Corc Gellap (ing. George Horace Gallup; 18 noyabr 1901[1][2][…] – 26 iyul 1984[1][3][…]) — alim, jurnalist, statistik, pedaqoq, ictimai rəyin öyrənilməsi üzrə elmi metodların müəllifi.
Corc Gellap | |
---|---|
ing. George Horace Gallup | |
Doğum tarixi | 18 noyabr 1901[1][2][…] |
Vəfat tarixi | 26 iyul 1984[1][3][…] (82 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | statistik, sosioloq, riyaziyyatçı, jurnalist, iş adamı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
1928-ci ildə ABŞ-nin Ayova ştatında "Oxucuların qəzet materiallarına olan marağının müəyyənləşdirilməsinin obyektiv metodu" adlı PhD dərəcəsi üzrə dissertasiyasını müdafiə etmişdir. 1932–36-cı illərdə reklam agentliyində çalışmış və ilk dəfə bazarın araşdırılması üçün müştərilərin sorğularını tətbiq etmişdir.
1935-ci ildə Amerika ictimai rəy institutunun əsasın qoymuşdur və bu institut artıq növbəti il prezident seçkiləri öncəsi sorğuların təşkilatçısı kimi məşhurlaşmışdır. 1958-ci ildə bu institut digər strukturlarla birgə "The Gallup Organization" adı altında birləşdirilmişdir.