Düz papaq (ing. Flat cap) — qarşısında kiçik sərt kənarlı yuvarlaq papaq.[1] Papaq Şotlandiyada bannet (ing. bunnet), Uelsdə day kep (ing. Dai cap), İrlandiyada paddi kep (ing. paddy cap), Yeni Zelandiyada çiz-katter (ing. cheese-cutter, ABŞ-də drayvinq kep (ing. driving cap) və Rusiyada kepka (rus. кепка) kimi tanınır. Papaq adətən pambıq, yun və tviddən hazırlanır.