Dəyirman FK


Dəyirman FK və ya rəsmi adı ilə Dəyirman Futbol Klubu. 2016-cı ildə yaranan Azərbaycan Respublikasının Binəqədi rayonunun Sulutəpə bölgəsini təmsil edən Azərbaycan minifutbol klubudur. "Dəyirman" ilk dəfə keçirilən Minifutbol üzrə "Azərbaycan Çempionatı" adlı liqada çıxış edib. Hazırda "Ulduzlar Liqası"nda 1/8 play-off mərhələsindədirlər.

Dəyirman FK
Loqonun şəkli
Klubun tam adı Dəyirman Futbol Klubu
Ölkə Azərbaycan
Kodu DFK
Rəng(lər)         
Yaranma tarixi 2016
Stadionu Xocahəsən stadionu
Tutumu 300
Koordinatlar CQ78+J9Q
Rəhbər Əli Paşayev
Baş məşqçisi Fərid Məmmədov
Kapitanı Vüqar Camıyev
Liqa Azərbaycan Minifutbol Liqası
Ulduzlar Liqası
14
Rəsmi saytı

Tarixi[redaktə | mənbəni redaktə et]

Klubun tarixi 2016-cı ildən başlayır. Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci Liqası kimi peşəkar liqalarda çıxış etməyi planlayan klub, son dövrlərdə kütləviliyi cəhətdən daha uyğun olan minifutbola üstünlük verməyə başlayır. İlk olaraq klubun adı "Green Wolf" idi. Oynadığı ilk mövsümdəcə klub 4-cü yer tutaraq play-off oyunlarına vəsiqəni təmin etdi. Kubok uğrunda mübarizədə "Masallı" klubuna 1/4 finalda məğlub olaraq mübarizəni dayandırmışdır.

2018/2019 illərində klub bir müddət mübarizəyə fasilə verməli oldu.

2019/2020 illərində isə yaxşı nəticə göstərməyərək liqa sonuncusu oldu.

2020/2021-ci ildə yeni adla futzal yarışında çıxış etməyə başladı: "Paso".[1][2][3][4][5]

2022-ci ildə minifutbol üzrə yarışlarda iştirak etməyə yenidən start verdi. Yeni ad və loqo ilə gün üzünə çıxan "Dəyirman" minifutbol üzrə ilk "Azərbaycan Çempionatı"na vəsiqə əldə edən 17 klubundan biri idi.[6][7]

Loqolar və anlamları[redaktə | mənbəni redaktə et]

Loqolar
Green Wolf klubunun loqosu
Paso klubunun loqosu
Dəyirman klubunun loqosu

Klubun ilk ilərdə istifadə etdiyi loqo yaşıl rəngd, dairəvi formada idi. Yuxarı hissəsində klubun adı yaranma tarixi qeyd olunmuşdur. Orta hissəsində qurd və top şəkillərinə yer verilmişdir.[8]

Daha sonra klub yendən adla birlikdə loqosuna da dəyişiklik etdi. Yeni loqo 5 bucaqlı formada, qara fon rənginə sahib idi. Üzərində PASO loqosu, alt hissəsində isə klubun adı qeyd olunmuşdur.[9]

2022-ci ildə təkrarən loqo və adda dəyişiklik etmək qərarına gəldi klub. Təmsil etdiyi bölgə olan Sulutəpədə yerli əhali tərəfindən "Dəyirman tərəf" deyə adlandırılan bölgənin çox tanınan yer olması səbəbi ilə, klub adını "Dəyirman" qoymuşdur. Yeni loqo qədim qapı formasındadır, buğda rəngində fona sahibdir. Üzərində bir ədəd dəyirman təsvirinə yer verilmişdir. Aşağı hissəsində isə, klubun adı yazılmışdır.

[redaktə | mənbəni redaktə et]

Sponsor Fəaliyyət illəri
Futbolforması az 2016 — ~
Boots az 2016 — ~
Hikvision 2020–2021
ELSmart 2020–2021
PASO 2020 — ~
Eleven Kings 2020 — ~
Elpost 2022 — ~
Mixed Lizinq 2022–2023

Futbolçular[redaktə | mənbəni redaktə et]

Nömrə Ölkə Mövqeyi Futbolçu
69 Azərbaycan GK İmran Səlimov
12 Azərbaycan GK İsmayıl Mirzəzadə
13 Azərbaycan GK İsmayıl Əliyev
1 Azərbaycan GK Ayxan Məmmədov
2 Azərbaycan DF Qurban Qurbanov
4 Azərbaycan DF Rəvan Hüseynzadə
3 Azərbaycan DF Ramiz Vəlizadə
15 Azərbaycan DF İbrahim Qafarlı
5 Azərbaycan DF Mənsur Nəhavədi [10]
6 Azərbaycan MF Ruslan Allahverdiyev
10 Azərbaycan MF Qüdrət İsmayılov
11 Azərbaycan MF Fərid Qarayev
23 Azərbaycan MF Azər Nağıyev
18 Azərbaycan MF Mirishaq Səfərov
22 Azərbaycan MF Elvin Şirinli
24 Azərbaycan MF İsa İsayev
8 Azərbaycan MF İsmayıl Cəfərov
7 Azərbaycan FW Vüqar Camıyev
19 Azərbaycan FW Bəhmən Əliyev
17 Azərbaycan FW Murad Babayev
99 Azərbaycan FW Əli Qəribov
20 Azərbaycan FW Valeh Seyidov [11]
9 Azərbaycan FW Vüsal Musazadə
16 Azərbaycan FW Rəhman Quliyev
18 Azərbaycan FW Əlizamin Rzayev

Texniki Heyət[redaktə | mənbəni redaktə et]

  • Texniki nümayəndə — Şəmistan Həbibli
  • Koordinator — Aqşin Hacıyev
  • Marketinq və PR rəhbəri — Vaqif Qocayev

Xarici Keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin Bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

[12]

  1. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  2. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  3. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  4. "Arxivlənmiş surət". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  5. https://offsideplus.az/dig%C9%99r-n%C3%B6vl%C9%99r/51118-az%C9%99rbaycan-kubokunun-t%C9%99qvimi[ölü keçid]
  6. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  7. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  8. https://www.instagram.com/p/BaCJ_DzDaXC/
  9. https://www.instagram.com/p/CUp-a11IyZp/?igshid=ZWQyN2ExYTkwZQ%3D%3D
  10. "Arxivlənmiş surət". 2015-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  11. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  12. https://www.instagram.com/p/CqA6vpYIo1m/