Dağıstan Dövlət Təbiət Qoruğu

Dağıstan Dövlət Təbiət QoruğuDağıstan Respublikasında, Xəzər dənizinin şimal qərb sahilindədir. Sahəsi 190 km² (o cümlədən 0,093 km2dəniz akvatoriyası). 1987-ci ilin 09 yanvarında Qızlar körfəzi sahəsinin və nadir təbiət törəməsi Sarıqum barxanının qorunması və öyrənilməsi məqsədilə yaradılmışdır.[1] Qoruq TarumovkaBuynaksk rayonlarının ərazisində yerləşir. 2009-cu ildə üç federal yasaqlıq: "Aqrahan", sahəsi 39000 ha, "Samur", sahəsi 11200 ha və "Tlyara", sahəsi 83500 ha qoruğun ərazisinə daxil edilmiş. Qızlar körfəzinin sahil zolağını çoxlu limanlarla parçalanmış alçaq düzənliklər tutur. Körfəzdə zəngin su bitkisi, sualtı çəmənlər var. Sarıqum — Rusiya və Avrasiya materikində ən böyük dyundü. Onun mütləq hündürlüyü 262 metrdir.[2] Ərazinin iqlimi kontinentaldır. Климат континентальный. Кумторкалинские пески — массив площадью около 3 000 га, представляющий собой череду грядовых песков и барханов

Dağıstan Dövlət Təbiət Qoruğu
rus. Дагестанский государственный природный заповедник
Sarıqum barxanı
Sarıqum barxanı
Sahəsi 19 061 ha
Yaradılma tarixi 09.01.1987
Yerləşməsi
44°42′03″ şm. e. 47°00′22″ ş. u.
Ölkələr
dagzapoved.ru
Dağıstan Dövlət Təbiət Qoruğu xəritədə
Dağıstan Dövlət Təbiət Qoruğu
Dağıstan Dövlət Təbiət Qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fauna və florası[redaktə | mənbəni redaktə et]

Quruda sahil cilliyinin, çəmənbataqlıq və çəmənşorakətli bitkilərin yarımsəhra və səhra bitkiləri ilə növbələşməsi müşahidə olunur. Sahil qumlarında psammofit (hərəkətli qumların bitkisi) və çöl bitki növləri yayılmışdır. Florasına təqrribən 280 bitki növü, o cümlədən qovaq, iydə, yalançı akasiya, qamış, pişikdili, həmçinin Rusiya Federasiyanin Qırmızı kitabına daxil edilmiş süsən, adi qılıncotu və su findığı daxildir. Qızlar körfəzinin qamışlıqlarında qaban, qamışlıq pişiyi, iqlimə uyğunlaşdırılmış yenotabənzər it, qunduz, ondatra məskunlaşmışdır. Çöllərində tülkü, korsak, canavar, safsar səciyyəvidir; sayqaka, barxanlarda yekəqulaq kirpiyə rast gəlinir.

Təqribən 100 növ su və sahil quşları (böyük anqut, böyük qarabatdaq, qaşqa qaz, ördək və s.) və xeyli quru quşları (belibağlı, qırğı, göyərçin, qara keçəl kərkəz, müşgül və s.) müşahidə olunur. Körfəzdə qaşqaldaq, qu qaz, bizquyruq ördək və s. qışlayır. Qərbi Xəzər miqrasiya yolunda Rusiyanın Qırmızı Kitabına daxil edilmiş qızılqaz, qutan, sultan toyuğu, bəzgək, dovdaq qeydə alınmışdır. Sürünənlərdən bağailanı, boa, gürzə və Qafqaz kələzinə rast gəlinir. Körfəzdə nərə balığı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Сайт Дагестанского заповедника". 2019-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12.
  2. Заповедники СССР. Заповедники Кавказа. Под общ. ред. В. Е. Соколова, Е. Е. Сыроечковского. М. Мысль. 1990. 46. ISBN 5-244-00432-8

Mənbə[redaktə | mənbəni redaktə et]

Dağıstan Dövlət Təbiət Qoruğu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. 608 səh. ISBN 978-9952-441-11-6.