Conatan Devid Haydt (ing. Jonathan David Haidt, 19 oktyabr 1963, Nyu-York, Nyu-York ştatı) — amerikalı sosial psixoloq. Əxlaq və əxlaqi duyğular üzrə ixtisaslaşmışdır. Haydt iki kitabın müəllifidir: Xoşbəxtlik hipotezi: Qədim müdriklikdə müasir həqiqəti tapmaq (2004) və “Saleh ağıl: Yaxşı insanlar niyə siyasətə və dinə görə bölünür” (2006). Bu kitab The New York Times bestsellerinə çevrilmişdir.[2] Prospect jurnalı onu qlobal mütəfəkkirlər siyahısına daxil etmişdir.[3] O, TED konfranslarında üç dəfə çıxış etmişdir.
Conatan Haydt | |
---|---|
ing. Jonathan David Haidt | |
Doğum tarixi | 19 oktyabr 1963 (61 yaş) |
Doğum yeri | |
Elm sahələri | psixologiya, Sosial psixologiya[1] |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
jonathanhaidt.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Haydt Nyu-Yorkda anadan olmuş və Skarsdeyldə böyümüşdür. 1985-ci ildə Yel Universitetində fəlsəfə üzrə bakalavr dərəcəsini və 1992-ci ildə Pensilvaniya Universitetində doktorluq dərəcəsini almışdır. Daha sonra Çikaqo Universitetində mədəni psixologiya üzrə təhsil almışdır. Doktoranturadan sonrakı təyinatı zamanı Hindistanın Orissa şəhərində üç aylıq tədqiqat üçün Fulbrayt qrantı qazanmışdır. 1995-ci ildə Virciniya Universitetində dosent vəzifəsini almış və 2011-ci ilə qədər burada çalışmışdır.
1999-cu ildə Haydt müsbət mənəvi emosiyaların tədqiqi olan Pozitiv psixologiya sahəsi ilə məşğul olur. Bu tədqiqatlar 2003-cü ildə Florişinqin, daha sonra isə 2006-cı ildə Xoşbəxtlik hipotezinin (ing. The Happiness Hypothesis) nəşrinə səbəb olmuşdur. 2004-cü ildə o, əxlaqi psixologiyanı siyasətin öyrənilməsinə tətbiq etməyə başlamış, ideologiyanın psixoloji əsasları ilə bağlı tədqiqatlar aparmışdır. Bu iş 2012-ci ildə Saleh ağılın (ing. The Righteous Mind) nəşrinə səbəb olmuşdur.