Dəniz Dəmir

Dəniz Dəmir (30 may 1985, Gölə, Ərdəhan ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Dəniz Dəmir
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçim bölgəsi2023 — Ankara (I)
Şəxsi məlumatlar
Doğum tarixi (38 yaş)
Doğum yeri Ardahan ili, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya Cümhuriyyət Xalq Partiyası
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Dəniz Dəmir 30 may 1985-ci ildə Ardahan ilinin Gölə ilçəsində anadan olub.[1]

Mühəndis olaraq çalışıb, tunel və qazma işləri aparan müəssisələrin rəhbəri olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) üzvü olub.[1]

Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. 2018-ci ildə CHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib, 2020-ci ildə isə CHP Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Milli təhsil, mədəniyyət, gənclər və idman Komissiyasının üzvü olub.[1]

Subaydır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 TBMM. "Deniz DEMİR". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.