Con Karter (film)

Con Karter (ing. John Carter) — 2012-ci ildə Endryu Stantonun rejissorluğu ilə çəkilmiş və Walt Disney Pictures tərəfindən istehsal olunmuş ABŞ elmi fantastika filmidir. Film yazıçı Edqar Rays Berrouzun Barsoom kitab seriyasındakı ilk kitabı olan "Mars şahzadəsi" kitabının motivləri əsasında çəkilmişdir. Film aktyor Teylor Kitçin canlandırdığı Con Karter obrazının planetlərarası macəralar zamanı başına gələn müxtəlif hadisələr haqqındadır.

Con Karter
ing. John Carter
Janr fentezi filmi[d][1][2], elmi-fantastika filmi[2][3][…], döyüş filmi[4][3][…], macəra filmi, roman ekranlaşdırması[d]
Rejissor
Ssenari müəllifləri
Baş rollarda
İstehsalçı Walt Disney Pictures
Distribütor Walt Disney Studios Motion Pictures[d], Netflix, Disney+
İlk baxış tarixi 9 mart 2012, 8 mart 2012[9]
Müddət 132 ± 1 dəq.
Büdcə 250.000.000 $[10]
Gəlir 284.000.000 $[10]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Nyu-Meksiko, Yuta, Los-Anceles
IMDb ID0401729
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin rejissoru olan Endryu Stanton, Nemonun axtarışında (2003)VALL-İ (2008) kimi Pixar animasiyalarını idarə etmiş və Con Karter filmi ilə birlikdə ilk canlı filmini idarə etmişdir. Filmin ssenari müəllifləri müştərək formada Mark Endryus və Maykl Çabondur.

İstinadlar[redaktə | mənbəni redaktə et]