Düyün — Rejissor Əli İsa Cabbarovun filmi.
Düyün | |
---|---|
Janr |
dram poetik dram |
Rejissor | Əli İsa Cabbarov |
Əsərin müəllifi | Asif Rüstəmov |
Ssenari müəllifləri |
Ramiz Fətəliyev Asif Rüstəmov |
Baş rollarda |
Pərviz Məmmədrzayev Mehriban Zəki |
Operator | Adil Abbasov |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssam | Əziz Məmmədov |
İstehsalçılar |
Dərviş Prodüser Mərkəzi Butafilm (texniki təchizat) Kinoatelye "24 K" (post-prodakşn) |
İlk baxış tarixi | 14 mart 2008 |
Filmin digər adı | Albalı (çəkiliş adı) |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 23 dəq. |
Ölkə | Azərbaycan |
Dillər |
azərbaycanca rusca |
İl | 2008 |
Texniki məlumatlar | videofilm |
Rəng | rəngli |
Filmin qəhrəmanı 15 ildir atasını görmür. Ölüm ayağında olan atası ilə vidalaşmaq üçün ailəsini götürüb ucqar kəndlərinə tələsir. Uşaq ikən belə atası ilə ünsiyyəti az olan qəhrəman vidalaşmaq üçün yetişə bilmir, ancaq dəfnə çatır. Atasının vəfatından psixoloji şok keçirən qəhrəman bunun nəticəsində etiraflarını dilə gətirir, katarsis keçirir, mənəvi saflaşır.
Beləcə, filmdə ümumbəşəri atalar və övladlar probleminə toxunulur.
Film Asif Rüstəmovun "Albalı" hekayəsi əsasında çəkilmişdir.
Film poetik ovqat filmidir. Sözdən çox təsvirə üstünlük verilib. Geniş – ümumi çəkiliş planları üstünlük təşkil edir. Rejissor filmdə soyuq müşahidə manerası üslubunda işləyib.
Filmdə səslənən musiqiləri solistlər ansamblı ifa edir.
Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsinin 5 qalibindən biri olub (2007).
Filmi İsveç TV kanalı alıb.