Ameriqo (Ameriko) Vespuççi (it. Amerigo Vespucci, lat. Americus Vespucius; 9 mart 1454[1], Florensiya, Florensiya Respublikası[1] – 22 fevral 1512[1], Sevilya, Kastiliya krallığı[1]) — florensiyalı səyyah, kartoqraf.
Ameriqo Vespuççi | |
---|---|
it. Amerigo Vespucci | |
Doğum tarixi | 9 mart 1454[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 fevral 1512[1] (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ehtimal ki, malyariya[1] |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], tacir, xəritəşünas, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Ameriqo Vespuççi 9 mart 1454-cü ildə Florensiyada anadan olmuşdur.
Xristofor Kolumbun "Amerikanı" kəşf etməsi portuqalları ciddi narahat etməyə başladı. Verdikləri "hədiyyə"ni geri qaytarmaq bir nömrəli problemə çevrilmişdi, lakin ispanlar Amerika qitəsini öyrənməkdə davam edirdilər. Yeni Dünyanın tədqiq edilməsində artıq Ameriqo Vespuççi görkəmli şəxsiyyət sayılırdı. Yazılarına əsaslansaq o, 4 dəfə – 1497, 1499, 1501, 1503-cü illərdə Amerikada olmuşdur.
Ancaq bu gün də Ameriqo Vespuççinin Yeni Dünyaya səyahətini şübhə altına alanlar vardır. Bir sıra tədqiqatçılar 1497-ci ildə Oxedlə birlikdə etdiyi səyahəti dəqiq sayırlar. Buna baxmayaraq coğrafiya tarixində ən görkəmli yer tutan səyyahlardan biri Ameriqo Vespuççi sayılmaqdadır. 1499-cu ildə ispan ekspedisiyası tərkibində "Hindistan"a səfərə çıxan Vespuççi Amazon çayının şimal hissəsinə yaxınlaşır. Daha sonra Karib dənizində sahil boyu üzməklə böyük bir ölkə ətrafında hərəkət etdiklərini anlayırlar. Yeni Dünyaya səyahətdən qayıtdıqdan sonra Vespuççi daha əlverişli saydığı Portuqaliya donanmasına keçir. 1501-ci ildə yenidən qərbə portuqal gəmisində üzür. Astronom kimi ekspedisiyada iştirak edən Vespuççi Rio-de-Janeyro (Yanvar çayı) çayının mənsəbinə çatır. 220 cənub enliyinə çatmaqla açıq okeana dönərək Afrika istiqamətdə üzürlər. Daha sonra isə paytaxt Lissabona yola düşürlər. Ekspedisiya üzvləri kəşf olunmuş qurunun Asiya olmadığına əmin olurlar. Çünki, Asiyanın bütövlükdə şimal yarımkürəsində yerləşməsi məlum idi.
1503-cü ildə Vespuççi bir daha "Yeni Dünya"ya səyahət etməklə kəşf olunmuş torpaqların Hindistan olmadığını dəqiqləşdirdi və İtaliyada yaşayan dostuna yazdığı məktubla bu qurunun "Yeni Dünya" adlandırılmasını məsləhət görürdü. 1507-ci ildə Vespuççinin "Yeni Dünya"ya üzməsi haqda iki məktubu fransız və latın dillərinə tərcümə olunur. 1507-ci ildə həcmcə çox da böyük olmayan "Kosmoqrafiyaya giriş" ("Dünyanın təsviri") kitabı çap olunur. Kitabın içərisinə Vespuççinin yazdığı iki məktub da əlavə olunur. İlk dəfə olaraq "Amerika" adına bu kitabda rast gəlinir. 1507-ci ildə Latarengiyalı coğrafiyaşünas Martin Valdzemyüller kəşf olunmuş materikin Amerika adlandırılması təklifini irəli sürür və bu münasibətlə yazırdı: "Yer kürəsinin bu hissəsinin dərin zəka sahibi olan Ameriqonun adına verilməsinin əksinə çıxan və onu qadağan edən bir adam görmürəm".
1538-ci ildə dünyanın xəritəsi, 1541-ci ildə isə Holland kartoqrafı Herart Merkatorun qlobusunda artıq şimal materiki də cənubla birlikdə Amerika adlandırıldı. Bir çox alimlərin təzyiq və etirazlarına baxmayaraq XVI əsrin ikinci yarısında bu ad tərtib olunan bütün xəritələrdə öz əksini tapdı.
Ameriqo Vespuççi 22 fevral 1512-ci ildə 58 yaşında İspaniyanın Sevilya şəhərində vəfat etmişdir.