Dəyişdirilmiş karbon (ing.Altered Carbon) – Con Lenikin prodüserliyi ilə istehsal olunmuş ABŞelmi fantastika teleserialı. İngilis yazıçı Riçard Morqanın 2002-ci ildə yazdığı eyniadlı romana əsaslanır.[4] Serial 2 fevral 2018-ci ildə Netflix vasitəsilə buraxılmış və 10 seriya davam etmişdir.[5] İkinci mövsümünün yayımlanmasından sonra Netflix tərəfindən ləğv edilmişdir. Hekayə XXIV əsrdəKaliforniyada yerləşən uydurma Bey Siti şəhərində baş verir. İnsanlar boyunlarının arxasında quraşdırılmış xüsusi cihaza şüurlarını və yaddaşlarını yükləyə bilir, bədənləri məhv olduqda başqa bədənə keçə bilirlər. Baş qəhrəman Takeşi Kovaç istəmədən də olsa, müəmmalı bir cinayət üstünü açmaqla vəzifləndirilir.
"Dəyişdirilmiş karbon" qarışıq rəylər almışdır. Konner və Kinnamanın performansları, vizual effektlər, elmi fantastikası bəyənilmiş, lakin personaj münasibətlərinə çox diqqət verməsi və döyüş səhnələri tənqid olunmuşdur. Serialdakı zorakılığın səviyyəsi də tənqidçilər üçün mübahisə mövzusu olmuşdur. Serial bir neçə mükafata da namizəd göstərilmişdir.
Serialda hadisələr 2384-cü ildə Bey Siti adlı futuristik metropolisdə cərəyan edir.[7][8][9] Gələcəkdə insanların şüurları və yaddaşları kortik yığın adlı diskşəkilli cihazlara yüklənilir və bu cihazlar boyunun arxasındakı onurğaya implantasiya edilir. Bu cihazlar yadplanetli ixtirasıdır və tərsinə mühəndisliklə kütləvi şəkildə istehsal olunmuşdur. İnsanlar öləndən sonra bu cihazdakı informasiya sayəsində yeni bədənə köçürülə bilərlər, lakin əgər cihaz məhv edilsə, onda əsl ölüm baş verir. Bu, nəzəri cəhətdən sonsuza qədər yaşamaq kimi səslənsə də, ancaq "Metlər" kimi tanınan çox varlı şəxslər bir çox klon hazırlamaq və şüurlarını peyklərdə saxlamaq imkanına sahibdirlər.[9]
Takeşi Kovaç Yeni dünya sisteminə qarşı çıxan Elçilər adlı terror qruplaşmasının sağ qalan sonuncu əsgəridir.[10] Elçilər yox edildikdən 250 il sonra Kovaçın şüuru 300 yaşlı, məskunlaşmış dünyaların ən varlılarından olan Lorens Benkroft tərəfindən çıxarılır. Benkroft ona bir cinayəti həll etməyi tapşırır, qarşılığında isə Kovaça yeni həyat vəd edir.[11]
Yuel Kinnaman (I mövsüm)[12] və Entoni Maki (II mövsüm)[13] Takeşi Kovaç rolunda: əsas hadisələrdən 250 il öncə məhv edilmiş terorçu qruplaşmanın Elçisi. Kinnaman həm də polis və Orteqanın keçmiş sevgilisi, I mövsümdə bədənindən istifadə etdiyi Elias Raykeri də canlandırır. II mövsümdə Maki Kovaçın yeni bədənini canlandıracaq.
Ceyms Pürfoy (I mövsüm) Lorens Benkroft rolunda: ətrafındakı hər şeyi kontrol etmək istəyən, dünyanın ən güclü və varlı insanlarından biri.[14]
Marta İqareda (I mövsüm) Kristin Orteqa rolunda: Bey Siti Polis Departamentinin ağıllı və zireh leytenantı. Dini meksikalı-amerikan ailədən gəlir.[14]
Kris Konner (I–II mövsümlər) Edqar Po rolinda: Kovaçın Bey Sitidəki əməliyyatlarını aparmaq üçün məskunlaşdığı hoteli idarə edən, Edqar Allan Poya əsaslanan süni intellekt.[15][13]
Diçen Lakmen (I mövsüm) Reylin Kavahara rolunda: Kovaçın bacısı. Uşaqlıqda çətin vaxtlar keçirib, qardaşı ilə birlikdə Elçilərə qoşulub, lakin Elçilərin yox edilməsindən sonra yoxa çıxıb.[14]
Ato Essando (I mövsüm) Vernon Elliot rolunda: arvadı həbs olunan, qızı öldürülən keçmiş Protektorata əsgəri.[15]
Kristin Leman (I mövsüm) Miriam Benkroft rolunda: Lorensin öz motivasiyaları olan arvadı.[16]
Treu Tren (I mövsüm) Cənab Len / Kabus gəzəyən: müəmmalı işverəni üçün işləyən qatil.[17]
Rene Eliz Qoldberri (I–II mövsüm) Kuellkrist Falkoner rolunda: Elçilərin başçısı və usta strategiyaçısı. Üsyan yatırılarkən öldürülüb, bundan sonra Kovaçın xəyallarında görünməyə başlayır.[18]
Laeta Kaloqridis romanı filmə adaptasiya etmək istədikdən 15 il sonra 2016-cı ilin yanvarında Netflix serial adaptasiyası çəkəcəyini bildirmişdir.[5] Kaloqridisə görə romanın məzmunu qarışıq və R-reytinqli materiala malik olduğundan Netflix-dən öncə başqa studiyaya satmaq çətin idi.[5] Netflix orijinal məzmun üçün 5 milyon ABŞ dolları ödəmişdir.[4]
Kaloqridis ssenarini yazmış, serialın icraçı prodüseri və yaradıcısı olmuşdur.[4]Skydance Television-dan Devid Ellison, Dana Qoldberq və Mersi Ross da prodüser rolunda çıxış etmişdirlər.[4] Miqel Sapoçnik birinci seriyaya rejissorluq etmişdir.[5][12] Morqan serialın istehsalı zamanı məsləhətçi olmuşdur.[27]
Serial həmin vaxt Netflix-in çəkdiyi ən bahalı işlərdən biri olmuşdur.[28] İstehsal xərcləri açıqlanmasa da, Kinnamana görə "Taxt oyunları"nın ilk 3 mövsümünə çəkilən xərcdən çox büdcə ayrılmışdır.[11]
Enn Foli kostyum dizayneri olmuşdur. İstehsalçı heyət təxminən 2000 kostyum dizayneri ilə işləmiş və 500 kostyum hazırlatdırmışdır.[29]
Çəkilişlər KanadanınVankuver şəhərində baş tutmuşdur.[28] Lorens Benkroftun bağları Britaniya Kolumbiyası Universitetinin qızılgül bağında, Benkroftun evi isə Dəniz binasının lobbisində çəkilmişdir. Keçmiş Canada Post binası Vey klinikasının çəkilişləri üçün istifadə olunmuşdur. Elçilərin olduğu səhnələr Skvamişdəki Şennon Şəlaləri Əyalət Parkında çəkilmişdir. Serial üçün istifadə olunmuş digər məkanlara Konvensiya Mərkəzinin Qərb binası, Van Dusen botanika bağının ziyarətçi mərkəzi, Antropologiya muzeyi və Kub daxildir.[30]
2018-ci ilin iyulunda ikinci mövsüm anons edilmişdir. Entoni Maki yeni Takeşi Kovaç seçilmişdir. 23 may 2019-cu ildə Alison Şapker Laeta Kaloqridisi əvəz etmişdir.[31] İkinci mövsümünün yayımlanmasından sonra serial Netflix tərəfindən ləğv edilmişdir.
7 noyabr 2018-ci ildə Netflix eyni kainatda olan anime serialı adaptasiyası anons etmişdir. Anime hekayənin yeni elementlərinə işıq tutacaq. Animenin senaristləri Day Sato və Tsukasa Kondodur.[32]