Dəməşq saatı ilə (farsca: به وقت شام) — İbrahim Hatemikiyanın rejissorluğunu və ssenaristliyini etdiyi filmdir.[1]
Dəməşq saatı ilə | |
---|---|
به وقت شام | |
Janr | Dram |
Rejissor | İbrahim Hatemikiya |
Prodüser | Məhəmməd Xəzai |
Ssenari müəllifi | İbrahim Hatemikiya |
Baş rollarda |
Hadi Hajezfar Babək Həmidyan Xalid əl Sayed Pier Dağer Ləth əl Müfti |
Bəstəkar | Karen Humayunfər |
İstehsalçı | Owj Arts and Media Organization |
İlk baxış tarixi | 11 fevral 2018-ci il |
Müddət | 109 dəqiqə |
Ölkə | İran İslam Respublikası |
Dil | Farsca |
İl | 2018 |
Rəng | rəngli |
IMDb | ID7897478 |
Vikianbarda əlaqəli mediafayllar |
2018-ci il istehsalı filmdir. Film Suriya vətəndaş müharibəsindən bəhs edir. Film pilot və pilot köməkçisi olan ata-oğulun (Əli və Yunis) Şərqi Suriyada İŞİD-in mühasirəsində olan insanlara İlyuşin yük təyyarəsi ilə humanitar yardım aparan zaman İŞİD qüvvələri tərəfindən təyyarələrinin vurulmasından bəhs edir.[2]
Filmin ilk ekrana çıxma tarixi 2018-ci ilin 14 mart tarixidir. Filmdə həmçinin, Hadi Hajezifar, Babək Həmidiyan ilə yanaşı Suriyalı və İraqlı aktyorlar da çəkilmişdir.[3]
Film Berlin Film Festivalında da nümayiş etdiriləcəkdir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymani filmi "şah əsər" adlandırmışdır.[4][5]
Filmdə pilot rolunu oynayan Hajezifar öz işindən o qədər də razı qalmadığını bildirmişdir. Ümumiyyətlə tənqidçilərdən müsbət rəy toplayan filmin bundan sonra Cənubi Koreyada, Yaponiyada, İraqda və Livanda nümayiş olunması gözlənilir.[2]
Filmin rejissoru İbrahim Hatemikiya bu filmdəki işinə görə ən yaxşı rejissor nominasiyasında Kristal Simurq mükafatına layiq görülmüşdür.[6] Bu film bundan əlavə ən yaxşı bəstəkar işinə və ən yaxşı səs effektlərinə görə də iki Kristal Simurq mükafatına layiq görülmüşdür.[7][8]