Cream

Creamİngiltərə rok qrupu. Qrupun üzvləri Cek Brüs (bas gitara), Erik Klepton (gitara) və Cincr Beyker (zərb alətləri) olmuşdur. Cream ilk super-qrup hesab olunur.[6] Qrup üzvləri instrumental ifa bacarıqlarına görə yüksək qiymətləndirilmişdir.

Cream
Loqonun şəkli
Cream 1967-ci ildə. Soldan-sağa: Cincr Beyker, Cek Brüs və Erik Klepton
Cream 1967-ci ildə. Soldan-sağa: Cincr Beyker, Cek BrüsErik Klepton
Əsas məlumatlar
Üslub
Fəaliyyət illəri
  • 1966–1968
  • 1993
  • 2005
Ölkə İngiltərə
Şəhər London
Leybl
Keçmiş üzvlər Cek Brüs
Erik Klepton
Cincr Beyker
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qısamüddətli üç illik fəaliyyəti ərzində qrup dörd albom buraxmışdır: "Fresh Cream" (1966), "Disraeli Gears" (1967), "Wheels of Fire" (1968) və "Goodbye" (1969). "Disraeli Gears" albomunun buraxılış ərəfələrində prodüser və multi-instrumental ifaçısı Feliks Pappalardi studiyada qrupa qoşulmuşdur. Onların musiqisi blüz-rok, psixodeliyahard rok kimi rok musiqi janrlarını əhatə edirdi. Cream fəaliyyət müddətində dünya üzrə 15 milyondan çox səsyazma nüsxəsi satmışdır.[7] Qrupun üçüncü albomu, "Wheels of Fire" (1968) ilk platin-satışlı cüt albom olmuşdur.[8] Onlar "Sunshine of Your Love" (1967) və "White Room" (1968) kimi mahnılarla beynəlxalq hitlərə imza atmışdır.

Brüs və Beyker arasındakı gərginlik 1968-ci ilin may ayında qrupun dağılmasına səbəb olmuş, lakin qrup son dəfə "Goodbye" albomunu buraxmış və turneyə çıxmışdır. Tur, 1968-ci ilin 25 və 26 noyabr tarixlərində Royal Albert Hall-da iki son vida konserti ilə başa çatmışdır. Bu konsertlər lentə alınıb kinoteatrlarda nümayiş olunmuşdur.

1993-cü ildə Cream Rok-n-roll şöhrət zalına daxil edilmişdir.[9] Onlar həm "Rolling Stone", həm də VH1-in "Bütün zamanların ən böyük 100 sənətkarı" siyahısında müvafiq olaraq 67 və 61-ci yerdə salınmışdır. Onlar həmçinin VH1-in "Hard-rokun 100 ən böyük sənətkarı" siyahısında 16-cı yerdə qərarlaşmışdır.[4]

  • Cincr Beyker — zərb alətləri, aparıcı və geri vokal (2019-cu ildə vəfat etmişdir)
  • Cek Brüs — aparıcı və geri vokal, bas gitara, klavişli alət, piano, harmonika, violonçel, akustik gitara, fleyta (2014-cü ildə vəfat etmişdir)
  • Erik Klepton — aparıcı və ritm gitara, geri və aparıcı vokal

Sessiya iştirakçıları

[redaktə | mənbəni redaktə et]
  • Pit Braun – sözlər, həmmüəllif (1966–1969; 2023-cü ildə vəfat edib)
  • Feliks Pappalardi – istehsal, viola, zınqırov, orqan, truba, tonet, mellotron, piano, bas gitara (1967–1969; 1983-cü ildə vəfat edib)
  • Mayk Teylor – həmmüəllif (1968; 1969-cu ildə vəfat etmişdir)
  • Corc Harrison – ritm gitara (1969; 2001-ci ildə vəfat etmişdir)
border=none Əsas məqalə: Cream diskoqrafiyası
  1. Budofsky, Adam, redaktorThe Drummer: 100 Years of Rhythmic Power and Invention. Hal Leonard Corporation. 2006. səh. 62. ISBN 978-1-4234-0567-2.
  2. Staff. ""We Were One of the Early Heavy Metal Bands Without Knowing It": How Eric Clapton, Jack Bruce and Ginger Baker Turbo-Charged the Blues With Cream". Guitar Player. 10 April 2023. 10 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2023.
  3. Knowles, Christopher. The Secret History of Rock 'n' Roll. Cleis Press. 2010. səh. 199. ISBN 9781573444057.
  4. 1 2 "VH1's 100 Greatest Artists of Hard Rock (20–1)". VH1. 2000. 10 February 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 June 2008.
  5. ""Readers' Poll: The 10 Best Jam Bands"". rollingstone. 25 March 2015. İstifadə tarixi: 14 March 2024.
  6. "Supergroup Cream rises again". CNN.com. 20 December 1999. 3 May 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2011.
  7. "Cream: Still Rising to the Top". Time.com. 9 March 2009. 22 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 23, 2020.
  8. "Cream – the Band". BBC. 20 September 2000. 3 February 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2008.
  9. "Cream: inducted in 1993" Arxivləşdirilib 2022-12-03 at the Wayback Machine. The Rock and Roll Hall of Fame and Museum. Retrieved 25 April 2012

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]