Dəniz Həyatı Parkı (Sinqapur)

Dəniz Həyatı Parkı» (ing. Marine Life Park) — Sinqapurun Sentosa adasında yerləşən dünyanın ən böyük okeanariumu[2][3]. Park 22 noyabr 2012 -ci ildə açılmış və iki hissədən ibarətdir: S.E.A Aquarium okeanariumu və Adventure Cove Waterpark su əyləncə mərkəzi.

Dəniz Həyatı Parkı
Açılma tarixi22 noyabr 2012
YerSinqapur Sinqapur, Sentosa
Sahəsi8 ha
Heyvanların sayı100 000[1]
Növlərin sayı800[1]
Saythttp://www.rwsentosa.com/language/en-US/Attractions/MarineLifePark

Okeanarium[redaktə | mənbəni redaktə et]

Okeanariumda 45 000 000 litr həcmində dəniz suyu cəmləşib. Parkda 100 000 dəniz canlısı, 800 növ məskunlaşıb[1]. Okeanarium 10 yaşam sahəsinə və 49 dəniz arealından ibarətdir. Mərkəzi akvarium açıq okean bölməsidir. Məhz burda dünyanın ən böyük müşahidə aynası yerləşir. Eni 36 metr, hündürlüyü 8,3 metr olan bu bölmə ziyarətçilərdə əsil dəniz dibi illuziyası yaradır[2].

Okeanariumda dünyanın ən böyük skatların sərgisi nümayiş olunur. Burada afalinləri ( 24 növ), bürünc çəkic balıqları, yapon krab-hörümçəkləri görmək olar. Dəniz canlıların nadır növlərindən olan nautilus pompiliusda park sakinlərindəndir. Parda ilk öncə balina akulada saxlamaq planlaşdırılsada, sonradan bundan vaz keçilmiş. Səbəb isə onların tədric olunub saxlanılması çətinliyi idi[4]. Park daxilində bir neçə kiçik akvariumda mövcuddur. Bu akvariumlar böyüdücü şüşələrlə təmin olunub. Onların vasitəsilə dəniz atlarını müşahidə etmək daha əlverişlidir.[5]

Okeanarium daxilində vertikal şəkildə yerləşən akvarium var. Onun hündürlüyü bir neçə mərtəbəli bina hündürlüyündədir. Park daxilində müxtəlif proqramları həyata keçirən beynəlxalq elmi-tədqiqat mərkəzi yerləşir.

Bu park əslində Sinqapurda yeganə deyil. İlk belə park 1991-ci ildə istifadəyə verilmişdir. Underwater World adlanan bu park da Sentosa adasındadır.

Akvapark[redaktə | mənbəni redaktə et]

Adventure Cove Waterpark və ya «Məcara buxtası» adlanan su akvaparkına 6 fərqli su təpəsi, hidromaqnit raketlər, qayalı ərazilər və s.daxildir. Ərazidə 600 metrlik "əyləncə çayı" var. 14 fərqli mövzulu səhnələr turistlərə cəngəllik həyatı haqqında ətraflı məlumat verir. Əlavə olaraq akvaparkda yeraltı akvarium və balacalar üçün hovuz fəaliyyət göstərir.

Park ərazisində qidalanma[redaktə | mənbəni redaktə et]

Ərazidə olan Cat Cora restoranında dəniz məhsulları ilə qidalanmaq olar.

Alış-veriş[redaktə | mənbəni redaktə et]

Akvariumun girişində müxtəlif suvenirlər satılan mağazalar yerləşir.

Şəkillər[redaktə | mənbəni redaktə et]

Malakka boğazıAndaman dənizi arealı Açıq okean arealı Akulalar arealı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "World's largest oceanarium opens". CNNGo Staff. CNN. 2012-11-22. 2013-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.
  2. 1 2 "World's Largest Oceanarium opens at Resorts World Sentosa 22nd November 2012" (PDF). Resorts World Sentosa. 2013-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-29.
  3. "Resorts World at Sentosa - World's leading family holiday destination". E Travel Blackboard. 2013-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-29.
  4. "No whale sharks at Sentosa IR". 16 May 2009. 8 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2010.
  5. "«Морская жизнь», Сингапур". 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-29.