Con Lord (ing. Jonathan „Jon” Douglas Lord) — Deep Purple rok-qrupunda klavişdə ifası ilə məşhurlaşmış əfsanəvi musiqiçi.
Con Lord | |
---|---|
ing. Jon Lord | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Jonathan Douglas Lord |
Doğum tarixi | |
Doğum yeri | Lester, Böyük Britaniya |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | London, Böyük Britaniya |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, bəstəkar |
Fəaliyyət illəri | 1967-ci ildən |
Janr | Rok |
Musiqi alətləri | elektron klaviatura[d], orqan, Hammond orqanı[d], orqan[d], piano, sintezator |
Təhsili |
|
Üzvlüyü | |
jonlord.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Con Lord 1941-ci ildə Böyük Britaniyanın Lester qraflığında anadan olub. 5 yaşından pianoda çalmağa başlayıb. Dram məktəbinin məzunu olsa da, aktyor peşəsinə meyl göstərməyib və karyerasını bar və pablarda rok musiqinin ifası ilə davam etdirib.
1968-ci ildə həmkarı Kris Körtislə əfsənavi qrupun təməlini qoyan Con Lordun yaradıcılığına klassik musiqi ilə caz və blyuzun böyük təsiri olub. Belə ki, musiqiçi rok kompozisiyalarını yazmaqla yanaşı, klassik müsiqi əsərlərini də bəstələyib. 1969-cu ildə Londonun dəbdəbəli Albert Hall səhnəsinə qalxan Deep Purple qrupunun repertuarında klassik musiqinin çalarlarını açıq-aydın eşitmək mümkün idi. Lakin 70-ci illərdən başlayaraq getdikcə daha çox nəzərə çarpan rok elementi kollektivin özünəməxsus musiqi dəst-xəttinin təməlini qoyur.
1976-ci ildə qrup şəklində fəaliyyətini dayandırmış Deep Purple 8 il sonra yenidən birləşərək qlobal turnelərə çıxmağa başlayır. 150 milyon albomu satılan populyar qrupun tərkibi həmişə dəyişib. Hərçənd ki, Con Lord 2002-ci ilədək müsiqi kollektivinin dəyişməz üzvü qalıb.
2011-ci ildə xərçəng xəstəsi olduğunu bildirən Con Lord müalicə üsulu kimi musiqi bəstələyəcəyini elan edib. O, mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı.
Musiqiçi 2012-ci il iyulun 16-da London klinikasında 72 yaşında ailəsi və dostlarının əhatəsində dünyasını dəyişib[1].