Dövlət Dəniz Agentliyi (Azərbaycan)

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi — Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2001-ci il tarixli 697 saylı Sərəncamına əsasən yaradılmış və həmin tarixdən fəaliyyətə başlamışdır.

Dövlət Dəniz və Liman Agentliyi
  • Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində
    Dövlət Dəniz və Liman Agentliyi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 21 aprel 2001
Tabelik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Ünvan AZ 1003, Bakı şəhəri, Xanlar küç. 2 B
Rəhbərlik
Rəhbər Arif Məmmədov

Rəsmi saytı ddla.gov.az

DDLA Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"ni rəhbər tutur.

Azərbaycan Respublikası 15 may 1995-ci il tarixindən Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür. Dövlət Dəniz və Liman Agentliyi BDT ilə sıx əlaqə yaradaraq təşkilatın iclaslarında, şuralarında və asambleyalarında yaxından iştirak edir. Bu günədək DDLA tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunmuş 18 Beynəlxalq Konvensiya və həmin konvensiyalara 8 Protokol ali qanunverici orqan tərəfindən qəbul olunmuşdur. DDLA bu konvensiyaların Azərbaycan Respublikasında yerinə yetirilməsinə dair BDT-yə mütəmadi olaraq hesabatlar verir.

"Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi kimi Nazirliyin strukturuna daxil edilib.

Dövlət Dəniz və Liman Agentliyinin nizamnaməsi: https://president.az/az/articles/view/53410