Müqəddəs Pyotr meydanı

Müqəddəs Pyotr meydanı (it. Piazza San Pietro, lat. Forum Sancti Petri) - Roma şəhərinin Borqo rayonunun qərbində yerləşən və Papa enklavı olan Vatikan şəhərində, Müqəddəs Pyotr bazilikasının düz qarşısında yerləşən geniş meydandır.

Müqəddəs Pyotr meydanı
Piazza San Pietro
Meydanın Müqəddəs Pyotr bazilikasının günbəzindən görünüşü
Xəritə
41°54′07″ şm. e. 12°27′26″ ş. u.HGYO
Ölkə  Vatikan
Yerləşir Vatikan
Aidiyyatı Roma-Katolik kilsəsi
Memar Covanni Lorenso Bernini
Tikilmə tarixi 1656-1667
Üslubu Barokko
Vəziyyəti yaxşı
Rəsmi adı: Vatican City
TipiMədəni
Kriteriyai,ii,iv,vi
Təyin edilib1984
İstinad nöm.286
DövlətVatikan
RegionAvropa
Müqəddəs Pyotr meydanı (Vatikan)
Müqəddəs Pyotr meydanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meydanın mərkəzində, həmin ərazidə 1586-cı ildə ucaldılmış Qədim Misir obeliski yerləşir. Obelisk elmi ədəbiyyatda Vatikan obeliski adı ilə məşhurdur. Ziyarətçiləri “Ana kilsənin qolları kimi qucaqlayan” dörd sütun dərinlikli Toskan sütunlarından ibarət kolonnada və meydan kilsənin inşasından təxminən 100 il sonra Bernini tərəfindən dizayn edilmişdir. 1675-ci ildə Bernini tərəfindən hazırlanmış fəvvarə isə meydanda yerləşən və 1613-cü ildə Karlo Maderno tərəfindən dizayn edilmiş digər fəvvarəyə uyğundur.

Meydann 1921-ci ildə çəkilmiş aerofotosu

Müqəddəs Pyotr bazilikası qarşısındakı geniş ərazi Covanni Lorenso Bernini tərəfindən 1656-1667-ci illərdə, Papa VII Aleksandrın sifarişi ilə dizayn edilmişdir. Meydanın yaradılmasında əsas məqsəd “kilsədən və ya Həvari sarayından xeyir-dua verən Roma Papasının daha çox insan tərəfindən görülməsinə” şərait yaratmaq idi.[1]

On illərlə Müqəddəs Pyotr bazilikasının interyerləri üzərində işləyən Berniniyə bazilika qarşısındakı meydanın dizayn edilməsi həvalə edilmiş, lakin, bazilikanın Karlo Maderno tərəfindən yaradılmış barokko fasadı ilə rəqabət yaradılmaması üçün sadə Toskan orderindən istifadə etməsi tələb edilmişdir. Bernini isə meydanı əhatə etmək və möhtəşəmlik hissi yaratmaq üçün nəhəng ölçülü sütunlardan istifadə etmişdir.

Ətrafda olan çoxsağlı tikililər inşaat işləri zamanı xeyli məhdudiyyətlər yaradırdı. Kafedralın əsas fasadından sağda Vatikan sarayının nəhəng fasadı yerləşirdi və Bernini Papa otaqlarının qarşısını qapatmadan sarayın görünüşünü məhdudlaşdırmalı idi. Obelisk meydanın mərkəzində, Maderno tərəfindən hazırlanmış qranit fəvvarə[2] isə yanda yerləşir: Bernini fəvvarəni kolonnada ilə əhatə edilmiş ovato-tondonun əsas fokuslarından biri kimi istifadə edərək, 1675-ci ildə - ölümündən beş il əvvəl Madernonun fəvvarəsi qarşısında, obeliskin digər tərəfində ikinci fəvvarəni (Madernonun fəvvarəsinə bənzər) yerləşdirdi. Meydanın, bazilikanı tərk edən ziyarətçi üçün yüksək prespektiv yaradan və mütəxəssislər tərəfindən barokko stilinə ustad möhürü kimi dəyərləndirilən trapesvari forması əsasən ərazidəki tikililərin yaratdığı məhdudiyyətlər çərçivəsində formalaşdırılmışdır.

Dörd sütun dərinlikli[3] kolossal toskan kolonnadası meydanın elliptik ərazisini və trapezvari girişini formalaşdırır. Bazilikanın fasadına paralel olan ovato-tondonun uzun oxu davamlılıqda fasilə yaradır ki, bu da Barokko monumental yanaşması üçün xarakterikdir. Kolonnada meydanın ərazisini müəyyən edir. Meydanın trapesvari girişi ilə kontrast təşkil edən elliptik mərkəzi, Berninin təsəvvürünə görə “Ana kilsənin qolları kimi” ziyarətçiləri qucaqlayır. Kolonnadanın cənub tərəfində yerləşən Barberini bağında şam ağacları çətir formalaşdırır. Şimal tərəfdə isə bir neçə Vatikan binası və Vatikan sarayının yuxarı mərtəbələri görünür.

Meydanın 360 dərəcədə görünüşü
Vatikan obeliski

Ovato-tondonun mərkəzində qırmızı qranitdən hazırlanmış və şirlərin saxladığı Çigi ailəsinin gerbi ilə bəzədilmiş bürünc təməl üzərində dayanan 25.5 hündürlükdə Qədim Misir obeliski dayanır. Təməllə birlikdə obeliskin hündürlüyü 41 metrdir. Obeliskin zirvəsində isə bürünc xaç yerləşir. Qranit Misirin Heliopolis şəhərində naməlum firon tərəfindən ucaldılmışdır.

İmperator I Avqust (təxm. e.ə. 63 – b.e. 14) obeliski İskəndəriyyə şəhərindəki Yuli forumuna köçürtdürmüş, b.e. 37-ci ilinə kimi abidə orada qalmışdır. Həmin il Kaliqulanın sifarişi ilə Yuli forumu dağıdılmış, obelisk isə Romaya gətirilmişdir. Kaliqula obeliski qəddar oyunlar və xristianların edamlarının keçirildiyi Neronun sirkinin mərkəzindən keçən spinada yerləşdirmişdir.

Obelisk hazırda yeləşdiyi əraziyə 1586-cı ildə Papa V Sikstin göstərişi ilə mühəndis-memar Domeniko Fontana tərəfindən köçürülmşüdür; böyük ağırlığa malik obeliskin daşınması və yenidən ucaldılması prosesi bir neçə qravürdə əbədiləşdirilmişdir. Vatikan obeliski Romada yeganə obeliskdir ki, Qədim Roma dövründən bir dəfə də aşmamışdır. Orta əsrlərdə obeliskin üstündəki qızılı kürədə Yuli Sezarın külünün saxlandığına inanılırdı.[4] Fontananın obeliskdən ayırdığı və hazırda Roma muzeyində saxlanan qədim metalik şardan yalnız toz tapılmışdır. Kristofer Hibbert isə şarın çox sərt olduğunu yazır.[5] Baxmayaraq ki, obeliskin ucaldılmasının Bernini ilə heç bir əlaqəsi olmamışdır, sənətkar, meydanı dizayn edərkən onu mərkəz nöqtəsi kimi istifadə etmiş və himayədarı Papa VII Aleksandrın şərəfinə obeliskin təməlinə Çigi ailəsinin gerbini əlavə etmişdir.

Meydanın döşəməsi üçün çaydaşları və travertin plitələrindən istifadə edilmişdir. 1817-ci ildə döşəməyə obeliskin kölgəsini işarələyən dairə boyunca hər birində bürclər təsvir edilmiş on iki kiçik yumru daş plitə əlavə edilmiş və beləliklə də obelisk nəhəng qnomona çevrilmişdir.

Bu gün Müqəddəs Pyotr meydanına çatmaq üçün Müqəddəs mələk körpüsüVia della Konsilisione prospektindən (1929-cu il Lateran müqaviləsinin şərəfinə adlandırılıb) keçmək lazımdır. Bir zamanlar bu böyük prospekti tutan spina (Borqo-Vekkyo və Borqo-Nuovo küçələrini bir-birindən ayıran binalardan ibarət mediana) 23 oktyabr 1936-cı ildə Benito Mussolininin göstərişi ilə tntənəli şəkildə sökülməyə başlanılmış və 8 oktyabr 1937-ci ildə söküntü işləri tamamlanmışdır. Bu söküntü işlərindən sonra Müqəddəs Pyotr bazilikası Müqəddəs Mələk qəsrindən aydın görünür.

1937-1950-ci illərdə Passettodan cənubda yerləşən bütün binaların sökülməsi ilə Roma şəhərinin ən qədim və zəngin orta əsrlər və intibah məhəllələri məhv edilmişdir. Həmçinin spinanın sökülməsi özünəməxsus barokko təəcübünü də məhv etmiş və hazırda belə effekt yalnız Borqo-santo-Spirito tərəfdən hərəkət edənlər üçün əlçatandır. Via della Konsilisione prospekti 1950-ci il Böyük Yubileyə kimi tamamlanmışdır.

Müqəddəs Pyotr meydanı incəsənətdə

[redaktə | mənbəni redaktə et]
  1. Norwich 1975 p 175
  2. 1613-cü ildə Papa V Pavelin sifarişi ilə hazırlanmışdı.
  3. 248 sütun və 88 pilyasterdən ibarətdir; karnizdə 140 müqəddəsin həyati ölçülü heykəlləri və VII Aleksandrın gerbi yerləşir.
  4. Touring Club Italiano, Roma e Dintorni, which furnishes the statistics in these notes.
  5. Hibbert, p.178
  • Hibbert, Christopher, 1985, Rome: The biography of a city, London, Penguin.
  • Norwich, John Julius, ed. 1975 Great Architecture of the World ISBN 0-394-49887-9
  • Touring Club Italiano, Roma e Dintorni

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]