Dəyişdirilmiş karbon (teleserial)

Dəyişdirilmiş karbon (ing. Altered Carbon) – Con Lenikin prodüserliyi ilə istehsal olunmuş ABŞ elmi fantastika teleserialı. İngilis yazıçı Riçard Morqanın 2002-ci ildə yazdığı eyniadlı romana əsaslanır.[4] Serial 2 fevral 2018-ci ildə Netflix vasitəsilə buraxılmış və 10 seriya davam etmişdir.[5] İkinci mövsümünün yayımlanmasından sonra Netflix tərəfindən ləğv edilmişdir. Hekayə XXIV əsrdə Kaliforniyada yerləşən uydurma Bey Siti şəhərində baş verir. İnsanlar boyunlarının arxasında quraşdırılmış xüsusi cihaza şüurlarını və yaddaşlarını yükləyə bilir, bədənləri məhv olduqda başqa bədənə keçə bilirlər. Baş qəhrəman Takeşi Kovaç istəmədən də olsa, müəmmalı bir cinayət üstünü açmaqla vəzifləndirilir.

Dəyişdirilmiş karbon
ing. Altered Carbon
Serialın posteri.
Serialın posteri.
Janr kiberpank, antiutopiya, neo-nuar,[1][2][3] döyüş trilleri
Əsaslanır Riçard Morqanın "Dəyişdirilmiş karbon" romanı
Prodüser Con Lenik
Yaradıcısı Laeta Kaloqridis
Ssenarist
  • Brayan Nelson[d]
Rollarda Yuel Kinnaman, Ceyms Pürfoy, Marta İqareda, Kris Konner, Diçen Lakmen, Ato Essando, Kristin Leman, Treu Tren, Rene Eliz Qoldsberri
Şüar "Heç kim sonsuza qədər yaşamır"
Bəstəkar Ceff Russo
İstehsalçı ölkə ABŞ ABŞ
Studiya Virago Productions, Mythology Entertainment, Phoenix Pictures, Skydance Television
Distribüter:
Netflix
Dil ingilis
Rəng rəngli
Mövsüm sayı 2
Seriya sayı 18
Seriya vaxtı 2 fevral 2018 – 27 fevral 2020
Davametmə müddəti 46-66 dəq.
Telekanal Netflix
IMDb ID2261227
Format 4K (Ultra HD)
netflix.com/title/800971…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teleserialın baş rol ifaçısı Yuel Kinnamandır. Bundan əlavə, polis departamentindən Kristin Orteqanı Marta İqareda, Kovaçı vəzifləndirən milyarder Lorens Benkroftu Ceyms Pürfoy, süni intellekt Ponu Kris Konner, Kovaçın bacısı Reylin Kavaharanı Diçen Lakmen, Kovaçın köməkçisi Vernon Elliotu Ato Essando, Lorensin arvadı Miriamı Kristin Leman canlandırmışdır. İkinci mövsümdə Entoni Maki Kinnamanı əvəz edəcəkdir.[6]

"Dəyişdirilmiş karbon" qarışıq rəylər almışdır. Konner və Kinnamanın performansları, vizual effektlər, elmi fantastikası bəyənilmiş, lakin personaj münasibətlərinə çox diqqət verməsi və döyüş səhnələri tənqid olunmuşdur. Serialdakı zorakılığın səviyyəsi də tənqidçilər üçün mübahisə mövzusu olmuşdur. Serial bir neçə mükafata da namizəd göstərilmişdir.

Serialda hadisələr 2384-cü ildə Bey Siti adlı futuristik metropolisdə cərəyan edir.[7][8][9] Gələcəkdə insanların şüurları və yaddaşları kortik yığın adlı diskşəkilli cihazlara yüklənilir və bu cihazlar boyunun arxasındakı onurğaya implantasiya edilir. Bu cihazlar yadplanetli ixtirasıdır və tərsinə mühəndisliklə kütləvi şəkildə istehsal olunmuşdur. İnsanlar öləndən sonra bu cihazdakı informasiya sayəsində yeni bədənə köçürülə bilərlər, lakin əgər cihaz məhv edilsə, onda əsl ölüm baş verir. Bu, nəzəri cəhətdən sonsuza qədər yaşamaq kimi səslənsə də, ancaq "Metlər" kimi tanınan çox varlı şəxslər bir çox klon hazırlamaq və şüurlarını peyklərdə saxlamaq imkanına sahibdirlər.[9]

Takeşi Kovaç Yeni dünya sisteminə qarşı çıxan Elçilər adlı terror qruplaşmasının sağ qalan sonuncu əsgəridir.[10] Elçilər yox edildikdən 250 il sonra Kovaçın şüuru 300 yaşlı, məskunlaşmış dünyaların ən varlılarından olan Lorens Benkroft tərəfindən çıxarılır. Benkroft ona bir cinayəti həll etməyi tapşırır, qarşılığında isə Kovaça yeni həyat vəd edir.[11]

  • Yuel Kinnaman (I mövsüm)[12]Entoni Maki (II mövsüm)[13] Takeşi Kovaç rolunda: əsas hadisələrdən 250 il öncə məhv edilmiş terorçu qruplaşmanın Elçisi. Kinnaman həm də polis və Orteqanın keçmiş sevgilisi, I mövsümdə bədənindən istifadə etdiyi Elias Raykeri də canlandırır. II mövsümdə Maki Kovaçın yeni bədənini canlandıracaq.
  • Ceyms Pürfoy (I mövsüm) Lorens Benkroft rolunda: ətrafındakı hər şeyi kontrol etmək istəyən, dünyanın ən güclü və varlı insanlarından biri.[14]
  • Marta İqareda (I mövsüm) Kristin Orteqa rolunda: Bey Siti Polis Departamentinin ağıllı və zireh leytenantı. Dini meksikalı-amerikan ailədən gəlir.[14]
  • Kris Konner (I–II mövsümlər) Edqar Po rolinda: Kovaçın Bey Sitidəki əməliyyatlarını aparmaq üçün məskunlaşdığı hoteli idarə edən, Edqar Allan Poya əsaslanan süni intellekt.[15][13]
  • Diçen Lakmen (I mövsüm) Reylin Kavahara rolunda: Kovaçın bacısı. Uşaqlıqda çətin vaxtlar keçirib, qardaşı ilə birlikdə Elçilərə qoşulub, lakin Elçilərin yox edilməsindən sonra yoxa çıxıb.[14]
  • Ato Essando (I mövsüm) Vernon Elliot rolunda: arvadı həbs olunan, qızı öldürülən keçmiş Protektorata əsgəri.[15]
  • Kristin Leman (I mövsüm) Miriam Benkroft rolunda: Lorensin öz motivasiyaları olan arvadı.[16]
  • Treu Tren (I mövsüm) Cənab Len / Kabus gəzəyən: müəmmalı işverəni üçün işləyən qatil.[17]
  • Rene Eliz Qoldberri (I–II mövsüm) Kuellkrist Falkoner rolunda: Elçilərin başçısı və usta strategiyaçısı. Üsyan yatırılarkən öldürülüb, bundan sonra Kovaçın xəyallarında görünməyə başlayır.[18]
  • Simon Missik (II mövsüm) Trepp rolunda.[13]
  • Dina Şihabi (II mövsüm) Dig 301 rolunda.[13]
  • Torben Librext (II mövsüm) çavuş İvan Karrera rolunda.[13]
  • Ceyms Sayto (II mövsüm) Tanaseda Hideki rolunda.[13]
Britaniya Kolumbiyası Universitetinin qızılgül bağı.

Laeta Kaloqridis romanı filmə adaptasiya etmək istədikdən 15 il sonra 2016-cı ilin yanvarında Netflix serial adaptasiyası çəkəcəyini bildirmişdir.[5] Kaloqridisə görə romanın məzmunu qarışıq və R-reytinqli materiala malik olduğundan Netflix-dən öncə başqa studiyaya satmaq çətin idi.[5] Netflix orijinal məzmun üçün 5 milyon ABŞ dolları ödəmişdir.[4]

Kaloqridis ssenarini yazmış, serialın icraçı prodüseri və yaradıcısı olmuşdur.[4] Skydance Television-dan Devid Ellison, Dana Qoldberq və Mersi Ross da prodüser rolunda çıxış etmişdirlər.[4] Miqel Sapoçnik birinci seriyaya rejissorluq etmişdir.[5][12] Morqan serialın istehsalı zamanı məsləhətçi olmuşdur.[27]

Serial həmin vaxt Netflix-in çəkdiyi ən bahalı işlərdən biri olmuşdur.[28] İstehsal xərcləri açıqlanmasa da, Kinnamana görə "Taxt oyunları"nın ilk 3 mövsümünə çəkilən xərcdən çox büdcə ayrılmışdır.[11]

Enn Foli kostyum dizayneri olmuşdur. İstehsalçı heyət təxminən 2000 kostyum dizayneri ilə işləmiş və 500 kostyum hazırlatdırmışdır.[29]

Çəkilişlər Kanadanın Vankuver şəhərində baş tutmuşdur.[28] Lorens Benkroftun bağları Britaniya Kolumbiyası Universitetinin qızılgül bağında, Benkroftun evi isə Dəniz binasının lobbisində çəkilmişdir. Keçmiş Canada Post binası Vey klinikasının çəkilişləri üçün istifadə olunmuşdur. Elçilərin olduğu səhnələr Skvamişdəki Şennon Şəlaləri Əyalət Parkında çəkilmişdir. Serial üçün istifadə olunmuş digər məkanlara Konvensiya Mərkəzinin Qərb binası, Van Dusen botanika bağının ziyarətçi mərkəzi, Antropologiya muzeyi və Kub daxildir.[30]

2018-ci ilin iyulunda ikinci mövsüm anons edilmişdir. Entoni Maki yeni Takeşi Kovaç seçilmişdir. 23 may 2019-cu ildə Alison Şapker Laeta Kaloqridisi əvəz etmişdir.[31] İkinci mövsümünün yayımlanmasından sonra serial Netflix tərəfindən ləğv edilmişdir.

7 noyabr 2018-ci ildə Netflix eyni kainatda olan anime serialı adaptasiyası anons etmişdir. Anime hekayənin yeni elementlərinə işıq tutacaq. Animenin senaristləri Day SatoTsukasa Kondodur.[32]

BaşlıqRejissorSsenari
müəllifi
Orijinal yayım tarixi
1 "Keçmişdən" Miqel SapoçnikLaeta Kaloqridis2 fevral 2018 (2018-02-02)
2 "Düşmüş mələk" Nik HarranStiv Blekmen2 fevral 2018 (2018-02-02)
3 "Tənha bir yerdə" Nik HurranBrayan Nelson2 fevral 2018 (2018-02-02)
4 "Bədxahlığın gücü" Aleks QreyvzRassel Frend & Qarrett Lerner2 fevral 2018 (2018-02-02)
5 "Yanlış adam" Uta BrizevitsNevin Denşam2 fevral 2018 (2018-02-02)
6 "Mənim üzümə malik insan" Aleks QreyvzStiv Blekmen2 fevral 2018 (2018-02-02)
7 "Nora İnu" Endi QoddardNevin Denşem & Keysi Fişer2 fevral 2018 (2018-02-02)
8 "Gecə döyüşü" Uta BrizevitsBrayan Nelson2 fevral 2018 (2018-02-02)
9 "Cənnətdə qəzəb" Piter HorRassel Frend & Qarrett Lerner2 fevral 2018 (2018-02-02)
10 "Qatillər" Piter HorLaeta Kaloqridis & Nevin Denşem2 fevral 2018 (2018-02-02)

Rəsmi treyler 11 yanvar 2018-ci ildə, serialın bütün seriyaları isə 2 fevral 2018-ci ildə Netflix-də buraxılmışdır.[33]

  1. Goldberg, Lesley. "Netflix picks up futuristic sci-fi series Altered Carbon based on book". Variety. January 20, 2016. December 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  2. Goodwin, Mitch. "The dystopian mash-up Altered Carbon is peak Anthropocene TV". The Conversation. February 14, 2018. January 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2019.
  3. Robertson, Adi. "Altered Carbon[[:Şablon:'s]] Blade Runner rehash misses the point of cyberpunk". The Verge. February 12, 2018. July 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2019.
  4. 1 2 3 4 Wagmeister, Elizabeth. "Netflix orders sci-fi drama based on Altered Carbon". The Hollywood Reporter. January 20, 2016. December 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  5. 1 2 3 4 Hibberd, James. "Altered Carbon: First teaser trailer for stunning Netflix sci-fi series". Entertainment Weekly. December 4, 2017. December 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  6. Otterson, Joe. "Altered Carbon Renewed for Season 2 at Netflix With Anthony Mackie in Lead Role". Variety. July 27, 2018. July 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 27, 2018.
  7. Rowney, Jo-Anne. "What is Altered Carbon on Netflix UK? Release date, plot and cast in the TV adaptation of the R-rated novel". Daily Mirror. January 29, 2018. February 3, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2018.
  8. Burton, Bonnie. "Netflix debuts trailer for cyberpunk series Altered Carbon". CNET. January 12, 2018. February 3, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2018.
  9. 1 2 Allen, Ben. "Netflix's Altered Carbon is an ambitious mess". Radio Times. January 26, 2018. February 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2018.
  10. Shepherd, Jack. "Altered Carbon: Exclusive first look at Netflix's new dystopian sci-fi series release date revealed". The Independent. December 4, 2017. February 3, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2018.
  11. 1 2 Lee, Benjamin. "Altered Carbon review – ambitious Netflix sci-fi is flashy, flawed and fun". The Guardian. February 1, 2018. February 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2018.
  12. 1 2 Wagmeister, Elizabeth. "Joel Kinnaman to Star in Netflix Sci-Fi Series Altered Carbon". Variety. May 12, 2016. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  13. 1 2 3 4 5 6 Hibberd, James. "Altered Carbon reveals new season 2 replacement cast". Entertainment Weekly. February 22, 2019. July 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2019.
  14. 1 2 3 4 Andreeva, Nellie. "Altered Carbon: James Purefoy, Martha Higareda & 2 others cast in Netflix series". Deadline Hollywood. August 4, 2016. November 20, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  15. 1 2 Petski, Denise. "Altered Carbon: Chris Conner & Ato Essandoh Cast In Netflix Series". Deadline.com. September 6, 2016. December 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  16. Andreeva, Nellie. "Altered Carbon: Kristin Lehman Cast In Netflix Sci-Fi Series". Deadline.com. November 16, 2016. December 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  17. 1 2 Petski, Denise. "Altered Carbon: Marlene Forte & Trieu Tran Join Cast of Netflix Series". Deadline.com. September 12, 2016. December 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  18. Swift, Andy. "Hamilton[[:Şablon:'s]] Renée Elise Goldsberry boards Netflix drama Altered Carbon". TVLine. July 13, 2016. December 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  19. Petski, Denise. "Byron Mann Joins Altered Carbon; Pure Genius Adds Alexis Krause". Deadline Hollywood. November 10, 2016. December 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  20. Ahern, Sarah. "TV News Roundup: Allison Miller Joins ABC Pilot Salamander, Olga Fonda to Appear on to Netflix's Altered Carbon". Variety. March 3, 2017. December 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  21. Petski, Denise. "Altered Carbon Casts Tamara Taylor; Brittany S. Hall Joins Ballers". Deadline Hollywood. February 14, 2017. December 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  22. Alexander, Julia. "Netflix's Altered Carbon trailer paints a grotesque, violent dystopian future". Polygon. December 4, 2017. December 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  23. Nutburn, Adam. "Dystopia and Chill: When is Altered Carbon released on Netflix, what was in the trailer and who is in the cast?". The Sun. December 5, 2017. December 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2017.
  24. Petski, Denise. "Altered Carbon Casts Adam Busch; The Chi Adds Jahking Guillory". Deadline Hollywood. March 21, 2017. December 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2017.
  25. "Michael Shanks To Appear On Netflix's Altered Carbon". GateWorld. July 13, 2019. July 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2019.
  26. Otterson, Joe. "'Brave New World' Series Adds Five to Cast, Including Kylie Bunbury, Joseph Morgan". Variety. June 19, 2019. July 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2019.
  27. Debnath, Neela. "Altered Carbon season 2 spoilers: What will happen in the new series?". Daily Express. June 29, 2018. July 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2018.
  28. 1 2 Wong, Tony. "Altered Carbon may be one of Netflix's most expensive shows yet, but is it any good?". The Star. February 2, 2018. July 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 27, 2018.
  29. Liptak, Andrew. "How Altered Carbon's costume designer created the fashions for its futuristic world". The Verge. February 3, 2018. July 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2018.
  30. Debnath, Neela. "Altered Carbon filming locations: Where was Altered Carbon filmed? Where is it set?". Express.co.uk. February 21, 2018. August 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 15, 2019.
  31. Andreeva, Nellie; Petski, Denise. "Alison Schapker Inks Overall Deal With Skydance TV, Named Sole Showrunner Of 'Altered Carbon'". Deadline Hollywood. May 23, 2019. May 23, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2019.
  32. Ramos, Dino-Ray. "Netflix Unveils 'Pacific Rim', 'Altered Carbon' & More In New Lineup Of Anime Originals". Deadline Hollywood. November 7, 2018. November 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2018.
  33. Fernandez, Matt. "TV News Roundup: Netflix Releases Trailer for Cyberpunk Series 'Altered Carbon' (Watch)". Variety (ingilis). January 12, 2018. January 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 12, 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]