Azərbaycan Futzal Federasiyası - və ya digər adı ilə AFF – Azərbaycan Respublikasının Futzal yarışlarını idarə edən təşkilat.
Azərbaycan Futzal Federasiyası | |
---|---|
Prezident | Zaur Axundov |
Vebsayt | https://azfutzal.az/ |
1950–60-cı illərdə Bakı öz küçə futbolu ilə məşhur idi. Şəhərdə elə bir küçə, məhəllə, kənd və qəsəbə yox idi ki, oranın öz futbol komandası olmasın. Məsələn, İçərişəhər, Sovetski, Dağlı məhəlləsi, "Kubinka" deyilən yerlərdə güclü komandalar var idi. 132 və 190 saylı məktəblərin həyətləri və başqa geniş yerlər həmin komandaların stadionu idi. Bu komandaların hamısını bir yerə cəlb etmək, ən əsası isə Neftçi PFKnun ustalardan ibarət komandası üçün perspektivli gəncləri aşkar etməkdən ötrü turnir keçirmək vacib idi.
Keçmiş SSRİ məkanında mini-futbol üzrə ilk turnirin Bakıda keçirilməsinin təşəbbüskarları "Bakı" və "Baku" axşam qəzetlərinin məşhur idman icmalçısı Oqtay Atayev və əməkdar idman ustası Ələkbər Məmmədov olub.
"Bakı" və "Baku" axşam qəzetlərinin mükafatları uğrunda ilk mini-futbol turnirinin startı 1969-cu il yanvarın 20-də verilmişdir. Yarışlar keçmiş "İnturist" mehmanxanasının yanındakı indiki Bakı İdman Sarayıda keçirilirdi. İlk dəfə keçirilən turnirdə Bakı və Sumqayıt şəhərlərinin 24 komandası qüvvəsini sınayıb. Bu cür turnirlər növbəti illərdə də keçirilməyə başladı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk çempionat 1993-cü ildə keçirilib. "Nicat" və "Avtomobilçi" komandaları eyni sayda – 5 xal toplasalar da, topların göstəricisinə görə üstünlük qazanan "Nicat" komandası Azərbaycanın ilk çempionu olub.
Ölkə kuboku uğrunda ilk yarış isə 1995-ci ildə keçirilib. "Neftçi"nin gənclərdən ibarət komandası veteranlardan qurulmuş heyəti məğlub etməklə adını tarixə yazdırıb.
Futzal üzrə Azərbaycan milli komandası rəsmi yarışlarda 1995-ci ildən iştirak edir. Milli Avropa çempionatının final mərhələsində 2010-cu, Dünya çempionatının həlledici mərhələsində isə 2016-cı ildə debüt edib. 2010-cu ildə Avropa çempionatını dördüncü pillədə başa vuran milli komanda sonrakı — 2012 (qrup), 2014 (qrup), 2016 (1/4), 2018 (1/4) və 2022-ci illərdə (qrup) keçirilmiş qitə birinciliyinin final mərhələsində iştirak edib.
Klub səviyyəsində ən yüksək nəticəni "Araz-Naxçıvan" MFK qazanıb. Bu komanda 2010-cu və 2014-cü illərdə UEFA Kubokunun bürünc medallarına sahib çıxıb. Yeri gəlmişkən, 2018-ci ilə qədər klub səviyyəsində ən mötəbər yarış hesab edilən UEFA Kubokunun "Dördlər finalı" 2014-cü ilin aprelində Bakıda keçirilib. Bu yarış 2018–2019-cu illər mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır.
Tarix | Saat | Şəhər | Komanda A | Hesab | Komanda B | Növ |
---|---|---|---|---|---|---|
29.03.2017 | 18:30 | Bakı | Azərbaycan | 6–1 | Moldova | YO |
30.03.2017 | 18:30 | Bakı | Azərbaycan | 3–2 | Moldova | YO |
08.04.2017 | 18:30 | Bakı | Azərbaycan | 5–4 | Bosniya | AÇ |
09.04.2017 | 18:30 | Bakı | Azərbaycan | 5–0 | Albaniya | AÇ |
11.04.2017 | 20:00 | Bakı | Macarıstan | 1–6 | Azərbaycan | AÇ |
03.12.2017 | 18:30 | İsfahan | İran | 3–3 | Azərbaycan | BT |
04.12.2017 | 16:30 | İsfahan | Rusiya | 4–3 | Azərbaycan | BT |
06.12.2017 | 09:30 | İsfahan | Qazaxıstan | 3–3 | Azərbaycan | BT |
23.01.2018 | 21:00 | Bakı | Azərbaycan | 3–3 | İran | AÇ |
24.01.2018 | 21:00 | Bakı | Azərbaycan | 1–4 | İran | AÇ |
02.02.2018 | 21:00 | Lyublyana | Fransa | 3–5 | Azərbaycan | AÇ |
04.02.2018 | 23:45 | Lyublyana | Azərbaycan | 0–1 | İspaniya | AÇ |
06.02.2018 | 21:00 | Lyublyana | Portuqaliya | 8–1 | Azərbaycan | AÇ |
23.09.2018 | 16:00 | Bakı | Azərbaycan | 1–3 | Qazaxıstan | YO |
Tarix | Saat | Şəhər | Komanda A | Hesab | Komanda B | Növ |
---|---|---|---|---|---|---|
11.04.2019 | 20:00 | Liepaya | Latviya | 1–3 | Azərbaycan | YO |
12.04.2019 | 19:00 | Liepaya | Latviya | 2–2 | Azərbaycan | YO |
15.04.2019 | 21:00 | Zrenjanin | Serbiya | 1–2 | Azərbaycan | YO |
16.04.2019 | 20:00 | Pozarevic | Serbiya | 7–5 | Azərbaycan | YO |
26.08.2019 | 19:30 | Minsk | Belarus | 5–3 | Azərbaycan | YO |
28.08.2019 | 19:00 | Borisov | Belarus | 4–2 | Azərbaycan | YO |
22.09.2019 | 16:00 | Həştərxan | Rusiya | 2–1 | Azərbaycan | BT |
23.09.2019 | 16:00 | Həştərxan | İran | 2–2 | Azərbaycan | BT |
25.09.2019 | 15:00 | Həştərxan | Azərbaycan | 2–5 | Qazaxıstan | BT |
23.10.2019 | 20:00 | Bakı | Azərbaycan | 3–1 | Moldova | DÇ — ƏM |
24.10.2019 | 20:00 | Bakı | Azərbaycan | 3–2 | Monteneqro | DÇ — ƏM |
26.10.2019 | 20:00 | Bakı | Slovakiya | 0–2 | Azərbaycan | DÇ — ƏM |
21.01.2020 | 20:00 | Bakı | Azərbaycan | 2–3 | Özbəkistan | YO |
22.01.2020 | 20:00 | Bakı | Azərbaycan | 4–3 | Özbəkistan | YO |
29.01.2020 | 23:00 | Qradsk | Xorvatiya | 2–0 | Azərbaycan | DÇ — ER |
30.01.2020 | 20:00 | Qradsk | Azərbaycan | 4–3 | Rusiya | DÇ — ER |
01.02.2020 | 20:00 | Qradsk | Slovakiya | 3–3 | Azərbaycan | DÇ — ER |
Tarix | Saat | Şəhər | Komanda A | Hesab | Komanda B | Növ |
---|---|---|---|---|---|---|
29.01.2021 | 18:00 | Bakı | Azərbaycan | 4–1 | Slovakiya | AÇ — SM |
02.02.2021 | 20:00 | Afina | Yunanıstan | 0–3 | Azərbaycan | AÇ — SM |
04.03.2021 | 19:00 | Bakı | Azərbaycan | 5–1 | Moldova | AÇ — SM |
09.03.2021 | 20:30 | Çoresku | Moldova | 3–5 | Azərbaycan | AÇ — SM |
08.04.2021 | 18:00 | Levice | Slovakiya | 1–1 | Azərbaycan | AÇ — SM |
14.04.2021 | 19:00 | Bakı | Azərbaycan | 4–0 | Yunanıstan | AÇ — SM |