Con Hik

Con Hik (ing. John Hick; 20 yanvar 1922[1][2], Skarboro, Nort-Yorkşir[d]9 fevral 2012[3][1][…], Birminhem, Qərbi Mildlend[d]) — din fəlsəfəçisi və teoloq. Fəlsəfi ilahiyyat sahəsində, xüsusən də teodis, esxatologiya, xristologiya, dini plüralizm və dini epistemologiya sahəsində çalışmışdır[4].

Con Hik
ing. John Hick, John Harwood Hick
Doğum tarixi
Doğum yeri Yorkşir, İngiltərə
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Birminhem, İngiltərə
Milliyyəti ingilis
İş yerləri
Təhsili
johnhick.org.uk

20 oktyabr 1922-ci ildə Yorkşirdə anadan olmuşdur. Mançester Universitetində çalışan, Xristian əxlaqı dərsini tədris edən əmisi Edvard Hirstin təşviki ilə gənc yaşlarında din və fəlsəfə mövzuları ilə maraqlanmağa başlamışdır. Əvvəlcə Hull Universitetində hüquq təhsili aldıqdan, sonra xristian din xadimi olmaq üçün Presbiteriyan İngilis kilsəsinə üzv oldu, sonra Edinburq Universitetində fəlsəfə öyrənmişdir. Kembric Vestminister Teologiya məktəbində Əhdi-Ətiq, Əhdi-Cədid, Xristian doktrinası və kilsələr tarixini öyrəndmişdir. 1953-56 illəri arasında kilsə xidmətində çalışdı. Kornell Universitetinin Fəlsəfə kafedrasında və Kembric Universitetinin İlahiyyat fakültəsində dərs dedikdən sonra 1967-ci ildə Birminhem Universitetində fəlsəfə professoru olmuşdur. Müxtəlif universitetlərdə dərs demiş və 1994-cü ildə təqaüdə çıxmışdır. 25-dən çox kitabı mövcuddur[5].

  • Faith and Knowledge (İman ve Bilgi), (Glasgow: Williams and Collins Sons 1957)
  • The Existence of God (Tanrı’nın Varlığı), (New York: MacMillan 1964)
  • Faith and Philosophers (İman ve Filozoflar), (New York: MacMillan 1964)
  • Classical and Contemporary Readings in the Philosophy of Religion (Din Felsefesinde Klasik ve Çağdaş Okumalar), (New Jersey: Prentice Hall 1964)
  • Evil and the God of Love (Kötülük ve Sevgi Tanrısı), (New York: MacMillan 1966)
  • Christianity at the Centre (Hıristiyanlık Merkezde), (London: MacMillan 1968)
  • Arguments for Existence of God (Tanrı’nın Varlığının Delilleri), (London: MacMillan 1971)
  • The Myth of God Incarnate (Tanrı’nın İnkarnasyonu Miti), (London: SCM Press 1972)
  • God and Universe of Faiths (Tanrı ve İnançların Evreni), (London: MacMillan 1973)
  • Truth and Dialogue (Gerçeklik ve Diyalog), (London: Sheldon Press 1974).
  • Death and Eternal Life (Ölüm ve Ebedi Yaşam), (London: Collins 1976).
  • God Has Many Names (Tanrı’nın Birçok İsmi Var), (London: MacMillan 1980).
  • Problems of Religious Pluralism (Dînî Çoğulculuğun Problemleri), (London: MacMillan 1985).
  • The Myth of Christian Uniqueness (Hıristiyanlı`ğın Eşsizliği Miti), (London: SCM Press 1987).
  • An Interpretation of Religion (Bir Din Yorumu), (London: MacMillan 1989).
  • Three Faith One God (Üç İnanç Bir Tanrı), (London: MacMillan 1989)
  • Ghandi’s Significance for Today (Gandi’nin Günümüz Açısından Önemi), (London: MacMillan 1989)
  • Philosophy of Religion (Din Felsefesi), (New Jersey: Prentice Hall 1990)
  • The Metaphor of God Incarnate (Tanrı’nın İnkarnasyonu Metaforu), (London: SCM Press 1993)
  • The Rainbow of Faiths (İnançların Gökkuşağı), (London: SCM Press 1995)
  • The Fifth Dimension (Beşinci Boyut), (Oxford: Oneworld Publications 1999)
  • John Hick: An Autobiography (John Hick: Otobiyografi), (Oxford: Oneworld Publications 2002)
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. John Hick // AlKindi.
  3. RIP to English philosopher and theologian.
  4. Peters, Richard. "John Hick: Man of Many Mysticisms". Boston Collaborative Encyclopedia of Western Theology.
  5. İstanbul Üniversitesi Sosyal Bilimler Enstitüsü Felsefe ve Din Bilimleri Anabilim Dalı Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine Doktora Tezi,Rafiz Manafov, John Hick`in Din Felsefesinde Kötülük Problemi ve Günümüz Açısından Teodise (25 Mayıs 2012'de erişildi)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]