Con Frenk Hiki

Con Frenk Hiki (ing. J. Frank Hickey; 29 oktyabr 1865, Louell[d], Massaçusets8 may 1922, Obern həbsxanası[d], Nyu-York ştatı) — cinsi istismarçı və seriyalı qatil olan bir amerikalı. Polisə və mediaya göndərdiyi açıqcalar səbəbindən ona "Açıqca qatil" ləqəbi verilmişdi.[1]

Con Frenk Hiki
ing. J. Frank Hickey
Doğum tarixi 29 oktyabr 1865(1865-10-29)
Doğum yeri
Vəfat tarixi 8 may 1922(1922-05-08) (57 yaşında)
Vəfat yeri
Fəaliyyəti seriyalı qatil

Uşaqlıq və gənclik illəri

[redaktə | mənbəni redaktə et]

Con Frenk Hikki Massaçusets, Louelldə, irlandiyalı mühacirlər Maykl C. Hikki və Meri Enn Marqatların ailəsində anadan olub.[2] O, valideynlərinin mənzilindən sadəcə iki blok kənarda olan Roma Katolik kilsəsində vəftiz edilib. 1912-ci ildə cinayətə görə həbs edildikdən sonra Hikki atası tərəfindən təcavüzə uğradığını iddia etdi.[2]

Gənc yaşlarında Hikki Kirk küçəsindəki Louelin İlk Camaat kilsəsinə qoşuldu.[2] O, həmçinin Gənc Xristian Kişilər Birliyinə (ing. Young Mens Christian Association) və Gənclərin Xristian Təşşəbbüs Cəmiyyətinə üzv oldu.

1 sentyabr 1883-cü ildə 18 yaşlı Hikki polislə əlaqə saxladı və 34 yaşındakı əczaçı Edvin Morinin hər ikisinin işlədiyi MakGibbon aptekinin döşəməsində ölü tapdığını dedi. Hikki Morinin alkoqolizm səbəbindən bir müddət ruh düşkünlüyünə qapıldığını və iş yoldaşını əvvəlki vəziyyətinə qaytarmağa çalışdığını iddia etdi. Həkim Morinin zəhər qəbul etdiyinə inandığı üçün mədəsi yuyuldu. Gecə yarısında Mori həyat əlamətləri göstərdi, lakin səhər saat üçdən bir qədər sonra öldü.[2]

İllər sonra Hikki Morini laudanumla öldürdüyünü etiraf etdi. O, müdirin Morinin sərxoş olduğunu görsə onların ikisini də işdən qova biləcəyindən qorxurdu.[2]

İşini "Gənc Xristian Kişilər Birliyinin katibi" olaraq sıralayan Hikki 1887-ci ildə Mason Lojasına üzv olmaq üçün müraciət etdi və üzv oldu. O, 1889-cu ildə Usta Mason oldu. Sonrakı iddialarına baxmayaraq, Hikki heç vaxt 32-ci dərəcəli mason rütbəsinə çatmadı. Baxmayaraq ki, ədəbiyyatşünas Vens Maklaflinin 1895-ci il iyunda masonlardan çıxdığını qeyd edir.[2]

Mason qeydləri fərqli bir hekayədən xəbər verir. 1895-ci ilin mart ayında Hikki Louelldə müdirindən 20 qallon spirt oğurladığına görə həbs olunur. Buna cavab olaraq, Böyük Massaçusets Lojası Hikkinin "yalançı və bədiman" olduğu qənaətinə gəldi və onu 12 iyun 1895-ci ildə "Masonluğun bütün hüquq və imtiyazlarından" məhrum etdi.[3]

Hikki 1896-cı ildə Louelldən ayrıldı və bir daha orada yaşaya bilməzdi. O vaxtdan 1902-ci ilə qədər o, Kanada və şimal-şərqi ABŞ-də dolaşaraq müxətlif sənaye işlərində çalışdı.[2]

10 dekabr 1902-ci ildə Hikki on bir yaşlı qəzet satıcısı Maykl R. Kruk ilə qarşılaşdı. Kruk ona bir qəzet satmağı təklik edəndə Hikki cavab verdi ki, əgər onu Mərkəzi parka kimi müşayiət etsə, o zaman o qəzetlərin hamısını alacaq. Kruk onun dediyin edib Mərkəzi parka kimi onun arxasınca gedəndə Hikki onu boğdu.[2]

Müstəntiq daha sonra cəsədi araşdırdı və cinsi təcavüzə dair heç bir dəlil tapmadı. Müstəntiq araşdırması nəticəsində Maykl Krukun "məhkəmə heyəti tərəfindən bilinməyən bəzi şəxs və ya şəxslər tərəfindən" boğularaq öldürüldüyü qənaətinə gəldi.[2][4]

12 dekabr 1902-ci ildə Maykl Krukun bədəni meyitxnadan çıxarıldı və Bruklin Vaşinqton Yəhudi Qəbirstanlığında basdırıldı.

Üçüncü qətli

[redaktə | mənbəni redaktə et]

12 oktyabr 1911-ci ildə Nyu York, Lakavannedə bir polad zavodunda çalışan Hikki atasının mağazasında oyanayan 7 yaşlı Coi Cozefi gördü. Daha sonra Coi evinin yaxınlığındakı küçədə bir dostu ilə palçıq gölməçələr düzəldəndə Hikki ona qoşulmaq üçün onlara tərəf getdi. O, özünə və dostuna konfet almaq üçün Coiyə bir az pul verdi. Coi geri qayıtdıqdan sonra Hikki qəfildən dostuna onun evə getmə vaxtının gəldiyini dedi.[2]

Sonra Hikki Coinin əlindən tutaraq onu Ric Rouddakı bir salonun arxasındakı balaca bir daxmaya apardı. Daha sonra Hikki huşunu itirənə qədər Coini boğdu, ona təcavüz etdi və sonra boğaraq öldürdü. Hikki sonra oğlanın cəsədini çuxura atdı.[2] Beləliklə, onun qurbanlarını sayı üç oldu.[5]

Buffalo Polis İdarəsinin köməyinə baxmayaraq, Coi Cosefin yoxa çıxması ilə bağlı istintaq demək olar ki nəticə vermədi. Sonra 30 oktyabr 1911-ci ildə Lakabanna polis rəisi Gilsona bir açıqca göndərildi. Orada deyilirdi "Coi Cozef Ric Roudda Doyles yaxınlığındakı salonun arxasında tapılacaq."[2]

  1. The Postcard Killers ISBN 978-0-099-55375-5 p. 98
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 McLaughlin, Vance. The Postcard Killer: The True Story of America's First Profiled Serial Killer and How the Police Brought Him Down, Thunder's Mouth Press, New York, 2006.
  3. "Proceedings of the Most Worshipful Grand Lodge of Ancient Free and Accepted Masons of the Commonwealth of Massachusetts" (ingilis). books.google.az. 20 sentyabr2019 tarixində arxivləşdirilib.
  4. Newsboy Murdered in Central Park;Little Fellow was Strangled, Presumably with Knotted Cord. Queer Wound on Cheek Puzzles Coroner's Physician- No Clue to Perpetrator of Crime, New York Times, December 12, 1902. Pagw 16.
  5. "HICKEY CONFESSES TO:THREE BRUTAL MURDERS" (ingilis). cdsun.library.cornell.edu. 20 sentyabr2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]