III Con Sidney Makkeyn (ing. John Sidney McCain III; 29 avqust 1936[1][2][…], Koko Solo[d] – 25 avqust 2018[3][1][…], Kornvill[d], Arizona[7]) – ABŞ siyasətçisi, Arizona ştatından senator, 2008-ci il ABŞ Prezident Seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd.
Con Makkeyn | |
---|---|
ing. John McCain | |
| |
ABŞ nümayəndəsi[d] | |
3 yanvar 1983 – 3 yanvar 1987 | |
ABŞ senatoru[d] | |
3 yanvar 1987 – 3 yanvar 1989 | |
ABŞ senatoru[d] | |
3 yanvar 1989 – 3 yanvar 1991 | |
ABŞ senatoru[d] | |
3 yanvar 1991 – 3 yanvar 1993 | |
ABŞ senatoru[d] | |
3 yanvar 1993 – 3 yanvar 1995 | |
ABŞ senatoru[d] | |
3 yanvar 1995 – 3 yanvar 1997 | |
ABŞ senatoru[d] | |
3 yanvar 1997 – 3 yanvar 1999 | |
ABŞ senatoru[d] | |
3 yanvar 1999 – 3 yanvar 2001 | |
ABŞ senatoru[d] | |
3 yanvar 2001 – 3 yanvar 2003 | |
ABŞ senatoru[d] | |
3 yanvar 2003 – 3 yanvar 2005 | |
ABŞ senatoru[d] | |
3 yanvar 2005 – 3 yanvar 2007 | |
ABŞ senatoru[d] | |
3 yanvar 2007 – 3 yanvar 2009 | |
ABŞ senatoru[d] | |
3 yanvar 2009 – 3 yanvar 2011 | |
ABŞ senatoru[d] | |
3 yanvar 2011 – 3 yanvar 2013 | |
ABŞ senatoru[d] | |
3 yanvar 2013 – 3 yanvar 2015 | |
ABŞ senatoru[d] | |
3 yanvar 2015 – 3 yanvar 2017 | |
ABŞ senatoru[d] | |
3 yanvar 2017 – 25 avqust 2018 | |
ABŞ nümayəndəsi[d] | |
3 yanvar 1983 – 3 yanvar 1985 | |
ABŞ nümayəndəsi[d] | |
3 yanvar 1985 – 3 yanvar 1987 | |
Şəxsi məlumatlar | |
Doğum adı | John Sidney McCain III |
Doğum tarixi | 29 avqust 1936[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 avqust 2018[3][1][…] (82 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, donanma zabiti[d], avtobioqraf[d], qırıcı təyyarə pilotu, pilot, ssenarist, yazıçı, müəllif, televiziya aparıcısı |
Dini | protestantlıq, Baptizm |
Hərbi xidmət | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
Qoşun növü | ABŞ hərbi donanması |
Döyüşlər | |
Rütbəsi | Birinci dərəcəli kapitan[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[8] |
|
|
johnmccain.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Con Makkeynin atası və babası da ABŞ Donanmasının tanınmış admiralları olmuşlar.
Con Makkeyn 1936-cı il avqustun 29-da anadan olub. Senator Makkeyn 1954-cü ildə Ali Yepiskop Məktəbini bitirib. Sonra o, atasının yolunu davam etdirərək 1958-ci ildə ABŞ Donanma Akademiyasını bitirib. C. Makkeyn Vyetnamda əsirlikdən azad ediləndən sonra onu prezident Riçard Nikson şəxsən özü qarşılayıb.
C. Makkeyn həmçinin qeyri-adi igidliklərinə görə də məşhurdur. 1967-ci il iyulun 29-da onun da yerləşdiyi təyyarəyə raket zərbəsi endirilib. Makkeyn isə təyyarənin burnu tərəfə keçərək oradan tullanıb. Sonra isə partlayış nəticəsində təyyarədə dəhşətli yanğın baş verib və 134 dənizçinin həyatına son qoyub. Amma elə həmin ildə o güllə yarası alıb və Vyetnamda Hanoy şəhərində 5 il 6 ay ərzində əsirlikdə saxlanıb. Güllə yarasından, qəzəbli kütlənin təpiklərindən, onu əsir göftürən hərbçilərin birn il sürən dəhşətli işgəncələrindən sağ çıxan C. Makkeyn 1973-cü ildə azadlığa buraxılıb.
Senator Makkeyn 1982-ci ildə Arizona ştatından ABŞ Senatına çeçilib və 1992, 1998 və 2004-cü illərdə seçkiləri yenidən udub. 2000-ci ildə Makkeyn ABŞ prezidentliyinə namizədliyini irəli sürüb. Amma o, respublikaçılar arasında keçirilmiş praymerizdə o vaxtlar Texas ştatının qubernatoru olan keçmiş prezident Corc Buşa məğlub olub.
Federal siyasətə qoşulmazdan öncə Makkeyn ABŞ Donanmasında fəaliyyət göstərib. O həmçinin Vyetnamda müharibə əsiri olub. Makkeyn 1981-ci ildə donanmadan fəxri veteran olaraq azad edilib.
Hazırda respublikaçılar arasında keçirilmiş çoxsaylı sorğular 2008-ci ildə C. Makkeynin praymerizi uda biləcəyini göstərir. Respublikaçıların əksəriyyəti onu 2008-ci ildə prezidentliyə namizəd görmək istəyir. Amma senatorun özü hələlik bu barədə konkret mövqeyini ortaya qoymayıb. Son günlərə təsadüf edən müsahibələrinin birində C. Makkeyn bildirib ki, o, "qəti olaraq ABŞ-nin prezidenti olmaq istəyir, amma 2008-ci ildə namizədliyini verib-verməyəcəyini hələlik dəqiqləşdirməyib".
Siyasi baxışlarına gəlincə, Makkeyn kifayət qədər ziddiyətli şəxsiyyətdir. Öz baxışlarında özünü sərbəst hiss etməsi üzündən çoxları iddia edirlər ki, onun yalnız adı respublikaçıdır, reallıqda isə fərqli birisidir.
C. Makkeyn vaxtaşırı C. Buşun ünvanına sərt ittihamlarla çıxış edib. Küveytdə keçirilmiş ziddiyyətli görüşdən sonra C. Makkeyn müdafiə naziri Donald Ramsfeldin istefasını tələb etmişdi. Buna baxmayaraq, senator Makkeyn Buş administrasiyasının Səddam Hüseyni hakimiyyətdən salmaq barədə qərarını qəti şəkildə dəstəkləyib. Makkeyn Buşun xarici siyasətini ümumən dəstəkləyən senatorlardandır, 2008-ci ilin noyabrında prezident seçkilərində Barak Obamaya məğlub olur.
Onun birinci və ikinci arvadlarının hər birindən 3 övladı var. 7-ci övladlarını isə o, öz arvadı Sindi Hensli Makkeynlə birlikdə Banqladeşdə uşaq evindən övladlığa götürüblər. Onun 4 nəvəsi var.
Qocaman senator 2017-ci ilin iyulundan bu yana Arizona ştatının Kornville şəhərində beyin xərçəngi xəstəliyindən müalicə alırdı və həmin ilin dekabrından Vaşinqtonda olmamışdır. 24 avqust 2018-ci ildə ABŞ Senatının ən məşhur və yaşlı üzvlərindən sayılan Con Makkeyn amansız xəstəliyi ilə mübarizə aparmayacağını bəyan etdi və son günlərini ailəsi ilə bərabər keçirmək istədiyini söylədi.[9] Makkeynin ailəsi hətta onun son mənzilə yola salınacağı kilsəni (Vaşinqtondakı Müqəddəs Pavel və Pyotr kilsəsi) və məzarlığı da müəyyən etmişlər. 25 avqustda Makkeynin vəfatı ailəsi tərəfindən elan edildi.