem üzrə 17 mövzuda elmi tədqiqat işləri aparılır, əməkdaşların sayı 250 nəfərə çatır. Onlardan 2 nəfəri akademik, iki nəfəri müxbir üzv, 13 nəfəri elmlər doktoru və professor, 60 nəfəri isə elmlər namizədidir. İnstitutda elmi kadrlar hazırlayan aspirantura şöbəsi vardır. 1960-cı ildən institutda ixtisaslaşdırılmış Müdafiə Elmi Şurası fəaliyyət göstərir.

AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli Qərarına əsasən 2013-cü ilin noyabrından İnstitutda Gənc Alim və Mütəxəssislər Şurası fəaliyyət göstərir.

İnstitutda elmlər doktoru və fəlsəfə doktoru hazırlanması, magistrlərin elmi-təhsil fəaliyyətlərini təşkil etmək məqsədi ilə 2016-cı ildə Təhsil şöbəsi yaradılmışdır.

2021-ci ildə yeni struktura əsasən İnstitutda Fiziki-Coğrafiya, İnsan Coğrafiyası, Xəzər Dənizi Problemləri istiqamətləri  ləğv edildi  və İnstitutda 18 şöbədə elmi-tədqiqatlar aparılır.

İnstitutun təşəkkülü və inkişafı tarixi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda coğrafiya elminin inkişafı tarixi, onun nəzəri və təcrübi cəhətdən formalaşması və yeni tədqiqat istiqamətlərinin yaranması bilavasitə dövrün tələblərindən və yüksəkixtisaslı kadr potensialından asılı olmuşdur. Kadr potensialı gücləndikcə ölkədə coğrafiya elminin bir sıra yeni elmi istiqamətləri inkişaf tapdı.

XX əsrin birinci yarısında coğrafiya elmi artıq özünün təsvir funksiyasını başa vurur, təbiətin və təbii proseslərin, ayrılıqda və qarşılıqlı inkişaf qanunauyğunluqlarını öyrənən fundamental və həm də tətbiqi elmə çevrilir. Hazırda iqtisadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, coğrafi məlumatlara ehtiyac duyulmasın və coğrafiya elminin nailiyyətlərindən istifadə edilməsin. Əsasən təbii ehtiyatlar və onlardan səmərəli istifadə, istehsalın yerləşdirilməsi, genişləndirilməsi və əhalinin məskunlaşmasının coğrafi problemlərini öyrənən bu elm Azərbaycanda onun təbii və iqtisadi xüsusiyyətlərinə müvafiq istiqamətdə inkişaf etdirilir.

Azərbaycanda coğrafiya elmi üzrə ardıcıl və sistemli tədqiqatların başlanması məhz XX əsrin birinci yarısına təsadüf edir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin respublikanın təbii ehtiyatlarının öyrənilməsi və rayonlaşdırması haqqında 1925-ci ildə verdiyi qərar əsasında, 1937-ci ildə SSRİ EA Azərbaycan filialının tərkibində coğrafiya sektoru yaradıldı. Bununla da keçmiş SSRİ və dünya elmi miqyasında özünəməxsus yeri olan Azərbaycan coğrafiya məktəbinin əsası qoyulur. Məhz bu tarixdən də Azərbaycanda coğrafiya elmi üzrə sistemli tədqiqatlar başlanılır. İ.V. Fiqurovski, H.Ə.Əliyev, R.V. Kovalyov və H.B. Əliyev kimi görkəmli alimlərin rəhbərlik etdiyi bu sektorun səkkiz illik fəaliyyətində ilkin tədqiqatlar fiziki və iqtisadi coğrafiya, torpaq coğrafiyası, xəritəçilik, seysmologiya və astronomiya üzrə aparılmışdır.

Aparılan tədqiqatların nəticəsi olaraq Bakının su təchizatı müəyyən qədər yaxşılaşdı və şəhəryanı təsərrüfatın yaradılması işlərinin həyata keçirilməsinə xeyli kömək etdi. Bu tədqiqatların əsasında ilk coğrafiyaçılardan biri olan H.B.Əliyev 1935-ci ildə «Bakıətrafı təsərrüfatın inkişafının iqtisadi-coğrafi problemləri» mövzusunda ilk dəfə namizədlik dissertasiyası müdafiə etdi. Bu, Azərbaycanda, ümumiyyətlə, coğrafiya səhəsində yazılmış ilk dissertasiya işi idi. Dissertasiya işində Abşeron buxtasının kompleks şəkildə qiymətləndirilməsi ilə bağlı olduqca gərəkli coğrafi fikir və tövsiyələr verilmişdir.

XX əsrin 30-cu illərinin ikinci yarısından başlayaraq respublikada iqtisadi quruculuq işlərinin həcmi xeyli genişlənir, yeni sənaye və kənd təsərrüfatı mərkəzləri, təbii-ərazi kompleksləri yaranırdı. Respublikanın ərazisində yeni neft və qaz yataqları aşkar edilir, suvarma şəbəkələri yaradılır və min hektarlarla xam torpaqlar mənimsənilirdi. Bütün bunlar respublika ərazisində geniş fiziki və iqtisadi coğrafiya sahəsində tədqiqatları aparmağı tələb edirdi. Lakin belə böyükhəcmli tədqiqat aparmaq üçün lazımi elmi kadırlar, tədqiqat mərkəzləri yox idi. Respublikada elmi mərkəzlərin yaradılmasına və bu mərkəzlərdə işləmək üçün coğrafiya ixtisası üzrə ali təhsilli mütəxəssislərin hazırlanmasına böyük ehtiyac duyulurdu. Həyatın tələbatına cavab olaraq 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ilk dəfə olaraq coğrafiyaçı H.B.Əliyev rəhbərliyi ilə coğrafiya fakültəsi açıldı. O, fakültənin iqtisadi-coğrafiya tədrisi problemlərini, Kazan Universitetinin yetirməsi N.Xelfin isə fiziki-coğrafiya fənnini tədris edirdi. İnstitutun iqtisadi və fiziki coğrafiya kafedraları ilk tədqiqat mərkəzlərinə çevrilmişdi. Çox keçmədi ki, ali məktəblər üçün ana dilində ayrı-ayrı fənlər o cümlədən coğrafiya üzrə ilk tədris vasaitələri hazırlanmağa başlandı, ilk elmi məqalələr nəşr edildi.

Beləliklə, tədricən respublikada yüksəksəviyyəli tədqiqat mərkəzləri yaratmaq üçün xeyli mütəxəssis yetişdirildi. Onlardan professorlar N.Kərəmovu, H.Sadıxlını, dosentlər O.Osmanovu, S.Şükürovu, M.Zülfüqarovu, İ.İbrahimbəylini, İ.Osmanovu və b. alimləri göstərmək olar.

Göründüyü kimi, Azərbaycanda coğrafiya elminin təməli, fikir və ideyalar formasında və rəsmi olaraq elmi məktəb kimi təşəkkül tapması 1937-ci ilin aprel ayından, coğrafiya elmi sahəsində elmi-tədqiqat işi aparan alimlərin bir qrupun təşəbbüsü ilə SSRİ EA Azərbaycan filialı nəzdində coğrafiya sektorunun yaranması tarixindən sonrakı dövrlərə təsadüf edir.

Bu bölmənin ilk struktur tərkibində cəmi 6 əməkdaş fəaliyyət göstərirdi. Buna baxmayaraq, həmin vaxtda respublika coğrafi tədqiqatların planına “Azərbaycan ərazisinin coğrafi şəraitinin hərtərəfli öyrənilməsi” kimi mühüm elmi problem daxil edildi.

1937-ci ilin əvvəllərində Azərbaycan SSR Xalq Komissarları Şurasının qərarı ilə Azərbaycanda “Coğrafi sözlüyün” hazırlanması və nəşri bir vəzifə kimi qarşıya qoyuldu və bu iş SSRİ EA Azərbaycan filialının qərarı ilə yeni yaradılmış coğrafiya bölməsinə həvalə olundu. Coğrafiya sözlüyünün 2 cilddə olması nəzərdə tutulmuşdu. Bununla əlaqədar coğrafiya sektoruna təklif olundu ki, Azərbaycanın coğrafi sözlüyünə dair SSRİ EA Gürcüstan filialına verilmiş bütün materiallar geri alınsın. Bununla yanaşı, 1938-ci ildə SSRİ EA Azərbaycan filialının rəyasət heyətinin qərarı ilə Coğrafiya sektorunun ilk direktoru vəzifəsinə tanınmış iqlimşünas, professor, İ.V.Fiqurovski təyin olundu və sektorun tərkibində Fiziki coğrafiya, Geofizika, İqtisadi coğrafiya, Xəritəçilik bölmələri təşkil olundu.

H.B.Əliyevdən (1945-1948)

Ə.M.Şıxlinski (1948-1951);

Ə.A. Mədətzadə (1951-1957);

Q.K. Gül (1957-1964);

S.H.Rüstəmov (1964-1967);

H.Ə. Əliyev (1967-1988),

B.Ə. Budaqоv (1988-2012),

R.M.Məmmədov (2012-2021) görkəmli alimlər rəhbərlik etmişlər.

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları, təbii ehtiyatların tədqiqi, onların ekocoğrafi xüsusiyyətləri, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin coğrafi problemləri
  • Azərbaycan Respublikasının konstruktiv və regional coğrafi problemləri
  • Azərbaycan Respublikasında səhralaşma prosesləri
  • Xəzər dənizinin hidrometeorologiyası və səviyyəsinin dəyişməsi problemi
  • Xəzər dənizi sahillərinin gemorfologiyası və dinamikası
  • Xəzər dənizində çirkləndiricilərin yayılmasının modelləşdirilməsi, ekocoğrafiyasının tədqiqi.
  • Azərbaycan Respublikasının Aqroiqlim Atlası-124 xəritə
  • Azərbaycan Respublikasının təbii şəraiti və ehtiyatları Atlası-300 xəritə
  • Xəzər dənizinin kompleks hidrometeoroloji atlası-274 xəritə
  • Avroasiya şelflərinin Mezozoy və Kaynozoyda paleocoğrafi xəritələr Atlası-129
  • Azərbaycan Respublikasının landşaft-geokimyəvi xəritəsi (miqyas 1:500 000).
  • Azərbaycan ərazisi üçün Pleystosen xəritələri (miqyas 1: 50 000)
  • Ermənistan Respublikası ərazisində mövcud olmuş azərbaycan mənşəli adların tarixi-coğrafi xəritəsi (1 : 250 000)
  • Xəzər dənizinin Azərbaycan sahil zonasının səhralaşma xəritələri (miqyas 1 : 200000)

Coğrafiya cəmiyyəti

[redaktə | mənbəni redaktə et]

1939-cu ildə İ.V.Fiqurovskinin sədrliyi ilə Azərbaycan coğrafiyaçılarının ilk elmi ictimai təşkilatı olan Azərbaycan Coğrafiya Cəmiyyəti yarandı. Yeni yaranmış cəmiyyət bütün coğrafiyaçı qüvvələri öz ətrafına toplamış, respublikada coğrafi biliklərin yayılması və s. məsələlərlə məşğul olmuşdur. Cəmiyyət coğrafi tədqiqatların aparılması, tarixi-coğrafi gecələrin keçirilməsi, dünya, sovet və Azərbaycan coğrafiyaçılarının yubileylərinin təşkili, elmi perspektivləri, elmi tədqiqat işlərinin nəticələri və nəşr edilmiş kitabların müzakirəsinin təşkilini həyata keçirmişdir. Hazırda bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan Coğrafiya Cəmiyyəti 8 bölmə üztə fəaliyyət göstərir

Cəmiyyətin şöbələri

[redaktə | mənbəni redaktə et]

Cəmiyyətin Bakı, Gəncə, Naxçıvan, Şəki və s. şəhərlərdə şöbələri təşkil olunmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]